"Ana və körpə ölümləri artıb" - Yenilənib
"Ana və körpə ölümlərinin, abortların sayının artmasını müşahidə edirik".
"Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
"Ölkəmizdə 2000-ci ildə qadın məsləhətxanaları və qadın məsləhətxanası olan tibb müəssisələrinin sayı 313 idi. 2023-cü ildə isə onların sayı 3 dəfə azalaraq 106-ya düşüb. Ana və körpə ölümlərinin, abortların sayının artmasını müşahidə edirik. Ana və uşaqların sağlamlıqlarının qorunması baxımından belə müəssisələrin sayının artması, bu sahədə peşəkar kadrların hazırlanması, xüsusilə onların kənd yerlərində işləməsi üçün imkanların yaradılması məqsədəmüvafiq olardı", - deyə komitə sədri bildirib.
***
Komitə sədri qeyd edib ki, qadınların çoxu əmək bazarında aktiv iştirak edə bilmir.
"Qadınlar məşğul əhalinin 47,9 faizini təşkil edir. Bununla yanaşı, qeyri-fəal iqtisadi əhalinin 55,7 faizi qadınlardır. Yəni, qadınların böyük hissəsi əmək bazarında aktiv iştirak edə bilmir. Bunun əsas səbəblərindən biri də məktəbəqədər təhsil müəssisələrinin çatışmamasıdır.
Rəsmi statistik məlumata əsasən, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumtəhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş 1-5 yaşlı uşaqların xüsusi çəkisi son 13 ildə artaraq 34,6 faiz olub. Bu göstərici əvvəlki illərlə müqayisədə xeyli artıb. Amma uşaq bağçalarının və qayğı mərkəzlərinin az olması bəzi rayon, qəsəbə və kəndlərdə qadınları işləmək imkanlarından məhrum edir", - deyə H.Hüseynova bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1287 Tarix: 20 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSosial media hesablarını kiberdələduzlardan necə qoruyaq? - AÇIQLAMA
Son dövrlər sosial şəbəkə istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi halları diqqət çəkir. Dələduzlar saxta keçidlər, fişinq mesajları, saxta lotereya və kampaniyalar, eləcə də müxtəlif psixoloji manipulyasiya üsulları ilə istifadəçilərin şəxsi məlumatlarını və giriş kodların
26 noyabrQarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda
Qarlı və buzlu yollarda sürəti azaltmaq, ara məsafəsini artırmaq və qəfil manevrlərdən çəkinmək tövsiyə olunur. xəbər verir ki, Böyük Britaniyanın yol hərəkəti qaydalarına görə, buzlu yolda avtomobilin dayanma məsafəsi quru yoldakından 10 dəfəyədək arta bilər. 1. Yola çıxmazdan əvvəl təkərlərin vəziyyətin
26 noyabrBakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ
Bakıda 4, 35 və 32 nömrəli şəhər poliklinikalarında təmir işlərinin aparılması planlaşdırılır. -in məlumatına görə, təmir işləri İnnovasiya və Təchizat Mərkəzi tərəfindən həyata keçiriləcək. Üç tibb müəssisəsinin yenilənməsi üçün ümumilikdə 1 milyon manata yaxın vəsait nəzərdə tutulub. Qeyd edək ki
25 noyabrRamiz Mehdiyevin şikayətinə baxılıb
Dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyev və onun köməkçisi Eldar Əmirovun apellyasiya şikayəti üzrə ilk məhkəmə iclası keçirilib. -a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə baş tutan iclasd
26 noyabrAğsuda üzərinə ağac düşən uşaq öldü
Ağsuda 6 yaşlı uşaq üzərinə ağac düşməsi nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, 2020-ci il təvəllüdlü Ramal Ehtiram oğlu Abdullayev Ağsu rayonunda atasına məxsus torpaq sahəsində xırdabuynuzlu heyvanları otararkən güclü külək nəticəsində çinar ağacı qırılaraq üzərinə düşməsi nəticəsind
27 noyabrTribunada ölən azarkeş Bakıya oğlu ilə gəlibmiş
"Sabah" - "Barselona" oyunu zamanı ölən azarkeşlə bağlı yeni təfərrüat məlum olub. "Qafqazinfo" "Bakuplus"a istinadən xəbər verir ki, rusiyalı azarkeş "Barselona"nın oyununu canlı izləmək arzusunu həyata keçirmək üçün Bakıya gəlibmiş. 39 yaşlı Anton Petrişe
26 noyabr