Ermənistan-Fransa arasındakı hərbi əməkdaşlıq bölgə üçün yeni təhlükə yaradarsa adekvat tədbirlər görmək zəruri olacaq" - DEPUTAT

Ermənistan-Fransa arasındakı hərbi əməkdaşlıq bölgə üçün yeni təhlükə yaradarsa adekvat tədbirlər görmək zəruri olacaq" - DEPUTATXəbər verdiyimiz kimi Ermənistan və Fransa arasında 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mövzu ilə Sonxeber.az-a danışan deputat Elçin Mirzəbəyli bildirib ki, Ermənistanla Fransa arasında imzalanan proqram ilk deyil. Bundan öncə də belə bir proqram imzalanmışdı:

"Fransanın Ermənistanı silahlandırdığı, regionda yeni münaqişə ocağı yaratmaq istəməsi heç kimə sirr deyil. Bilirsiniz ki, Fransa təkcə öz resursları ilə Ermənistana hərbi dəstək vermir. Eyni zamanda digər ölkələri də prosesdə iştirak etməyi təhrif edir. Bugünkü şəraitdə Fransa tərəfindən atılan addımlar bu ölkənin də üzv olduğu nə Avropa İttifaqının elan etdiyi prinsiplərə, nə BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi üzərinə götürdüyü öhdəliklərə uyğun gəlmir. Reallıq odur ki, regionda hərbi balansı dəyişmək üçün atılan addımlar tək Azərbaycan üçün deyil, bütün bölgə dövlətləri üçün təhlükə yaradır. Ermənistanın Fransa ilə bu sahədəki əməkdaşlığı bölgə üçün yeni təhlükə yaratmağa xidmət edəcəksə bu istiqamətdə adekvat tədbirlər görmək zəruri olacaq".

Deputat vurğulayıb ki, müasir beynəlxalq hüququn doktrinası dövlətlərin müdafiə hüququndan, eyni zamanda kollektiv müdafiə hüququndan təkcə öz ölkəsinin sərhədləri çərçivəsində deyil, eyni zamanda kənarda da müvafiq addımlar atmağa imkan yaradır:

"Bu gün reallıq ondan ibarətdir ki, təcavüz və hərbi təhdid amili varsa o zaman bu və ya digər ölkə önləyici addımlar ata bilər. Eləcə də Azərbaycan Ermənistanın gələcək də yarda biləcək hərbi təhdidlərin qarşısını almaq üçün önləyici addımlar ata bilər. Yəni Ermənistan ərazisində mövcud olan və gələcək Azərbaycan üçün təhlükə yarada biləcək istənilən hərbi obyekt legitim hədəfə çevrilə bilər. Dünyada bununla bağlı çox saylı praktikanın olduğunu şahidi olmuşuq. Bu aspektdən yanaşılanda Ermənistan və Fransa arasındakı əməkdaşlığın inkişafı və perspektivi ona uyğun addımlar atılmasını zəruri edə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1454   Tarix: 11 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr