Tramp əsas düşməninin adını açıqlayıb
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının "Tren de Araqua" bandası olduğunu bildirib.
"Report" xəbər verir ki, bu barədə "The New York Post" yazıb.
"İlk gün mən Amerika tarixində ən böyük deportasiya proqramını işə salacağam. Biz bütün bu quldurları qovmalıyıq. Tutulan hər şəhəri və qəsəbəni xilas edəcəyəm. Bu qaniçən cinayətkarları zindana atıb, sonra da ölkədən qovacağıq", - Tramp 1789-cu il Xarici Düşmənlər Aktını işə salmaqla hədələyərək deyib.
Qeyd edək ki, banda Venesuelada təxminən 15 il əvvəl yaranıb. Amerika təhlükəsizlik qüvvələri dəstəni bir anda bir neçə ölkədə - Peru, Çili və Kolumbiyada milli təhlükəsizliyə təhdid adlandırıb.
Brazilya, Ekvador, Boliviya və Kosta-Rikada bandanın hüceyrələri də fəaliyyət göstərir. Bundan əlavə, ABŞ Daxili Təhlükəsizlik Departamenti bildirib ki, dəstə üzvləri ölkənin ən böyük 16 ştatında daimi fəaliyyət göstərir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1235 Tarix: 01 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı
Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis
15 sentyabr 2021Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı
İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində
15 sentyabr 2021Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı
Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb
17 sentyabr 2021Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17 sentyabr 2021Broyler toyuqlarında da koronavirus aşkarlandı
Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb
16 sentyabr 2021