"İnkişafda olan Azərbaycanın şanlı Qələbəsi tarix salnamələrinə yazılıb və əbədi qalacaqdır" - DEPUTAT

"İnkişafda olan Azərbaycanın şanlı Qələbəsi tarix salnamələrinə yazılıb və əbədi qalacaqdır" - DEPUTAT"Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında çıxışı zamanı 44 günlük Vətən müharibəsinin bizim şanlı tariximiz olmasını qeyd edərək parlaq Qələbəmizi şəhidlərimizə borclu olduğumuzu bildirdi. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi öz gücümüzə bərpa etdik".

Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdi və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdi. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirdi:

"Hərçənd ki, torpaqlarımız 30 il ərzində işğal altında idi, Azərbaycan xalqı və ölkə rəhbərliyi bu vəziyyətlə heç vaxt barışmadı. Azərbaycan anlamışdı ki, sülh yolu ilə, bu cür qeyri-konstruktiv, illərlə davam edən danışıqlar bir nəticə verməyəcək. Minsk qrupunun bütün həmsədrləri 30 il ərzində Ermənistanın arxasında dayanmışdı, maliyyə, hərbi, siyasi dəstək verirdilər və bir məqsəd var idi, bizim torpaqlarımızı əbədi işğal altında saxlasınlar. Ermənistanın arxasında duran bəzi dövlətlər bizim işğalla barışmağımız üçün müxtəlif vasitələrə əl atsalar da, Azərbaycan xalqı bu təzyiqlərə boyun əymədi. Münaqişəni guya həll etməyə çalışan böyük dövlətlər və vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişə ancaq danışıqlarla həll edilməlidir. İllər boyu danışıqların hər dəfə nəticəsiz qalması Azərbaycan rəhbərliyi və xalqının bu həqiqəti daha da əyani şəkildə dərk etməsinə səbəb olurdu. Hətta Fransa BMT-in Təhlükəsizlik Şurasının qətnamələrinə imza atmaqla rəsmən Qarabağın Azərbaycanın ərazisi olmasını tanımış və təsdiqləmişdi. Müharibə dövründə isə tamam əks mövqe sərgiləyirdi. İndi isə Ermənistanı dayanmadan revanşizmə qaldırır, silahlandırır.

Bu illər ərzində isə dövlətimiz hazırlaşırdı və daim ordunu, hərbi potensialı gücləndirirdi. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etdi".

Deputat vurğulayıb ki, Ermənistan 30 il ərzində işğal etdiyi Azərbaycan ərazilərində 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv etmişdi:

"Lakin, ötən ilin sentyabr ayından etibarən Azərbaycan öz suverenliyini tam bərpa etdikdən sonra, Ölkə Başçısının rəhbərliyi və təşəbbüsü ilə işğaldan azad olunan ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir. Eyni zamanda, "Böyük Qayıdış Proqramı"nın icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarına geri qayıdırlar. hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə təqribən 30 min insan məskunlaşıb. Belə ki, doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərlə yanaşı, hazırda bu bölgələrdə aparılan bərpa-quruculuq işlərinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır.

Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarının Azərbaycanın azad olunmuş ərazilərində qardaşlıq hədiyyəsi olan məktəb və yaradıcılıq mərkəzinin tikilməsi, eləcə də gələcəkdə məktəblərin inşasının planlaşdırılması qardaş Türk dövlətlərinin Azərbaycana olan dərin hörmət və yüksək etimadının nəticəsidir. Bu gün dünya miqyasında mövcud olan təhlükələrin zərərsizləşdirilməsinin öhdəsindən gəlmək üçün Təşkilata üzv dövlətlərin müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığı da böyük əhəmiyyət daşıyır.

Ölkəmizə qarşı yeni təxribatların ola biləcəyi proqnozunu da verən cənab Prezident dövlətimizin hər cür təxribata hazır olduğunu bildirib. Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırırsa, ölkəmiz də adekvat addım atmağa məcbur olacaqdır. Cənab Prezident vurğuladığı kimi, "heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib". Ölkəmiz bundan sonra daha da güclənəcəkdir. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. İnkişafda olan Azərbaycanın şanlı Qələbəsi tarix salnamələrinə yazılıb və əbədi qalacaqdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2753   Tarix: 12 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Toyda döyülüb evə qayıtdı, qonşusunun başını kəsdi - Sabirabaddakı dəhşətli qətlin TƏFƏRRÜATI

Lənkəran Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Əliyev 19 il azadlıqdan məhrum edilib. İttiham

15 iyun
.

Saçların ağarması yalnız yaşla bağlı deyil - Yeni araşdırma

Tokio Universitetinin tədqiqatçıları maraqlı bioloji proses müəyyən ediblər: saçların piqmentini itirməsi DNT zədələnməsinə qarşı qoruyucu mexanizmlərdən biri ola bilər. Qaynarinfo xəbər verir ki, "Libertatea" nəşrinin yazdığına görə, yapon alimlərindən ibarət qrup siçanların saç follikullarınd

15 iyun
.

Yer kürəsindəki ən qədim su tapıldı: dadı necədir?

Kanadada yerin təxminən üç kilometr dərinliyində Yer kürəsinin ən qədim suyu aşkarlanıb. Geoloqlar Ontario əyalətinin şimalında, Timmins şəhəri yaxınlığında yerləşən Kidd-Krik mədənində təxminən iki milyard il yaşı olan su nümunələri tapıblar. xarici mediaya istinadla xəbər verir ki, bu kəşf artıq planetd

15 iyun
.

Böyük Britaniya 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək

Böyük Britaniya 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək. "Report" xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Kir Starmer "X" sosial şəbəkəsində yayımlanan videomüraciətində bildirib. Onun sözlərinə görə, qərar sosial şəbəkələrin uşaqların psixi sağlamlığın

15 iyun
.

Sabah 32 dərəcə isti olacaq

Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündü

15 iyun
.

Yevlaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Yevlaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Yevlax Şəhər İcra Hakimiyyəti və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputat

15 iyun
.

Gəncədə sərnişin avtobusu qəzaya uğradı

Gəncə şəhərində sərnişin avtobusu qəzaya uğrayıb. Oxu Az-ın məlumatına görə, "Hyundai" markalı sərnişin avtobusu "Range Rover" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində avtobusda olan üç sərnişin xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

15 iyun
.

Bu ilin 5 ayında 65 min şəxs işlə təmin olundu

Azərbaycanda bu ilin yanvar-may aylarında 65 min şəxs işlə təmin olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən dövrdə 170,1 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib, 322 şəxs özünüməşğulluq proqramına cəlb edilib. Bundan başqa

15 iyun
.

Netanyahu Trampa İsrailin Livanı tərk etməyəcəyini bildirdi

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa bildirib ki, rəsmi Təl-Əviv qoşunlarını Livandan çıxarmaq niyyətində deyil və Vaşinqtonla Tehran arasındakı müqavilədəki "Livan şərti"nə əməl etməyi özünə borc bilmir. xəbər verir ki, bu barədə İsrail mənbələrinə istinadə

15 iyun