"Valideyinlər telefon əvəzinə, övladlarını mükafatlandırmaq üçün onlara sevdikləri şirniyyatları təklif edə bilərlər" – PSIXOLOQ
Bu gün valideyinlər azyaşlı övladlarının tərbiyəsi zamanı müəyyən zərərli üsullardan istifadə edirlər. Bunlardan biri də mobil telefonlardır. Belə ki, valideyinlər övladlarını yemək yeməsi üçün, ağlayanda susması üçün telefonla "mükafatlandırırlar"
Bəs görəsən bu, gələcəkdə uşaqlarda hansı psixoloji problemləri yaradır?
Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova Sonxeber.az – a açıqlama verib:
"Bu gün valideyinlərin uşaqlarının telefonla başlarını qataraq yedizdirməsi gələcəkdə onların doyma və doymama siqnallarının xaotik olaraq pozulmasına gətirib çıxarır. Eyni zamanda müəyyən yaş dövründə görürük ki, uşaqlar ya qışqıra-qışqıra danışır, ya da nitqləri ümumiyyətlə inkişaf etmir. Buna isə birbaşa səbəb elə məhz çox kiçik yaşlarından telefondan istifadə etmələridir. Bu gün valideyinlər 5-6 yaşlı uşaqları üçün həkimə, psixoloqa müraciət edərkən "Əsəbidir, fikirlərini çatdıra bilmir" deyirlər. Bizim də ilk sualımız o olur ki, yemək yeməsi üçün və ya ağlayanda susması üçün telefondan istifadəsinə icazə vermisizmi? Onlar da bunu təsdiqləyir. Biz artıq praktik cəhətdən bunu əminliklə deyə bilərik ki, bəli, azyaşlıların telefondan istifadəsi hətta əqli inkişafın geriliyinə belə səbəb ola bilir. Bundan əlavə bu, uşaqların gözlərinə də təsirsiz ötüşmür. Günümüzdə artıq 1-ci sinifdə oxuyan uşaqların əksəriyyəti eynəkdən istifadə edir.
Bu məqamlarda mütləq şəkildə uşağın acmasını onun özünün dərk etməsini təmin etmək lazımdır. Yəni o özü acsın və yemək istəsin. Valideyinin zoru və rüşvəti ilə deyil.
Valideyinlər telefon əvəzinə övladlarını mükafatlandırmaq üçün onlara sevdikləri şirniyyatları təklif edə bilərlər".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2390 Tarix: 14 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Temperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabr