"Sığınacaq Tapan Qəlblər" adlı xeyriyyə məqsədli ziyafət yeməyi təşkil edilib - VİDEOREPORTAJ

"Sığınacaq Tapan Qəlblər" adlı xeyriyyə məqsədli ziyafət yeməyi təşkil edilib - VİDEOREPORTAJ"Sığınacaq Tapan Qəlblər" adlı xeyriyyə məqsədli ziyafət yeməyi təşkil edilib. 8 dekabr 2024-cü il tarixində "Kitchen Plus" restoranında Gənclər İnkişaf Naminə İctimai Birliyinin nəznində fəaliyyət göstərən Abşeron Qadın və Uşaq Sığınacağının təşkilatçılığı ilə "Sığınacaq Tapan Qəlblər" adlı xeyriyyə məqsədli ziyafət yeməyi təşkil edilib.

Sonxeber.az xəbər verir ki, tədbirdə bir sıra nazirlər, komitə sədrləri, millət vəkilləri, dövlət rəsmiləri, o cümlədən xeyriyyəçi iş adamları iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhid övladlarından ibarət "Zəfər Sədası" xor qrupu çıxış edib.

Tanınmış jurnalist İslam Qədirlinin aparıcılığı ilə baş tutan tədbirin açılış nitqini Gənclər İnkişaf Naminə İctimai Birliyinin sədri, Abşeron Qadın və Uşaq Sığınacağının təsisçisi Rəvan Cəfərli və sığınacağın direktoru Zülfiyyə Əliyeva qonaqları salamlayaraq birlikdə gördükləri işlər, sığınacağın fəaliyyəti, gələcək layihələr barədə ətraflı məlumat verib.

Sonra isə tədbirin qonaqlarına söz verilib. İlk öncə Azərbaycan Respublikası Gənclər İdman Naziri Fərid Qayıbov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Orxan Qasımov, ABF-nin prezidenti Taleh Ziyadov, 4 saylı qadın cəzaçəkmə müəssisəsinin rəis müavini Lamiyə Əliyeva, Millət Vəkili Musa Qasımlı və digər Millət Vəkilləri çıxış edərək öz dəyərli fikirlərini bölüşüb və sığınacağa dəstəyini bildirib. Həmçinin tanınmış xeyriyyəçi iş admları Qubad Qubadov, Sakit Səmədov, Hacı Nuran, Məhkum Qadınların Cəmiyyətə Qayıdışı İctimai Birliyinin sədri, AQUS-nın Himayədarlar Şurasının sədri Fira Cəlilova, Xəzər rayonu Məhkəmə Hakimi Aynur Məmmədova, YAP-nın, İcra Hakimiyyəti, Sosial Xidmətlər Agentliyinin nümayəndələri, tanınmış klinika rəhbərləri və həkimlər, Naxçıvan Muxtar Respublikasının Yazıçılar və Bəstəkarlar Birliyinin üzvü Arzu Bədəlova, şairə , bəstəkar ictimai xadim, iş adamı, RİHİM İB-nin sədri Arzu Bağırova, Azərbaycan İncəsənət Məktəbinin təsisçi/direktoru kinorejissor Amil Alioğlu iştirak edib.

Sonra isə Azərbaycan Respublikasının Əməkdar Artisti Firuzə İbadova və Gülüstan Əliyeva öz mahnıları və "Kəlağayı" rəqs qurupu öz rəqsləri ilə tədbirin bədii hissəsinə keçid edib. Daha sonra isə gənc xanəndə Həsrət Əzizli Bayatı Şiraz muğamını ifa edib.


"Sığınacaq Tapan Qəlblər" adlı xeyriyyə məqsədli ziyafət yeməyi təşkil edilib - VİDEOREPORTAJ"Sığınacaq Tapan Qəlblər" adlı xeyriyyə məqsədli ziyafət yeməyi təşkil edilib - VİDEOREPORTAJ"Sığınacaq Tapan Qəlblər" adlı xeyriyyə məqsədli ziyafət yeməyi təşkil edilib - VİDEOREPORTAJ"Sığınacaq Tapan Qəlblər" adlı xeyriyyə məqsədli ziyafət yeməyi təşkil edilib - VİDEOREPORTAJ"Sığınacaq Tapan Qəlblər" adlı xeyriyyə məqsədli ziyafət yeməyi təşkil edilib - VİDEOREPORTAJ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1637   Tarix: 09 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr