Əmisinin cinayətini 2 ilə yaxın gizlətdi, həbs edildi

Əmisinin cinayətini 2 ilə yaxın gizlətdi, həbs edildiAğcabədidə ötən il yaşlı qadının əri tərəfindən öldürülməsi hadisəsi ilə əlaqədar daha bir nəfər həbs edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1955-ci il təvəllüdlü Dəstəgül Mehdiyevanı öldürən 70 yaşlı əri Əliyar Mehdiyevin qardaşı oğlu 1995-ci il təvəllüdlü Tural Mehdiyev də cinayət məsuliyyətinə cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 307.3-cü (Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə iş açılıb.

Məlum olub ki, T.Mehdiyev əmisigillə qonşuluqda yaşayıb və hadisə barədə ilk xəbər tutan şəxslərdən olub. O, hadisədən dərhal sonra əmisinin evinə gedib, Dəstəgül Mehdiyevanın qan içində qalmış meyitini görüb. Həmin vaxt Əliyar Mehdiyev artıq mənzili tərk edibmiş. Tural bu zaman cinayət aləti olan baltanı, evdəki qanlı xalçanı götürərək gizlədib və xəstəxanada əmisi arvadının yıxılaraq öldüyünü bildirib.

Hadisə 2023-cü ilin yanvarında qeydə alınıb, növbəti gün qətl faktı üzə çıxıb. Sonradan Ə.Mehdiyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Tural Mehdiyev isə dünən həbs edilib. Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə ona 2 il həbs cəzası verilib və məhkəmə zalındaca tutularaq təcridxanaya göndərilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1720   Tarix: 06 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sevgilisini xüsusi amansızlıqla öldürən iş adamı ilə bağlı YENİ QƏRAR

Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti proses keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəf təqsirləndiriləni

10 aprel
.

Dəhşətli cinayət: Ana torpağa basdırılmış, oğlu güllələnmiş halda tapıldı

Hatayın İskenderun rayonunda baş verən dəhşətli hadisə nəticəsində ana və oğlu ölü halda tapılıb. türk mediasına istinadən xəbər verir ki, sözügedən ərazidə heyvan otaran çoban torpaq üzərində meyit aşkar edərək vəziyyət barədə jandarmaya məlumat verib. Hadisə yerinə cəlb olunan əməkdaşlar tərəfində

16 aprel
.

Anasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin BƏZİ DETALLARI

67 yaşlı anasını yad kişilərlə yüngül həyat keçirməsini bəhanə edərək qətlə yetirən Emil Ağayevin cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadla xəbər verir ki, hadisə 2026-cı il yanvarın 24-də Sabunçu rayonu, Ramana qəsəbəsi, "Gülçülük sovxozu" ərazisində baş verib

12 may
.

22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi

Bakı şəhər Nizami rayon sakini 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə paylaşım edib. Gənc qız bildirib ki, bir müddət əvvəl 33 yaşlı əmis

6 may
.

Oğul anasını traktorla vuraraq öldürdü

Ucarda oğul anasını traktorla vuraraq öldürüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib. 1989-cu il təvəllüdlü Ucar sakini Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən 1959-cu il təvəllüdlü anası Adilə Əkbər qızı Abbasovanı vurub. Ağı

19 may
.

Tovuzda 32 yaşlı kişi qətlə yetirildi - Kəndlisi saxlanıldı

Tovuzda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, cinayət rayonun Eyyublu kəndində qeydə alınıb. Belə ki, 32 yaşlı Elməddin Quliyev kəsici alətlə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən onun 1997-ci il təvəllüdlü həmkəndlisi Asəf Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb

1 iyul
.

25 yaşlı oğlan işlədiyi bağda öldü

Tərtər rayonunda gənc oğlan tənəffüs çatışmazlığından vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə mayın 7-si saat 16 radələrində Tərtər şəhərinin ərazisində yerləşən bağda baş verib. Orada işləyən Yevlax rayon sakini 2001-ci il təvəllüdlü Dünyamin Ayaz oğlu Hümbətov astma bronxit xəstəliyində

9 may
.

İlham Haqverdiyev azadlığa buraxıldı

Müdafiə Nazirliyinin (MN) "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə ela

1 may
.

Hamlet Musayevin qızı həbsdən azad edildi

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin yarım milyondan çox dələduzluqda ittiham edilən qızı həbsdən azad olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq qərar qəbul edilib. M.Musayeva 610 min manat pulunu ələ keçirdiyi Ü.Quliyev

20 may