"Interpol"un prezidenti: "Ekoloji cinayətlərin qarşısını almaq üçün beynəlxalq əməkdaşlıq vacibdir"
"Ekoloji cinayətlərə qarşı mübarizə çox vacibdir və bu sahədə birgə fəaliyyət dünyanın gələcəyini formalaşdıracaq".
Oxu.Az xəbər verir ki, bu barədə "İnterpol"un prezidenti, BƏƏ-dən olan general-mayor Əhməd Naser Əl-Rəisi COP29 çərçivəsində "Antropogen iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə töhfə vermək üçün maliyyə kəşfiyyatının imkanları" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, qeyri-qanuni ağac kəsmə, mədənçıxarma, vəhşi təbiət alveri və çirklənmə kimi ekoloji cinayətlər təkcə ekosistemlərə deyil, həm də iqtisadiyyatlara və icmalara böyük ziyan vurur.
"Bu cinayətlər çox vaxt mütəşəkkil cinayətkarlıq, korrupsiya və hətta terrorizm kimi qlobal problemlərlə əlaqəlidir. Bu səbəbdən, onların qarşısını almaq üçün beynəlxalq əməkdaşlıq və koordinasiya vacibdir", - deyə Əl-Rəisi bildirib.
"İnterpol"un prezidenti hesab edir ki, ekoloji cinayətlə mübarizə onun arxasında duran maliyyə mexanizmlərini ifşa etməklə başlayır:
"Bu cinayətlər cinayətkar şəbəkələrə milyardlarla dollar gəlir gətirir və bu gəlirlər maliyyə sistemləri vasitəsilə gizlədilir. Pul axınlarının dayandırılması ekoloji cinayətlərə qarşı mübarizədə əsas addımdır".
Əl-Rəisi həmçinin vurğulayıb ki, "İnterpol" qlobal səviyyədə kəşfiyyat məlumatlarının paylaşılması, əməliyyatların koordinasiyası və hüquq-mühafizə orqanlarına müasir alətlərin təqdim olunması ilə ölkələrə dəstək verir.
"İnterpol"un rəhbəri maliyyə cinayətlərinə qarşı tədbirləri sadalayarkən, bildirib ki, Maliyyə Cinayətləri və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi çirkli pulların yuyulması, korrupsiya və dələduzluq kimi cinayətlərə diqqət ayırır:
"Biz, cinayət şəbəkələrinin bağlanması və oğurlanmış aktivlərin geri qaytarılması üçün transsərhəd əməliyyatlara rəhbərlik edirik. Bununla yanaşı, "İnterpol" cinayətlər, şübhəlilər və oğurlanmış aktivlər haqqında məlumat mübadiləsi üçün məlumat bazaları təqdim edir. Bildirişlər verməklə biz hüquq-mühafizə orqanlarına cinayətkarları izləməyə və cinayət meylləri haqqında məlumat əldə etməyə kömək edirik. Rəqəmsal fırıldaqçılıq və kriptovalyutalarla bağlı təhqiqatlar üçün müstəntiqlərin və polislərin təlimini təşkil edirik. Ən yaxşı təcrübələri bölüşməklə və maarifləndirici kampaniyalar keçirməklə biz cinayətkarların bir addım önündə olmağa çalışırıq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 550 Tarix: 16 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYataq otağındakı bu əşyaları gözdən uzaq yerdə saxlayın
Yataq otağı sakitlik və bərpa məkanı olmalıdır. Lakin çox vaxt bu məkan lazımsız əşyaların toplandığı bir anbara çevrilir. xəbər verir ki, yataq otağını səliqəli saxlamaq və onu həqiqətən rahat bir istirahət məkanına çevirmək üçün bəzi əşyaları düzgün yerləşdirmək lazımdır. Kimyəvi təmizləmədən gələ
15 iyunNetanyahu Trampa İsrailin Livanı tərk etməyəcəyini bildirdi
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa bildirib ki, rəsmi Təl-Əviv qoşunlarını Livandan çıxarmaq niyyətində deyil və Vaşinqtonla Tehran arasındakı müqavilədəki "Livan şərti"nə əməl etməyi özünə borc bilmir. xəbər verir ki, bu barədə İsrail mənbələrinə istinadə
15 iyunBu ilin 5 ayında 65 min şəxs işlə təmin olundu
Azərbaycanda bu ilin yanvar-may aylarında 65 min şəxs işlə təmin olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən dövrdə 170,1 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib, 322 şəxs özünüməşğulluq proqramına cəlb edilib. Bundan başqa
15 iyunSabah 32 dərəcə isti olacaq
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündü
15 iyunYevlaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Yevlaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Yevlax Şəhər İcra Hakimiyyəti və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputat
15 iyunOğuzda ağır qəza: Bir ailə xəstəxanalıq oldu
Oğuzda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Bildirilib ki, iyunun 15-i saat 06:00-da Oğuz rayonu, Kərimli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəb
15 iyunRəsmi Bakı: "ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq"
"Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşmanı alqışlayırıq". xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Pakistan İslam Respublikasının danışıqlar prosesində mühüm vasitəçilik rolunu, eləc
15 iyunAğ Evdə keçirilən UFC turnirində qalmaqal
ABŞ prezidentinin rəsmi iqamətgahında - Ağ Evin ərazisində keçirilən "UFC Freedom 250" turniri qalmaqallı səhnələrlə də yadda qalıb. "Haber Global"a istinadən xəbər verir ki, belə hallardan biri gənc idmançı Coş Hokitin döyüşün ikinci raundunda Derrik Lyuisi nokaut etməsindən sonr
15 iyunBakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə start verilir. Bu barədə Sönxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın inzibati rayonlar
15 iyun