Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilibDekabrın 13-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib.

Sonxeber.az xəbər verir ki, iclası açan komitə sədri Arzu Nağıyev bildirib ki, gündəliyə bir məsələ - Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Psixiatriya yardımı haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) daxildir. Komitə sədri bildirib ki, qanun layihəsi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması, habelə hərbi xidmətə çağırışla bağlı müvafiq müddəaların dəqiqləşdirilməsi məqsədilə hazırlanıb.

Layihəyə əsasən, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna "tibbi şəhadətləndirilmə", "elektron kabinet" və "çağırış vərəqəsi" anlayışları əlavə edilir. Layihədə aidiyyəti dövlət orqanları arasında tibbi müayinənin nəticələrinin elektron əldə edilməsi, əlilliyi müəyyən olunmuş çağırışçıların tibbi müayinəsinə dair müvafiq qərarın onların əyani formada tibbi müayinəsi aparılmadan çağırışçıya dair elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul edilməsi, müvafiq dövlət orqanlarının sistemlərinin qarşılıqlı inteqrasiyası ilə bağlı müddəalar əks olunub.

Bundan başqa, layihədə müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan son yaş həddinin 35-dən 30 yaşa endirilməsi təklif olunur.

Eyni zamanda, layihədə ilkin hərbi qeydiyyatın müddəti, habelə təşkilatlar tərəfindən ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi müddəti uzadılır. Çağırışçılar barəsində çağırış komissiyaları tərəfindən qəbul edilmiş qərarlar onlara 10 gün müddətində deyil, 3 gün müddətində bildiriləcəkdir. Layihədə müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşların tibbi müayinədən keçməsi müddəti çağırışa 2 ay qalmış müddətdə müəyyən olunur.

Yuxarıda qeyd olunanlarla yanaşı, layihədə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılan vətəndaşların dairəsi müəyyən olunur və təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi ilə bağlı maddə yeni redaksiyada verilməklə dəqiq tənzimləmə qanunda əks olunur. Belə ki, bakalavriatda və magistraturada əyani təhsil alan tələbələrə çağırışa möhlət onların müvafiq olaraq 24 və 26 yaşı tam olanadək veriləcəkdir. Dövlət proqramları və tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılar istisna təşkil edəcəkdir.

"Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Qanuna təklif edilən digər dəyişikliyə əsasən səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində yerləşdiriləcək və həmin məlumat vətəndaşın tanış olması üçün Elektron Hökumət İnformasiya Sisteminə göndəriləcəkdir.

Cinayət Məcəlləsinin 321-ci maddəsinə əlavə edilməsi təklif olunan "Qeyd" hissəsində "çağırışdan boyun qaçırma" əməlinin nədən ibarət olması dəqiq müəyyən olunur. Belə ki, "çağırışdan boyun qaçırma" dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür. Buna uyğun olaraq, Miqrasiya Məcəlləsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hallarına yeni halın əlavə edilməsi təklif olunur. İnzibati Xətalar Məcəlləsində çağırışçılar və hərbi vəzifəlilər haqqında aidiyyəti orqanlar tərəfindən məlumatların vaxtında verilməməsinə görə inzibati məsuliyyəti müəyyən edən maddənin dispozisiyası dəqiqləşdirilir və bu inzibati xətaya görə məsuliyyət sərtləşdirilir.
Digər qanunlara dəyişikliklər isə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda mövcud olan müddəalardan və bu layihə ilə təklif edilən dəyişikliklərdən irəli gəlir.

İclasda çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Qüdrət Həsənquliyev, Azər Kərimli, Aydın Mirzəzadə, Qaya Məmmədov, Erkin Qədirli təklif olunan dəyişikliklərin əhəmiyyətindən danışıblar, qeyd və təkliflərini diqqətə çatdırıblar.

Sonra iclasda iştirak edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) rəisinin müavini Azər Məmmədov, SHXÇDX-nin Baş İdarə rəisi Azər Babayev, xidmətin Hüquqi təminat şöbəsinin rəisi Anar Əkbərov deputatların qaldırdıqları məsələlərə münasibət bildiriblər, onların suallarını cavablandırıblar.
Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvləri Elman Məmmədov, Mahir Süleymanlı, Ramid Namazov, Səbinə Salmanova, Kamal Cəfərov və digər rəsmi şəxslər iştirak ediblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1021   Tarix: 13 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çimərliklərdə tullantı problemi: Sahillərdəki antisanitariya sağlamlığa necə təsir edir? - VİDEO

Paytaxt sakinlərinin və turistlərin yay mövsümündə ən çox üz tutduğu məkanlardan biri çimərliklərdir. Baku TV-nin məlumatına görə, bəzi sahillərdə müxtəlif məişət tullantılarına rast gəlinir ki, bu da xoşagəlməz mənzərə yaradır. Vətəndaşların sözlərinə görə, bəzi insanlar istirahətdən sonra tullantıların

14 iyun
.

Bu halda pensiya verilməyəcək - BİLMƏLİ OLDUĞUNUZ DETAL

Ailə başçısını itirməyə görə pensiya hansı hallarda verilmir?. Ailə başçısını itirməyə görə əmək pensiyası sosial təminat sisteminin mühüm hissələrindən biridir və məqsədi ailə üzvlərinin maddi təminatını qorumaqdır. Lakin bu pensiyanın təyin edilməsi hər bir halda avtomatik şəkildə həyata keçirilmir

14 iyun
.

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

2025-2026-cı tədris ilində ölkənin ümumi təhsil müəssisələrində işləyən müəllimlərin sayı açıqlanıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Agentliyin verdiyi məlumata görə ümumi təhsil müəssisələrində132 min 178 nəfər müəllim işləyib

13 iyun
.

Qəfil vəziyyətlərə hazır olun - XƏBƏRDARLIQ

Həftəsonları və qeyri-iş günlərində respublikanın avtomobil yollarında nəqliyyat axınında nəzərəçarpacaq artım müşahidə olunur. Hərəkət intensivliyinin yüksəlməsi fonunda yol hərəkəti qaydalarının pozulması isə yol-nəqliyyat hadisələrinin başvermə riskini dəfələrlə artırır. xəbər verir ki, bu barəd

13 iyun
.

"Müsabiqənin məqsədi gənclərin texnologiyaların yaradıcısı və inkişaf etdiricisi olmasına şərait yaratmaqdır" - İndira Hacıyeva

Müsabiqənin 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində keçirilməsi rəmzi məna daşıyır. xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İndira Hacıyeva Bakıda keçirilən "Robot Challenge" müsabiqəsinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ilk dəf

13 iyun
.

Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq

Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, iyunun 14-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-100 metrədə

13 iyun
.

Bu tarixdə QISA İŞ GÜNÜ OLACAQ - Respublikamızda

Azərbaycanda 25 iyun qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat qısaldılır. Bu səbəbdən 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq 25 iyun (cümə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq.( )

14 iyun
.

İyunun 15-i ilə bağlı bu şəxslərə ŞAD XƏBƏR

Tibbi-meteoroloji hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

14 iyun
.

Pensiyanız ARTA BİLƏR - Çoxunun bilmədiyi hesablama

2006-cı ildən əvvəl işləyən şəxslərin pensiya kapitalının necə hesablanması bir çox vətəndaşı maraqlandırır. Çünki həmin dövrdə ödənilən sosial sığorta haqları deyil, iş stajı əsas götürülərək pensiya kapitalı formalaşdırılır. Qanunvericiliyə görə, 2006-cı il yanvarın 1-dək olan hər il iş stajına gör

14 iyun