"Fərdi yaşayış evlərinin qış aylarında alınması daha məqsədəuyğundur" - ƏMLAK EKSPERTİ

"Fərdi yaşayış evlərinin qış aylarında alınması daha məqsədəuyğundur" - ƏMLAK EKSPERTİGünümüzdə vətəndaşlar ən çox ev alarkən böyük problemlərlə üzləşirlər. Əsasən də hazır tikililərə mürciət edən şəxslər, sonradan həmin tikilinin bərbad və yaşanmaz hala gəlməsi ilə üzləşə bilirlər. Bəs, sonradan belə hallarla qarşılaşmamaq üçün vətəndaşlar fərdi yaşayış evi alarkən nələrə diqqət yetirməlidir?

Mövzu ilə bağlı Sonxeber.az-a əmlak eksperti Elnur Fərzəliyev danışıb.

O, açıqlamasında qeyd edib ki, vətəndaşların özünün təmir-tikinti işləri ilə bağlı anlayışı olmadığı halda, evə baxış zamanı özləri ilə birlikdə peşəkar ustalar da apara bilərlər:

"Vətəndaşlar hər hansısa bir daşınmaz əmlakı alarkən, daha önəmlisi vətəndaş əgər fərdi yaşayış evi alırsa mütləq şəkildə önəm verəcəyi ilk məsələ, həmin fərdi yaşayış evinin sənədidir. Maksimal dərcədə çıxarışlı sənəd almalı, torpağın və tikilinin çıxarışı olmalıdır. Çünki, əksər hallarda bəzi vətəndaşlar torpağın çıxarışı olub və üzərində ev tikib satırlar. Amma tikilinin sənədi olmur, çünki, torpağın təyinatı kənd təsərrüfatı və ya digər təyinatlı torpaqlar olduğu üçün bunun üst tikilisinə çıxarış verilmir. Hər hansısa tikiliyə çıxarışın alınması üçün onun torpağının təyinatı ilə üstün təyinatı eyni olmalıdır. Bu baxımdan ilk önəm verəcəkləri məsələ çıxarışın olmasıdır. Daha sonr vətəndaşlar əgər, fərdi yaşayış evi alırlarsa, sözügedən evin tikintisinin keyfiyyətinə önəm verilməlidir. Vətəndaş aldığı ərazini əvvəlcədən araşdırmalıdır. Əgər, həmin fərdi həyət evlərin tikildiyi ərazilər bir zamanlar bataqlıq, gölməçə vəs, olub və qurudularaq belə evlər tikilibsə gələcəkdə bu tip evlərin çökməsi, çatlaması, təmirin bərbad vəziyyətə düşməsi qaçılmazdır. Əgər, vətəndaşın təmir və tikinti ilə bağlı tam anlayışı yoxdursa bu sahədə peşəkar ustalara müraciət edərək onlarla birgə evə baxış keçirdə bilərlər.
Vətəndaşlar aldıqları evin qiymətini dəqiq bilmək istəyirlərsə, öncəliklə həmin ərazilərdəki torpaqların satış qiymətlərini öyrənməli, daha sonra tikinti xərcini hesablayaraq evin qiymətini bazar qiymətinə uyğun olub-olmadığını müəyyənləşdirə bilərlər. Bundan əlavə keyfiyyətlə bağlı adətən insanlar fərdi həyət evlərini yay aylarında alırlar, amma fərdi yaşayış evlərinin soyuq, qış aylarında alınması daha məqsədəuyğundur. Soyuq aylarda əgər, mənzilin keyfiyyətsiz materiallardan istifadə olunubsa və yaxud tikinti keyfiyyətsiz formada aparılıbsa həmin evdə qış aylarında nəmişlik və təmirin bərbad günə düşməsi anında hiss olunacaq. Daha yaxşı olar ki, vətəndaşlar ev alarkən, əvvəlcədən yaşayış olmuş mənzillərə müraciətlər etsinlər".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2414   Tarix: 04 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr