"Dövlət başçısı sammitin açılışındakı nitqi ilə COP29-un qarşısına qoyduğu hədəflərə aydınlıq gətirdi" - DEPUTAT

"Dövlət başçısı sammitin açılışındakı nitqi ilə COP29-un qarşısına qoyduğu hədəflərə aydınlıq gətirdi" - DEPUTAT"Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bu günə qədərki təşkil olunmuş sammitlərdən hərtərəfli olaraq fərqlənir. Hətta sammitdə iştirak edən siyasi liderlər də buna xüsusi olaraq diqqət ediblər. Bakı öhtəliyinə götürdüyü və təşkil etdiyi bütün beynəlxalq tədbirlərin hər zaman ən yaddaqalan olmağını və möhtəşəmliyini təmin edib".

Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacağını qeyd edib:

"Dövlət başçısı sammitin açılışındakı nitqi ilə həm COP29-un qarşısına qoyduğu hədəflərə, qlobal iqlim problemi və onun həlli yollarına aydınlıq gətirdi, dövlətimizin beynəlxalq təşəbbüslərinə bəzi ölkələrin qısqanc, qərəzli münasibətlərini açıq-aşkar ifşa etdi.

Bu gün dünyanın müxtəlif ölkələrinin liderlərinin COP29 sammitində iştirak üçün Bakıda olması özü məhz dövlətimizə və onun global problemlərin həlli istiqamətindəki təşəbbüslərinə verilən dəyərdən və hörmətdən irəli gəlir. Həmçinin 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi Bakının təşkil etdiyi sammitin mötəbərliyindən xəbər verir və bu da COP29-un uğurla davam etməsi deməkdir. Bu faktlar sammit öncəsi və indidə davam edən qarayaxma, boykot kampaniyasının iflasa uğradığının sübutudur.

Azərbaycanın başlatdığı meqalayihələrlə dünyada əksər köhnə kommunikasiyanın iflas etdiyini bilirik. Xüsusilə, Avrasiyada artıq enerjidaşıma yollarının dəyişdiyini görürük. Bu gün dövlətimiz beynəlxalq məsələlərdə təşəbbüslər irəli sürür, mötəbər tədbirlərə ev sahibliyi edir, tərəflər arasında vasitəçi rolunda çıxış edir və konkret olaraq böyük lahiyələrin həyata keçməsinin təminantçısına çevrilir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1523   Tarix: 14 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr