Xəzəryanı ölkələr dənizi niyə bölə bilmirlər?
Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında Xəzər dənizinin hüquqi statusundan bəhs olunub.
Qeyd olunub ki, dünyanın ən böyük qapalı su hövzəsi sayılan Xəzər Azərbaycanla yanaşı, Rusiya, İran, Qazaxıstan və Türkmənistanla əhatə olunub:
"Onun dəniz və yaxud göl olması, hüquqi statusu uzun illərdir ki, müzakirə və mübahisə mövzusudur. Buna səbəb isə dənizin neft və qazla, eləcə də nadir balıq növləri ilə zəngin olmasıdır. Bu təbii ehtiyatlar hər bir Xəzəryanı ölkənin iqtisadiyyatında mühüm rol oynayır. Odur ki region ölkələri bu dənizdə bacardıqca daha çox resursa nəzarət etməyə, belə demək mümkündürsə, Xəzərdən daha çox pay almağa çalışırlar".
Vurğulanıb ki, SSRİ-nin dağılmasına qədər Xəzərin statusu ilə bağlı məsələ elə də aktual olmayıb: "Çünki Rusiya və İran 1921-ci və 1940-cı illərdə öz aralarında imzaladıqları "Ticarət və dənizçilik haqqında" Müqaviləyə əsaslanaraq, dənizi özlərinin daxili su hövzəsi hesab edirdi və beynəlxalq birlik də bunu belə qəbul edirdi".
Əlavə olunub ki, 1991-ci ildən isə vəziyyət dəyişib. Azərbaycan, Qazaxıstan və Türkmənistanın müstəqillik qazanması ilə meydana yeni oyunçular çıxıb:
"Əgər Rusiya və İran Xəzəri göl kimi qəbul edərək onun həm su hövzəsinin, həm də təbii ehtiyatlarının ümumi mülkiyyət olduğu fikrini müdafiə edirdisə, digər ölkələr Xəzəri dəniz kimi qəbul edərək burada beynəlxalq dəniz hüququ prinsiplərinin tətbiq olunmasını təklif edib. Bu yanaşmaya əsasən, hər bir ölkə sahilyanı sularında olan resurslardan müstəqil şəkildə istifadə edə bilər".(oxu.az)
Ətraflı videoda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 922 Tarix: 10 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Eyni ərazi, fərqli qiymət: Əmlak qiymətlərini nə müəyyənləşdirir?
Eyni ərazidə yerləşən və oxşar xüsusiyyətlərə malik evlərin qiymətləri belə bir-birindən ciddi fərqlənə bilər. Burada təmirin səviyyəsi, sənədlərin tamlığı, torpağın hüquqi statusu, evin tikinti keyfiyyəti, yerləşdiyi küçə, nəqliyyat və infrastruktura yaxınlıq kimi amillər mühüm rol oynayır. Bəs, daşınma
11 sentyabrYeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib
Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale
11 sentyabrLeysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı
11 sentyabrRitualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
Son illər həyatında dəyişiklik etmək istəyən insanların bir qismi psixoloqla yanaşı, müxtəlif "enerji kouçları"na və ritual praktikalarına da müraciət edir. "Enerjimi təmizlədim, həyatım dəyişdi", "ritual etdim və arzuma çatdım" kimi fikirlər sosial şəbəkələrdə də kifayə
10 sentyabrTorpaq sürüşmələri niyə artıb? - AÇIQLAMA
Son günlər müxtəlif ərazilərdə baş verən torpaq sürüşmələri bu cür təbiət hadisələrinin yaranma səbəblərini və risklərin necə azaldılmasını gündəmə gətirir. Sürüşmələrə güclü və uzunmüddətli yağıntılar, torpağın su ilə doyması, relyef və geoloji quruluşla yanaşı, ağac örtüyünün məhv edilməsi və ərazid
11 sentyabr31° isti... - Sabahın havası
Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq
10 sentyabr