"Silahlandırılan Ermənistan danışıqlarda pozucu mövqe tutacaq ve sülh sazişinin imzalanması yubadacaqdır" - DEPUTAT
"Ermənistan və Fransa arasında strateji müdafiə məsləhətləşmələri nəticəsində 2025-ci il üçün müdafiə əməkdaşlığı proqramı imzalanması gözlənilən idi . Həm Avropa İttifaqı, həm də Fransa regionda sülhə mane olan əsas qüvvələrdir . Bu baxımdan sözügedən tərəflərin Cənubi Qafqazla bağlı siyasətinin əsas istiqaməti Ermənistan üzərindən regiona müdaxilə etməkdir".
Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.
Deputat qeyd edib ki, Ermənistan əvvəlcə şirnikləndirilir, öz tərəfinə çəkilir:
"Daha sonra özündən asılı vəziyyətə salınır. Ən sonda isə Ermənistan Fransanın və Avropa İttifaqının Cənubi Qafqazla bağlı bütün tapşırıqlarını yerinə yetirir. Təbii ki, son illər yenilənən Müdafiə əməkdaşlıq proqramı Ermənistanı növbəti revanş cəhdlərinə və gərginliyə hazırlaşdırmağa hesablanıb. Bu dövlətin müdafiə və təhlükəsizlik imkanları artırılacaq. Bununla da Ermənistan sülhdən yayınacaq. Əsas məqsəd də elə budur. Ermənistan böyük və güclü dövlət deyil ki, Avropa İttifaqı ilə Fransa onunla əməkdaşlıqda bu qədər maraqlı olsun.
Fransanın növbəti dəfə belə addım atacağı gözlənilən idi. Onsuz da Fransanın Cənubi Qafqazda apardığı siyasət pozuculuq üzərində qurulub. Rəsmi Paris bütün gücüylə Cənubi Qafqazda münaqişənin alovlandırmağa çalışır. Bu məqsədlə də Ermənistanı silahlandırır. Yeni hərbi müqavilələr də bu siyasətin davamıdır.
Hətta bir neçə ay əvvəl Fransa ilə Ermənistan arasında SEZAR özüyeriyən artilleriya kurğularının alqı-satqısı barədə müqavilə imzalanmışdı. Düşünürəm ki, bu əməkdaşlıq təkcə müdafiə xarakterli yox, həm də hücum silahların Ermənistana verilməsinə şərait yaradacaqdır. Faktiki olaraq, Fransa açıq şəkildə Ermənistanı silahlandırmaqla məşğuldur. Aydın məsələdir ki, silahlandırılan Ermənistan danışıqlarda pozucu mövqe tutacaq ve sülh sazişinin imzalanması yubadacaqdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1569 Tarix: 12 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr