Əmək miqrasiyası kvotasına dəyişiklik təklifləri hökumətə göndəriləcək

Əmək miqrasiyası kvotasına dəyişiklik təklifləri hökumətə göndəriləcəkGələn il üçün əmək miqrasiyası kvotasına dair təkliflər, eyni zamanda bu ilin təsdiq olunmuş əmək miqrasiyası kvotasına edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunacaq

Sonxeber.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrliyi ilə "Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi üzrə Komissiya"nın növbəti iclası keçirilib.

İclasda bu il üçün təsdiq olunmuş əmək miqrasiyası kvotasından istifadə vəziyyəti və gələn il üçün hazırlanmış əmək miqrasiyası kvotasına dair təkliflər aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Komissiya üzvləri ilə birgə müzakirə olunub.

Qeyd olunub ki, növbəti il üçün əmək miqrasiyası kvotasına dair təkliflər ölkə iqtisadiyyatında yaranan çoxsahəlilik, işəgötürənlər tərəfindən müxtəlif müasir peşə və ixtisaslara malik işçilərə olan tələb əsasında hazırlanıb.

Habelə əmək bazarına daxil olan işçi qüvvəsi ilə bağlı aparılmış təhlillər, əmək bazarı ilə bağlı digər proqnozlar nəzərə alınıb.

Əmək bazarına daxil olan ixtisaslı kadrların sayının hər il artımı, eyni zamanda əmək bazarında mövcud olan işçi qüvvəsinin bacarıqlarının, rəqabətədavamlılığının yüksəlməsi istiqamətində görülən tədbirlər qeyd edilib. Bununla bağlı olaraq 2025-ci ildə də əcnəbi işçi qüvvəsinə tələbin azalan tendensiya əsasında müəyyən edilməsinin zərurəti, ixtisaslı əcnəbi işçi qüvvəsinin milli əmək ehtiyatları ilə əvəz edilməsi amilləri müzakirə olunub.

İclasda həyata keçirilməsi nəzərdə tutulan layihələr, mədənçıxarma, elmi texniki fəaliyyət, tikinti, o cümlədən işqaldan azad olunmuş ərazilərdə həyata keçirilən geniş tikinti quruculuq işlərinə ixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunması məsələləri də nəzərdən keçirilib.

Müzakirələrin yekununda 2025-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər, eyni zamanda 2024-cü ilin təsdiq olunmuş əmək miqrasiyası kvotasına edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 904   Tarix: 09 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr