"Dünyanın yaşıl gündəliyinə mühüm töhfə verən COP29 riyakar dairələrə böyük siyasi zərbə vurmağı bacardı" - Bəhruz Quliyev
"COP29-un Bakıda keçirilməsi Azərbaycanın böyük uğuru və ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Bu tədbirin Azərbaycanda keçirilməsi həm region, həm də postsovet məkanı üçün əlamətdar hadisə sayılır. Dünyanı narahat edən çox önəmli hadisələrin müzakirəsi üçün platformanın Bakıda təşkil olunması onu deməyə əsas verir ki, paytaxtımız əlverişli məkandır. Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində əldə etdiyi təcrübə, o cümlədən iqlim dəyişmələri sahəsində təşəbbüsləri, həyata keçirilən real layihələr ölkəmizin tərəddüdsüz olaraq COP29-a ev sahibliyi etməsini təmin edib. Dünyanın yaşıl gündəliyinə mühüm töhfə verən COP29 tədbiri həm də riyakar dairələrə böyük siyasi zərbə vurmağı bacardı".
Bunu Sonxeber.az-a danışan SƏS Media Qrupun rəhbəri, siyasi analitik Bəhruz Quliyev deyib.
B.Quliyev qeyd edib ki, Prezident İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı çox maraqlı mövzulara toxunub:
"Prezident qeyd edib ki, Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Multikulturalizmin dövlət siyasətimiz və həyat tərzimiz olduğunu vurğulayan dövlət başçısı Azərbaycan xalqının etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşadığını qeyd edib. İki il əvvəl Azərbaycan və Avropa Komissiyasının Strateji tərəfdaşlıq haqqında razılaşmaya imza atdıqlarından danışan dövlətimizin başçısı xüsusi olaraq qeyd edib ki, bu, Avropa Komissiyasının təklifi idi. Çünki onlara bizim qazımız lazım idi. İxrac bazarlarından danışan Prezident bildirib ki, biz, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirməyə çalışırıq. Bunlardan biri Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsidir və bunun sayəsində Azərbaycan yaşıl enerjini Avropaya nəql edəcək. Azərbaycan Prezidenti çıxışında bəzi dairələrə mesaj göndərməyi də unutmayıb. Bildirib ki, onlar COP29-a qarşı boykot kampaniyası həyata keçirmək üçün əllərində olan bütün vasitələrdən istifadə edirlər. Buna baxmayaraq COP29-un 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçısı var. Beynəlxalq tədbirin təşkili və keçirilməsində əldə edilən uğurlar antiAzərbaycan dairələrinə sarsıdıcı zərbə oldu və dünya birliyi Bakının yaşıl gündəliyinin zənginliyinə şahidlik etdi".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1433 Tarix: 14 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı
11 sentyabrŞəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Sentyabrın 8-də Şəkidə iki gəncin ölümü ilə nəticələnən faciə ilə bağlı yayılan bəzi məlumatlar mərhum Ucal Bayramovun ailəsinin narazılığına səbəb olub. "Bakupost"a istinadən xəbər verir ki, U.Bayramovun bacısı Xəyalə Bayramova yerli telekanallardan birində yayımlanan süjetə sərt reaksiy
10 sentyabrEyni ərazi, fərqli qiymət: Əmlak qiymətlərini nə müəyyənləşdirir?
Eyni ərazidə yerləşən və oxşar xüsusiyyətlərə malik evlərin qiymətləri belə bir-birindən ciddi fərqlənə bilər. Burada təmirin səviyyəsi, sənədlərin tamlığı, torpağın hüquqi statusu, evin tikinti keyfiyyəti, yerləşdiyi küçə, nəqliyyat və infrastruktura yaxınlıq kimi amillər mühüm rol oynayır. Bəs, daşınma
11 sentyabrLəman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
Tanınmış jurnalist Ləman Ələşrəfqızı bundan sonra həm də "Space TV"də çalışacaq. xəbər verir ki, o sözügedən televiziya kanalında "Qırmızı xətt" verilişinin aparıcısı olacaq. Bu barədə kanalın rəsmi sosial şəbəkə hesabında bildirilib. Yeni layihəsi barədə fikirlərini bölüşən Ləma
10 sentyabrBu atları saxlayanlara 1000 manat veriləcək
"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"
10 sentyabrNikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı alınıb. APA-nın məlumatına görə, İmişli rayonunda 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və tədbirlə
10 sentyabrDövlət bağçalarında yerlərin sayı artırılıb
"Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib
11 sentyabrTorpaq sürüşmələri niyə artıb? - AÇIQLAMA
Son günlər müxtəlif ərazilərdə baş verən torpaq sürüşmələri bu cür təbiət hadisələrinin yaranma səbəblərini və risklərin necə azaldılmasını gündəmə gətirir. Sürüşmələrə güclü və uzunmüddətli yağıntılar, torpağın su ilə doyması, relyef və geoloji quruluşla yanaşı, ağac örtüyünün məhv edilməsi və ərazid
11 sentyabr