Fransada etirazlar fonunda pirotexniki vasitələrin satışına qoyulan qadağanın müddəti uzadılıb
Fransada şagirdlərin davam edən etirazları fonunda pirotexniki vasitələrin satışına və istifadəsinə qoyulan məhdudiyyətlər dekabrın 12-dək uzadılıb.
"Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Qadağa materik Fransanın bütün ərazisini əhatə edir. Məhdudiyyətlər fişənglərin, pirotexniki batareyaların, Roma şamlarının, petardaların və minaatan mərmilərinin satışına və istifadəsinə şamil olunur.
Qeyd edək ki, Fransada təhsil sistemi nümayəndələrinin və şagirdlərin etirazları sentyabrın sonundan davam edir. Etirazçılar məktəblərin yararsız vəziyyətdə olmasına, həddindən artıq dərs yükünə və bəzi fənlər üzrə müəllim çatışmazlığına etiraz olaraq təhsil müəssisələrinin fəaliyyətini bloklayırlar.
Oktyabr ayında həmkarlar ittifaqları da aksiyalara qoşulublar. Onlar əməkhaqlarının artırılmasını və əlavə qənaət tədbirlərindən imtina edilməsini tələb edirlər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 146 Tarix: 29 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUzun fasilədən sonra Günəşdə partlayış qeydə alındı
Günəşdə partlayışlar arasındakı beş illik maksimum fasilə müddəti qeydə alınıb. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat verib. Məlumata görə, Günəş partlayışı aktivliyindək
28 noyabrAvstriyada məhkəmə Ukrayna kəşfiyyatının 2 əməkdaşını yenidən həbs edib
Avstriyada məhkəmə xarici kəşfiyyatın xeyrinə casusluqda şübhəli bilinən 2 ukraynalını yenidən həbs edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu ölkənin hərbi kəşfiyyat idarəsinin həmin 2 əməkdaşı cəmi iki həftə əvvəl həbsdən azad edilmişdi. Vyana prokurorluğu hər iki təqsirləndirilə
28 noyabrPutin G20 sammitinə gələ bilər - Tramp
Rusiya Prezidenti Vladimir Putin G20 sammitində iştirak etmək üçün Mayamiyə səfər edə bilər. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Bu, bəzilərinin xoşuna gəlməyəcək", - Tramp bildirib. Qeyd edək ki, G20 sammiti dekabrın 14-15-də Mayamidə keçiriləcək. ABŞ artıq Rusiya Prezident
27 noyabrMoskvaya 8 saat ərzində 462 PUA göndərilib
Rusiyanın paytaxtı Moskva istiqamətində səkkiz saat ərzində 462 pilotsuz uçuş aparatı göndərilib. Onların böyük əksəriyyətinin şəhərin uzaq ətraflarında vurulduğu bildirilir. xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin "Max" platformasında məlumat yayıb. Onun sözlərinə görə, noyabrı
28 noyabr