EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - Xəstə yaxınlarından şikayət

EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - Xəstə yaxınlarından şikayət"EGE Hospital"da əməliyyat üçün ödənilən vəsaitin tibbi prosedur tamamlanmadığı halda geri qaytarılmadığı iddia olunur.

Sfera.az-ın redaksiyasına müraciət edən xəstə Maya Qasımovanın yaxınları xəstəxananın xidmətindən narazı olduqlarını bildiriblər.

Şikayətçilərin sözlərinə görə, oktyabrın 2-də M.Qasımova sözügedən xəstəxanaya yerləşdirilib. Xəstəyə diaqnoz qoyulduqdan sonra elektrofizioloji müayinə (EFM) və ablasiya prosedurunun həyata keçirilməsi üçün 6500 manat ödəniş tələb olunub. Ödəniş edildikdən sonra həmin gün saat 20:20-də əməliyyata başlanılıb. Lakin təxminən saat yarım sonra həkim Ramil Hacıyev damarın zədələnməsi ehtimalını əsas gətirərək proseduru dayandırıb və xəstəni KT müayinəsinə yönləndirib.

Xəstə yaxınlarının iddiasına görə, müayinə zamanı damarın zədələnmədiyi müəyyən edilsə də, əməliyyat davam etdirilməyib. Həkim buna səbəb kimi xəstənin ürəyinin zəif olmasını və damarlarının prosedur üçün uyğun olmamasını göstərib. Şikayətçilər əməliyyat tamamlanmadan xəstənin xəstəxanadan çıxarıldığını, ödənilən 6500 manatın isə geri qaytarılmadığını bildiriblər.

Məsələ ilə bağlı danışan həkim Ramil Hacıyev ödəniş məsələsinə xəstəxana rəhbərliyinin aydınlıq gətirməli olduğunu bildirib. Səsləndirilən iddialara aydınlıq gətirmək üçün "EGE Hospital"ın Müşahidə Şurasının sədri Barat Yusubovla əlaqə saxladıq.

B.Yusubov Sfera.az-a açıqlamasında iddiaları təkzib edib:
EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - Xəstə yaxınlarından şikayət"Məsələdən xəbərim var. Yazılanlar həqiqəti əks etdirmir. Xəstəyə əvvəlcədən planlaşdırılan əməliyyat və onun nəticələri barədə bütün məlumatlar verilib. Xəstə buna yazılı şəkildə razılıq verib".

Xəstə yaxınları isə xəstəxana rəhbərliyinin açıqlamasına münasibət bildirərək qeyd ediblər ki, imzalanmış razılıq sənədi əməliyyat zamanı yarana biləcək tibbi risklər və mümkün fəsadlarla bağlıdır. Onların sözlərinə görə, həmin sənəd xəstənin prosedurun riskləri barədə məlumatlandırıldığını və bu riskləri qəbul etdiyini təsdiqləyir. Lakin bu, nəzərdə tutulan tibbi xidmət göstərilmədiyi halda ödənilmiş vəsaitin geri qaytarılmamasına əsas vermir. Şikayətçilər bildirirlər ki, tələb olunan 6500 manatın təxminən 6000 manatı məhz ürəyə stent qoyulması və bununla bağlı tibbi prosedurun icrası üçün nəzərdə tutulub. Lakin qeyd olunan prosedur həyata keçirilməyib, stent qoyulmayıb.

Həkim xəstənin sağlamlıq vəziyyətini qiymətləndirərək əməliyyatı davam etdirməyin mümkün olmadığını bildirib və prosedur dayandırılıb. Xəstə yaxınlarının fikrincə, tibbi müdaxilənin riskləri ilə bağlı əvvəlcədən razılığın alınması ilə faktiki olaraq göstərilməmiş xidmətə görə ödənilmiş vəsaitin saxlanılması fərqli məsələlərdir.

Onlar hesab edirlər ki, əməliyyatın aparılmaması tibbi baxımdan əsaslandırılsa belə, bu hal göstərilməmiş xidmətə görə ödənilən məbləğin geri qaytarılmamasına hüquqi əsas yaratmır.

Bu səbəbdən də xəstəxananın vəsaiti geri qaytarmaqdan imtinasını qanunvericiliyin tələblərinə zidd hesab edirlər. Beləliklə, tərəflərin mövqeləri arasında ciddi fikir ayrılığı yaranıb. Xəstə yaxınları ödənilmiş vəsaitin geri qaytarılmasını tələb edir, xəstəxana rəhbərliyi isə səsləndirilən iddiaları qəbul etmir.

Qeyd edək ki, xəstəxana rəhbərliyinin istinad etdiyi və xəstənin əməliyyatla bağlı bütün risklər barədə əvvəlcədən məlumatlandırılaraq yazılı razılıq verdiyini təsdiqlədiyi bildirilən müqavilənin surətini əldə etmək üçün "EGE Hospital"a müraciət etsək də, material dərc olunanadək həmin sənəd redaksiyamıza təqdim edilməyib.

Xəstə yaxınları da iddia olunan müqavilənin onlara təqdim edilmədiyini bildirirlər. Beləliklə, xəstəxana rəhbərliyinin açıqlamasında istinad etdiyi sənədin məzmunu və şərtləri ilə bağlı məsələyə aydınlıq gətirmək hələlik mümkün olmayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 244   Tarix: 25 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evlərin divarlarında çatlar yaranırsa, təhlükə yaxın ola bilər - NƏ ETMƏLİ?

Son dövrlər intensiv yağıntılar və torpaq hərəkətləri sürüşmə təhlükəsi olan ərazilərdə yaşayan sakinlərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə ərazilərdə evlərin bünövrəsində və divarlarında çatların yaranması, qapı-pəncərələrin çətin açılıb-bağlanması, yamaclarda torpaq çökməsi v

24 noyabr
.

BDU-nun 9 fakültəsinə dekan seçiləcək - Siyahı

Bakı Dövlət Universiteti bəzi fakültə və kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib. "Qafqazinfo" xəbər verir ki, müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu bu gündən başlayıb. Belə ki, iştirak etmək istəyənlərin sənədləri Təhsil Nazirliyi Kollegiyasının 2017-ci i

24 noyabr
.

Baş həkim işdən azad olundu

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın baş həkimi İlqar Alıyev işdən azad edilib. "Qafqazinfo"nun məlumatına görə, bu barədə müvafiq əmr imzalanıb. Qeyd edək ki, İlqar Alıyev 2025-ci ildən bu vəzifədə çalışırdı

24 noyabr
.

Temperatur 5 dərəcə enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 25-i gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycanın rayonlarınd

24 noyabr
.

Kriminal xəbərlərdə saxlanılan şəxslərin üzü niyə gizlədilir? - AÇIQLAMA

Kriminal xəbərlərdə saxlanılan və ya cinayət törətməkdə şübhəli bilinən şəxslərin görüntülərinin yayımlanması mediada tez-tez müzakirə olunan məsələlərdəndir. Bəzi hallarda şəxslərin üzləri gizlədilir, digərlərində isə görüntüləri açıq şəkildə təqdim olunur. Halbuki məhkəmənin qanuni qüvvəyə minmiş hökm

24 noyabr
.

Top ardınca qaçan uşağı maşın vurub öldürdü - Video

Bakıda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, DİN-in Baş DYP İdarəsi hadisə anının görüntülərini paylaşıb. Bildirilib ki, hadisə noyabrın 22-si saat 13:00 radələrində Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış zonalarının birində qeydə alınıb. 10 yaşlı qı

24 noyabr
.

DSX-nin hərbi qulluqçusu vəfat etdi - Səbəb

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, əsgər Rəhman Kərimov vəfat edib. xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Bildirilib ki, hərbi qulluqçu uzun sürən ağır xəstəlikdən müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib

24 noyabr
.

İnsanlar süni intellektə bağlanır, canlı ünsiyyətdən uzaqlaşır? - XƏBƏRDARLIQ

Süni intellekt texnologiyalarının gündəlik həyatda geniş yayılması insanların ünsiyyət vərdişlərinə də təsir göstərir. Bəzi insanlar şəxsi problemlərini bölüşmək, məsləhət almaq və emosional dəstək görmək üçün real insanlarla söhbət etmək əvəzinə süni intellekt çatbotlarına müraciət edirlər. Bu texnologiyala

25 noyabr
.

BYD-nin bir modelinə Avropada qadağa qoyuldu: Azərbaycanda avtomobil bazarına təsiri olacaq? - AÇIQLAMA

Avropada BYD şirkətinin istehsalı olan Fangchengbao Ti7 modelinin satışına müvəqqəti qadağa qoyulması Çin avtomobillərinin beynəlxalq bazardakı mövqeyi ilə bağlı müzakirələrə səbəb olub. Niderlandın Haaqa məhkəməsi qərarı modelin "Land Rover Defender" avtomobilinin dizayn hüquqlarını pozmas

25 noyabr
.

Son xəbərlər

vipemlak.az