Fransa və erməni lobbisinin əlində oyuncağa çevrilmiş Aİ Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsini qəbul edə bilmirlər

Fransa və erməni lobbisinin əlində oyuncağa çevrilmiş Aİ Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsini qəbul edə bilmirlər"Bu gün bəzi dövlətlər və təşkilatlar Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etməsi narahat edir".

Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.

Emil Əkbərov qeyd edib ki, 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə Azərbaycana qarşı açıq-aşkar qarayaxma kampaniyası aparılmaqdadır:

"30 ilə yaxın torpaqlarımızın işğaldan qalmasına və erməni vandalları tərəfindən soydaşlarımızın müxtəlif soyqırımlara məruz qalmasına səssiz qalanlar bu gün Azərbaycanı hansı haqla etnik təmizləmədə ittiham edir. Azərbaycan sadəcə 30 ilə yaxındır ki, kağız üzərində qalan BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi 4 qətnaməni özü icra edərək ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Həmsədr ölkə olan Fransanın və digər ölkələrin etməli etməli olduğu Dağlıq Qarabağ münaqişəsinə öz gücünə son qoyaraq regionda yenidən sülhə nail oldu. Təbii ki, bu da Makaron və Borell kimi xaosdan qidalanan insanları narahat edir və ona görə də ölkəmizə qarşı qərəzli kampaniyalar başlayıblar".

Emil Əkbərov vurğulayıb ki, Fransa və erməni lobbisinin əlində oyuncağa çevrilmiş digər dövlətlər və təşkilatlar Azərbaycanın COP29 kimi böyük beynəlxalq tədbirə uğurla ev sahibliyi etməsini qəbul edə bilmirlər:

"Ona görə də müxtəlif yollarla Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışırlar. Hər zaman olduğu kimi bu Qərbin ölkəmizə qarşı oynadığı bu oyun da iflasa uğradı.Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel isə X sosial şəbəkəsində Avropa İttifaqını bağ, dünyanın qalan hissəsini cəngəllik kimi təsvir edir.Jozep Borrel qeyd edib ki, Avropadan kənar ölkələr cəngəlikdir və bu əraziləri vəhşi qanunlarla idarə etmək lazımdır. Əslində o, bu fikri ilə Qərbin əsas məqsədini ortaya qoymuş olur. Jozep Borrel bu fikri ilə bir da Fransanın və bəzi qərb dövlətlərin xaosdan qidalandığını sübut etmiş oldu. Onlar üçün heç bir ekoloji problem önəmli deyil. Makaron və Borell kimilərini sadəcə öz maraqları önəmlidir. Onlardan fərqli olaraq bu gün Azərbaycan COO29 kimi mühüm beynəlxalq tədbirə Azərbaycan uğurla ev sahibliyi edir və dünya üçün çox vacib olan iqlim dəyişikliyi ilə mübarizədə öz töhfəsini verməkdədir. Azərbaycan dünyanın yaşıl gündəliyinə mühüm töhfə verən COP29-a ev sahibliyi etməklə həm də riyakar və ikiüzlü dairələrə böyük siyasi zərbə vurdu. Həmin dairələr əmin olsun ki, cənab prezident İlham Əliyevlə Azərbaycan bundan sonra da bir çox uğurlara imza atacaq və Qərbin oynadığı heç oyun, apardığı qərəzli kampaniya bizi haqlı mübarizəmizdən döndərə bilməyəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1307   Tarix: 15 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr