"Ulu öndər Heydər Əliyevin uğurlu dövlət quruculuğu Azərbaycanın müstəqilliyini əbədi etdi" - DEPUTAT

"Ulu öndər Heydər Əliyevin uğurlu dövlət quruculuğu Azərbaycanın müstəqilliyini əbədi etdi" - DEPUTAT"Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri sayəsində ölkəmiz yenidən hər hansı dövlətin yenidən müstəmləkəsinə çevrilməkdən xilas oldu".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı yaşadığı bu sabitliyi və əmin-amanlığı ümummilli lider Heydər Əliyevə borcludur:

"Uu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli ilə hakimiyyətə qayıtmasaydı, bəlkə də bu gün Azərbaycan hər hansı ölkənin müstəmləkəsinə çevrilmişdir. O, qayıdışı ilə Azərbaycanı o illərdə hökm sürən xaosdan və vətəndaş müharibəsindən xilas etdi. Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək inkişafının prioritetlərini və onların həyata keçirilməsinin yollarını göstərdi. Onun ən böyük arzusu dövlətimizi güclü və xalqımızı isə yüksək rifah şəraitində görmək idi. Məhz buna görə də da o, vətəndaşı olmağımızla qürur duyacağımız güclü və qüdrətli Azərbaycan üçün çalışıb. Ulu öndər Heydər Əliyevin vaxtilə arzu kimi açıqlanan bu hədəflər artıq reallıqdır. Ərazi bütövlüyünü öz gücünə bərpa edən qüdrətli dövlət, düşməni döyüş meydanında məhv edərək 30 illik işğala son qoyan güclü xalqıq".

Deputat vurğulayıb ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənləri ancaq özlərinin şəxsi maraqları düşündürdüyü üçün Azərbaycanı ucuruma aparırdılar. Ən çətin dövrdə xalqın xahişi ilə hakimiyyətə qayıdan ümummilli lider ider torpağına, vətəninə, xalqına bağlılığını bugünkü inkişafa böyük yol açması ilə təsdiqlədi:

"Bu gün əminliklə deyə bilərik ki, müasir və mütəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir:

"Azərbaycan xalqının və dövlətinin xilaskarı, ümummilli lider Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi. Sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı, nizami ordu quruculuğu, eləcə də bütün sahələrdə dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. 1994-cü il mayın 12-də cəbhədə atəşkəs əldə edildi, sentyabrın 20-də isə Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. "Əsrin müqaviləsi" adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycanın dünya xəritəsindəki yeri və mövqeyini möhkəmləndirdi. Bir sözlə ulu öndər Heydər Əliyevin uğurlu dövlət quruculuğu Azərbaycanın müstəqilliyini əbədi etdi".

Deputat söyləyib ki, bu gün ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab prezident İlham Əliyevin
misilsiz xidmətləri sayəsində Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu:

Cənab prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan daha da gücləndi və qüdrətləndi.Bütün sahələrdə inkişaf son həddə çatdırıldı. Ən önəmlisi isə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi 4 il öncə Ali Baş Komandan İlham Əliyevin "Hücum!" əmrinin yüksək əhval-ruhiyyə ilə qarşılanmasına və 44 gündə 30 ilin işğalına son qoyulmasına stimul oldu. Bu gün cənab prezident İlham Əliyevin adı tarixə qalib Sərkərdə, ordumuz ən güclü ordu kimi həkk olunub. Heydər Əliyev yolunun uğurları Azərbaycanı diktə edən tərəfə çevirib, torpaqlarımıza qovuşdurub".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1735   Tarix: 11 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr