Tramp komandasının Ukraynadakı müharibə üçün sülh planı – Əsas MƏQAMLAR

Tramp komandasının Ukraynadakı müharibə üçün sülh planı – Əsas MƏQAMLARAmerikanın CNN teleradio şirkəti Donald Trampın Rusiya-Ukrayna müharibəsi üzrə xüsusi nümayəndəsi Kit Kelloqun hazırladığı sülh planının əsas müddəalarını dərc edib.

Lent.az-ın xəbərinə görə, hələ aprel ayında təklif edilən bu plan sanksiyaların tamamilə ləğvi də daxil olmaqla, münaqişənin dayandırılması müqabilində Rusiyaya əhəmiyyətli güzəştlər nəzərdə tutur.

Planın əsas müddəaları

Kelloq, atəşkəs şərti ilə Rusiyaya qarşı sanksiyaları mərhələli şəkildə yumşaltmağı, hazırkı cəbhə xəttini dondurmağı və Ukraynada hərbisizləşdirilmiş zona yaratmağı təklif edir. Sülh sazişi imzalansa, sanksiyalar tamamilə aradan qaldırılacaq. Ukraynanı bərpa etmək üçün Rusiyanın enerji resurslarının ixracına rüsumların tətbiqi təklif edilir.

İşğal olunmuş ərazilər və diplomatiya

Plan Rusiyanın zəbt etdiyi ərazilərin dərhal geri qaytarılmasını nəzərdə tutmur. Kelloqun fikrincə, onların taleyi yalnız diplomatiya yolu ilə həll edilməlidir. Ukraynadan tələb olunur ki, işğal olunmuş torpaqların qaytarılması yalnız gələcəkdə Rusiya rəhbərliyində potensial dəyişikliklərdən, o cümlədən Vladimir Putinin gedişindən sonra mümkün olacaq.

NATO-ya üzvlük və təhlükəsizlik təminatları

Kelloqun əsas tövsiyələrindən biri Ukraynanın NATO-ya daxil olmasını qeyri-müəyyən müddətə təxirə salmaqdır.
Bunun əvəzinə, təsdiqlənə bilən təhlükəsizlik zəmanəti ilə dəstəklənən "hərtərəfli sülh müqaviləsi" nin hazırlanmasını təklif edir.

ABŞ-ın yardım şərti

Gələcək Amerika dəstəyi, ehtimal ki, kreditlər şəklində Kiyev və Moskva arasında danışıqların irəliləyişindən asılı olacaq. ABŞ həm mümkün sülh razılaşmasından əvvəl, həm də sonra Rusiyanın hücumlarının qarşısını almaq üçün Ukraynanı silahlandırmaqda davam etməyə hazırdır.

Kelloqun arqumentləri

Planın müəllifinin fikrincə, ABŞ üçün prioritet atəşkəsə nail olmaq və münaqişəni danışıqlar yolu ilə həll etmək olmalıdır. Kelloq vurğulayır ki, müharibənin uzadılması ABŞ-ın silah ehtiyatlarını tükəndirir və ölkəni Tayvanla bağlı Çinlə potensial münaqişəyə qarşı həssas edir. O hesab edir ki, Amerika başqa bir silahlı münaqişəyə dərindən qarışmaqdan çəkinməlidir.

Bu plan mübahisəlidir, çünki o, Rusiyaya əhəmiyyətli güzəştləri nəzərdə tutur və Ukraynanın hazırkı sərhədləri daxilində tam suverenliyini nəzərə almır.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1490   Tarix: 03 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Tacikistan Prezidentinə təbrik məktubu göndərdi

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib. Qaynarinfo xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Emoməli Şərifoviç,. Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımda

9 sentyabr
.

Hikmət Hacıyev: "Qarabağın şəhərləri beynəlxalq əməkdaşlığı inkişaf etdirməlidir"

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Qarabağ bölgəsinin və digər ölkələrin şəhərləri arasında beynəlxalq əməkdaşlığın inkişafını vacib adlandırıb. "Report"a istinadən xəbər veri

11 sentyabr
.

Başqasının uğuruna sevinə bilməmək paxıllıqdan qaynaqlanır, yoxsa insanın özünü dəyərsiz hiss etməsindən? - AÇIQLAMA

İnsan bəzən başqasının uğurunu gördükdə sevinc əvəzinə içində narahatlıq, qıcıq və ya narazılıq hiss edə bilər. Xüsusilə də qarşı tərəfin əldə etdiyi nəticə insanın öz həyatı ilə bağlı çatışmazlıqları xatırladırsa, bu hiss daha da güclənir. Bəs başqasının uğuruna sevinə bilməmək həmişə paxıllıqdan qaynaqlanır

9 sentyabr
.

18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir

İsveçin Gevle şəhərində keçiriləcək bələdiyyə seçkilərində ən yaşlı və ən gənc namizəd diqqət çəkib. İsveçin SVT telekanalına istinadən xəbər verir ki, "Yaşıllar" Partiyasının 95 yaşlı nümayəndəsi Ken Kubulenso və "Mötədillər"dən namizəd olan 18 yaşlı Rihad Ələkbərov Gevle bələdiyy

7 sentyabr
.

"Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları" təsdiqlənib

Torpaq və Mülki məcəllələrdə, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mülki Məcəlləsind

2 sentyabr
.

Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin mətnini təqdim edir:

2 sentyabr
.

Hikmət Hacıyev: "Azərbaycanın bərpa təcrübəsi digər münaqişə zonalarında tətbiq edilə bilər"

"Azərbaycanın müharibədən sonrakı bərpa və əhalinin qayıdışı ilə bağlı topladığı təcrübə dünyanın münaqişə, eləcə də savaşlardan zərər çəkmiş digər regionlarında tətbiq oluna bilər". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Preziden

11 sentyabr
.

"Bişkek sammiti Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi baxımından mühüm platformadır" - DEPUTAT

"Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirakı ölkəmizin çoxşaxəli və fəal xarici siyasətinin növbəti mühüm göstəricisidir. Dövlət başçısının səfəri çərçivəsində keçirilən çoxsaylı görüşlər və aparılan müzakirələr Azərbaycanı

2 sentyabr
.

Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi təsdiq edildi

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında "Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru - Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması"

10 sentyabr