Azərbaycan Almaniyanın vergi sahəsində təcrübələrini araşdıracaq
Azərbaycan Almaniyanın müxtəlif sektorlar üzrə vergi güzəştləri, xüsusilə innovasiyalara dəstək, vergi kreditləri, rəqəmsallaşmaya subsidiyalar və startaplar üçün güzəştlər, ekoloji vergi və vergitutma sahəsində digər təcrübələrini araşdırmaqda maraqlıdır.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Almaniya Federal Maliyyə Nazirliyinin Vergi Direktoratlığının rəisi Nils Vayt ilə videoformatda keçirilən görüşdə bildirilib.
Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Tərəflər həm ikitərəfli səviyyədə, həm də İOTA çərçivəsində administrasiyalar arasında əməkdaşlığın dərinləşdirilməsi yolları, həmçinin vergi sahəsindəki təcrübələrin qarşılıqlı mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi hər iki ölkə üçün iqtisadi təcrübələrin və investisiyaların təşviqi baxımından əhəmiyyət daşıyır. Bu əməkdaşlıq beynəlxalq vergi fırıldaqçılığı ilə mübarizədə və vergidən yayınma hallarını daha səmərəli həll etməkdə administrasiyaların potensialını əhəmiyyətli dərəcədə artırır. Belə bir tərəfdaşlıq qlobal dəyişikliklərə cavab verə bilən davamlı və uyğunlaşa bilən sistemlərin inkişafına kömək edəcək, eyni zamanda hər iki ölkədə biznes üçün dəstəkləyici mühit yaradacaq.
Görüşdə bildirilib ki, 2024-2025-ci illər üçün IOTA-ya sədrlik edən Azərbaycan, eyni zamanda, təşkilatın əməliyyat effektivliyini və üzv dövlətlər üçün cəlbediciliyini artırmaq məqsədi daşıyan hərtərəfli strateji təşəbbüslər paketini hazırlayıb və bu məsələləri alman həmkarları ilə müzakirə etməkdə maraqlıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 861 Tarix: 14 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrQonşuya kömək edərkən faciəvi şəkildə öldü
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə
4 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabr