"Qarabağ" - "Lion" görüşünə görə yollar bağlanacaq

"Qarabağ" - "Lion" görüşünə görə yollar bağlanacaqUEFA Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində bu axşam Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lion" görüşü ilə bağlı stadionun ətraf küçələrinə avtomobillə giriş qadağan ediləcək.

Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bas inspektoru Rüstəm Əhmədli bildirib.

"Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun "Gənclik" stansiyasının yerləşdiyini, avtobus marşrutlarının geniş şəbəkəsinin mövcudluğunu nəzərə alaraq, ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur".

Qeyd edək ki, "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1484   Tarix: 28 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin görüşləri keçirilir. Qaynarinfo xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da bu gün meydana çıxacaq. Valdas Dambrauskasın komandası Danimarka səfərində "Orhus"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. B

5 avqust
.

Daha bir güləşçimiz U17 dünya çempionatına qələbə ilə başlayıb

45 kq-lıq çəki kateqoriyasında mübarizə aparan Tunar Həsənov Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında ilk görüşünə çıxıb. xəbər verir ki, o, Radoslav Velikovla (Bolqarıstan) qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, daha əvvəl Tunar Quliye

1 avqust
.

Millimiz Portuqaliyanı məğlub etdi

Bu gün oğlanlardan ibarət U-18 millimiz Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatı B divizionunda növbəti qrup oyununu Portuqaliya seçməsinə qarşı keçirib. "Qafqazinfo" xəbər verir ki, millimiz oyunun ilk hissəsində rəqibə məğlub olsa da, ikinci hissədə geridönü

28 iyul
.

"Qarabağ"dan ayrılan Addainin yeni klubu

"Qarabağ"ın sabiq futbolçusu Emmanuel Addainin yeni komandası müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, Belçikanın yüksək liqa təmsilçisi "OH Leuven" klubu 24 yaşlı futbolçunu heyətinə qatdığını açıqlayıb. Onunla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Addai yen

28 iyul
.

Məhəmməd Salah Super Liqa tarixinə düşdü - Osimheni geridə qoydu

Türkiyənin "Trabzonspor" klubunun transferi üçün rəsmi danışıqlara başladığını açıqladığı misirli ulduz Məhəmməd Salah hələ debüt etməmiş Super Liqa tarixinə düşməyi bacarıb. xəbər verir ki, Transfermarkt məlumatlarına əsasən, Salahın karyerası ərzində çatdığı 150 milyon avroluq bazar dəyər

5 avqust
.

"Qarabağ"ın oyunlarını bu hakimlər idarə edəcək

"Qarabağ"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiyev "Dinamo"suna qarşı keçirəcəyi oyunların hakimləri müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, avqustun 6-da Bakı vaxtı ilə 21:00-da Polşanın Lublin şəhərində keçiriləcək matçı danimarkalı hakimlər briqadas

1 avqust
.

"Qarabağ" Polşaya yollandı - Fotolar

"Qarabağ" komandası UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün Polşaya yola düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Ağdam təmsilçisi Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə keçiriləcək vaci

5 avqust
.

"Qarabağ"ın "pley-off"dakı potensial rəqibləri bəlli oldu

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Qaynarinfo xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub. Ağdam klubu turnirin II təsnifat mərhələsində Ukrayna təmsilçisi "Dinamo"nu (Kiyev) mübarizədən kənarlaşdıracağ

3 avqust
.

Qurban Qurbanov: "Uşaq vaxtı "Dinamo Kiyev"ə azarkeşlik etmişəm"

"Mən həmişə rəqibdən yox, özümüzdən narahat olmuşam". xəbər verir ki, bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Dinamo Kiyev" - "Qarabağ" qarşılaşmasından əvvəl Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib. O bildiri

5 avqust