"Beynəlxalq tədbirlərin keçirildiyi bir ünvana çevrilən ölkəmiz COP29 beynəlxalq tədbirini də uğurla həyata keçirir" - DEPUTAT

"Beynəlxalq tədbirlərin keçirildiyi bir ünvana çevrilən ölkəmiz COP29 beynəlxalq tədbirini də uğurla həyata keçirir" - DEPUTAT"COP29 beynəlxalq tədbiri artıq, dörd gündür ki, uğurla davam edir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun qiymətləndirilməsi deməkdir. Ölkəmizə qarşı bəzi Qərb ölkələri tərəfindən həyata keçirilən bütün qaryaxmalara və boykot təbliğatına baxmayaraq, Azərbaycan COP29 beynəlxalq tədbirini uğurla həyata keçirir. Beynəlxalq ictimaiyyətin tədbirə göstərdiyi diqqət ölkəmizin dünya iqlim diplomatiyası sahəsində qazandığı böyük bir uğur kimi qiymətləndirilməldir. Qeyd etmək lazımdır ki, tədbirdə 196 ölkədən 72 min iştirakçı, o cümlədən 80 prezident, vitse-prezident və baş nazirin iştirakı Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha nümayiş etdirdi".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, COP29 tədbiri çərçivəsində bir çox mühüm razılaşmalar əldə olunmuşdur:

"Bütün bunların iqlim dəyişiklikləri ilə mübarizə sahəsində yeni nailliyyətlərin əldə olunmasına töhfə verəcəyi şübhəsizdir. Xüsusilə qeyd etmək lazımdır ki, tədbir çərçivəsində əldə olunmuş ən böyük nailiyyət Paris sazişi çərçivəsində həllini tapmamış karbon bazarlarının tənzimlənməsini nəzərdə tutan 6-cı maddə ilə əlaqədardır. Beləki, COP29 tərbiri çərçivəsində bu məsələnin həllində irəliləyiş əldə olunması dünya iqlim siyasətinə verilmiş ən böyük töhfələrdən biridir. Şübhəsiz ki, burada ən vacib məqam belə ciddi bir məsələnin Azərbaycanın ev sahibliyi ilə keçirilən tədbirdə həllini tapmasıdır. Bu, özlüyündə ölkəmizin beynəlxalq münaisbətlər sistemində artan rolunun və günü-gündən güclənən nüfuzunun əyani göstəricisidir. Cənab Prezident İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi "Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir".

Azərbaycan ənənəvi enerji resurslarına malik ölkə olmasına baxmayaraq, alternativ enerji mənbələrindən istifadəyə ən çox maliyyə vəsaiti ayıran ölkələrdən biridir. Bununla yanaşı Azərbaycan yaşıl enerjinin Avropaya ixrac olunması istiqamətində meqalayihə həyata keçirir. Bu, Avropanın enerji təklükəsizliyində vacib rol oynamaqla yanaşı, Avropanın yaşıl enerjiyə keçidinə mühüm töhfə verəcək. Onu da xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın həyata keçirməyə başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Azərbaycanın qoşulduğu meqalayihlərdən biri də Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizdir. Şimal, Cənub, Qərb və Şərq məhz Azərbaycanın qovuşduğu bir məkandır. Bu baxımdan Azərbaycan Orta Dəhlizin həyata keçirilməsində mühüm rola malikdir. Burada enerji, mədəniyyət, o cümlədən daşımalar müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur.Və bu meqalayihənin həyata keçirilməsində Azərbaycan mühüm rol oynayır.

Əminliklə deyə bilərik ki, beynəlxalq tədbirlərin keçirildiyi bir ünvana çevrilən ölkəmiz COP29 beynəlxalq tədbirini də uğurla həyata keçirir. Şübhəsiz ki, bu tədbir qazanılan uğurları ilə dünya iqlim siyasətində özünəməxsus yer tutatacaq və hər zaman xatırlanacaq. Bir daha qeyd etmək lazımdır ki, dövlət Başçısı İlham Əliyevin "Dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!" çağırışı hazırda planetimizə səs salaraq, Azərbaycanın dünyada artan nüfuzunun devizinə çevrilmişdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1361   Tarix: 14 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr