Elektrikli keçidin riskləri: Avtobus gecikəcək, interval böyüyəcək, küçələrdə qalacağıq

Elektrikli keçidin riskləri: Avtobus gecikəcək, interval böyüyəcək, küçələrdə qalacağıq2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqları ilə əvəzlənməsi nəzərdə tutulub. Bunu Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Nazir əlavə edib ki, Azərbaycan yaxın zamanlarda dayanıqlı ekosistemin yaradılması barədə öhdəlik götürüb. Artıq ölkəyə 160 ədəd elektrikli avtobus gətirilib. Bunların sayı daha da artırılacaq.

Bakının 2030-cu ilə kimi tamamilə elektrikli avtobuslara keçidi təqdirəlayiq addımdır. Bəs bu nə dərəcədə real görünür? Əgər bu layihə reallaşarsa, benzin və dizellə fəaliyyət göstərən avtobusların taleyi necə olacaq?

Bu avtobuslar ölkəmizdə istehsal olunacaq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, ölkəmizdə dayanıqlı şəhər nəqliyyat sistemlərinin təmin edilməsi üçün görüləcək işlərdən biri də elektrik mühərrikli avtobusların tətbiq edilməsi və əhatə dairəsinin genişləndirilməsidir: "İstər ictimai nəqliyyata çıxış üçün təhlükəsiz piyada və velosiped marşrutlarının təmin edilməsi, istərsə də elektrik mühərrikli avtobuslar üçün enerji doldurma infrastrukturunun və xüsusi zolaqların yaradılması vasitəsilə dayanıqlı, aşağı karbonlu infrastrukturun tətbiqi prioritetdir. Azərbaycana gətirilən elektrik mühərrikli avtobusların artıq ictimai nəqliyyatda istifadəsinə başlanılıb. Elektrik mühərrikli avtobuslar 1, 5, 14, 21 və 88A nömrəli müntəzəm marşrut avtobuslarının istifadəsinə verilib. Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda Çinin "BYD" şirkətinin elektrik avtobuslarının istehsalı zavodu fəaliyyətə başlayacaq".

Əksəriyyəti sıradan çıxacaq

Yol-nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayevin fikrincə, 2030-cu ilə qədər elektrikli avtobuslara keçid məsələsi realdır: "Çünki avtobuslar bir müddət işlədikdən sonra istismar müddəti başa çatır. İstifadə müddətləri olduqca azdır. 2030-cu ilə qədər hazırda mövcud olan avtobusların əksəriyyəti sıradan çıxmış olacaq. Onların yerinə də hər dəfə elektrikli avtobuslar gətiriləcək. İstismar müddəti bitməmiş olan avtobuslar isə bölgələrə veriləcək".

Ekspert elektrikli avtobusların infrastruktur məsələsinə də toxundu: "Elektrikli avtobuslar üçün əsas yükləmə məntəqələri lazımdır. Bu da onların dayandığı qarajlarda olmalıdır. Gələcəkdə müəyyən yerlərdə də quraşdırılacağını düşünürəm".

Bu avtobuslardan tamamilə imtina etməməliyik

Nəqliyyat üzrə ekspert Adil Nəbiyev isə düşünür ki, gələcəkdə baş verə biləcək problemlərin qarşısını az da olsa almaq üçün dizel və qazla işləyən avtobuslardan tamamilə imtina etməməliyik: "Bütün dünyada elektrikli avtobuslara və avtomobillərə keçid həyata keçirilir. Bu keçid bizim ölkəmizə də aiddir. Hazırkı vəziyyət üçün bu, çox yaxşı haldır. Lakin gələcəkdə baş verə biləcək problemləri də nəzərə almalıyıq. Məsələn, hər hansı bir qəza baş verərsə, bir neçə gün elektriksiz də qala bilərik. Elektrik kəsintisi baş verdikdə ictimai nəqliyyat da iflic olar. O səbəbdən, ictimai nəqliyyatda tamamilə elektrikli nəqliyyat vasitələrinə keçid etmək təhlükəlidir. Daxili yanma mühərrikli avtobuslara da müəyyən qədər yer vermək lazımdır. Minimum 30-40 faiz həcmdə ehtiyat nəqliyyatımız daxili yanma mühərrikli olmalıdır ki, hər hansı bir problem baş verərsə, çətinlik yaşamayaq".

"Avtobuslar gecikəcək, intervallar böyüyəcək"

A.Nəbiyevin fikrincə, elektrik mühərrikli avtobuslar normal hava şəraitinə dözümlü olsa da, qış aylarında belə olmayacaq: "Hava soyuduqda avtobuslarda qızdırıcılar fəaliyyət göstərməlidir. Elektrikli avtobusların gün ərzində 350 kilometr hərəkət etdiyini bildirirlər. Lakin bu, normal hava şəraitində belədir. Məsələn, qarlı və şaxtalı havalarda onların bu qədər yol qət etməsi mümkün deyil. Bu zaman onların elektriki daha tez bitəcək. Avtobuslar gecikəcək, intervallar daha da böyüyəcək".

Qaz və dizeldən daha təhlükəlidir?

Ekspert zərərsiz hesab etdiyimiz elektrikli avtobusların əslində böyük risklərinin olduğunu da qeyd etdi: "Elektrikli avtomobillərin və avtobusların faydasından, ekologiya üçün xeyrindən danışırıq. Lakin unutduğumuz bir məsələ onların akkumulyatorlarıdır. Hansı ki, iri mühərrikli maşınlarda, həmçinin avtobuslarda bu, çox böyük həcmdədir. Avtobuslar köhnəldiyi zaman onların akkumulyatorları tamamilə istifadəyə yararsız olacaq. Onun elektrikini neytrallaşdırmaq üçün torpağın çox dərin qatlarına basdırmaq lazımdır. Çünki elektrikli avtobusların utilizasiyası çətindir. Bu akkumulyatorlar çox böyük həcmdə radiasiya yayır. Avtobuslar yeni olduğu zaman bu radiasiya səviyyəsi müəyyən qədər az olur. Lakin avtobus köhnəldikcə, yaydığı təhlükə də xeyli çoxalır. Yəni, elektrikli avtobuslar tam ekoloji təmizdir demək yanlışdır. Nəzərə almalıyıq ki, ətrafımızda yetəri qədər radiasiya mövcuddur. Bu, xüsusilə də Bakı şəhərində digər ərazilərdən qat-qat çoxdur. Hazırda Bakının yollarında iki milyondan artıq nəqliyyat vasitəsi hərəkət edir. Onların yarısının elektrikli olduğunu düşünək. Bu zaman yayılan radiasiyanı təsəvvür etmək belə dəhşətlidir". ("Kaspi" qəzeti)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1101   Tarix: 07 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr