Boşanan analar uşaqdan ataya qarşı "silah" kimi istifadə edirlər?

Boşanan analar uşaqdan ataya qarşı "silah" kimi istifadə edirlər?Son zamanlar boşanan ailələrdə bəzi qadınlar uşaqlardan "silah" kimi istifadə edirlər. Onlar övladlarını atalarına göstərməkdən imtina edirlər. Bu barədə sosial şəbəkələrdə kişilərin sualları və narazılığına rast gəlmək mümkündür.

Bəs maraqlıdır, bu cür situasiyalarda kişi hansı addımı atmalıdır?

Oxu.Az-ın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Vəkil Pərviz Hacıyev məsələnin hüquqi tərəflərini belə izah edib:

"Təcrübəmizdə və məhkəmə iclaslarında tez-tez görürük ki, boşanma hallarında qadınlar çox vaxt azyaşlı uşaqlardan "silah" kimi istifadə edirlər. Bu, həqiqətdir. Sözügedən situasiyanın yaranmasının bir neçə səbəbi var. Əksər hallarda qadınlar boşanma prosesi zamanı incik düşürlər. Azərbaycan reallığında himayəsində azyaşlı olan qadınların sonradan yenidən ailə həyatı qurması və cəmiyyətə adaptasiya olması çətin olur. Əksər hallarda qadınlar şəxsi həyatlarından məhrum olurlar, buna görə də "qatarın getdiyini" gördükləri üçün əvəz çıxmağa çalışırlar. Bu da uşağı ataya göstərməmək kimi bir mənzərə ilə əksini tapır. Hətta məhkəmələr müvəqqəti təminat tədbiri ilə bağlı qərardad çıxarsalar belə, qadınlar buna icazə vermirlər, problem yaradırlar, qarşı tərəfi provokasiyaya çəkməyə cəhd edirlər.

Belə olan halda ilk olaraq şəxs boşanma ilə bağlı məhkəməyə müraciət etməyibsə, problemlər fonunda ayrılıq mərhələsi baş verirsə, ata məhkəməyə müraciət etməlidir. Məhkəmə müvəqqəti təminat tədbiri barədə qərardad çıxarır. Yəni məhkəmədə iddia qaldırılana qədər ata uşağı ilə müvəqqəti görüş qərarına nail olur. Həmin qərardadın icra müddəti 1 aydır. Yəni 1 ay ərzində müvəqqəti təminat tədbiri barədə ərizə vermiş şəxs məhkəmədə boşanma ilə bağlı iddia qaldırmalıdır. Belə olduğu təqdirdə məhkəmədə iş yekunlaşana qədər ata öz övladı ilə ünsiyyətdə ola bilər. 1 ay ərzində boşanma iddiası qaldırılmasa, qərardad qüvvədən düşür. Ola bilər ki, müvəqqəti təminat tədbiri ilə bağlı məhkəməyə müraciət edilməsin. Bu şəxs birbaşa boşanma ilə bağlı məhkəməyə müraciət edərkən yenə də məhkəmə tərəfindən müvəqqəti təminat tədbiri ilə bağlı qərardad çıxarıla bilər və atanın uşaq ilə ünsiyyəti təmin olunur. Burada, adətən, məhkəmələr müvəqqəti təminat tədbirini işin mahiyyəti üzrə həll etmir. Sadəcə, atanın övlad ilə ünsiyyətdən məhrum edilməsinin qarşısı alınır. Əsasən, atanın şənbə və bazar günləri uşaqla müəyyən saat daxilində ünsiyyətini məhkəmə qərardadı təmin edir".

Ekspert əlavə edib ki, iş məhkəmədə baxılıb yekunlaşanda da qətnamələrdə atanın uşaqla ünsiyyəti üçün həftənin bir günü müəyyən edilir:

"Müvəqqəti təminat tədbiri ilə qətnamənin fərqi odur ki, müvəqqəti təminat tədbiri zamanı iş mahiyyəti üzrə təmin olunmadığından məhkəmə məhdud vaxt ərzində atanın uşaq ilə müəyyən saatlar çərçivəsində görüşməsinə təminat yaradır. Məhkəmələr bir qayda olaraq vaxtı müəyyən edərkən uşağın yaşını nəzərə alırlar. Uşaq südəmər olduğu zaman məhkəmələr ananın iştirakı ilə uşağın ata ilə görüşünü təmin edirlər. Azyaşlı uşaq atanın yanında 1-2 saat qala bilmir. Uşaq 3-dən yuxarı yaş kateqoriyasındadırsa, ata ilə görüşün saatı yuxarı ola bilər. Xüsusilə 10 yaşdan yuxarı uşaqlarda bu qərar qəbul edilir, gecə ata ilə uşağın qalması praktikası da var. Uşağın yaşı nə qədər azdırsa, məhkəmələr görüş saatını da az edirlər. Məhkəmə qətnaməsi çıxanda isə iddiaçının verdiyi ərizədən asılı olaraq hakim uşaqlarla ünsiyyət zamanı bayram günlərini, uşağın özünün, atasının, nənəsinin ad gününü və ya hansısa əlamətdar günləri qətnamədə göstərməlidir. Çünki ad günü olduqda gün yarıya bölünür, uşaq valideynləri ilə balanslı vaxt keçirir. Yaxud da ad günündən sonrakı gün uşaq digər valideyni ilə vaxt keçirir. Kişilər bu mərhələdə səbrli olmalı, provokasiyaya getməməli, qanunun tələblərinə uyğun olaraq addım atmalıdırlar. Müvəqqəti təminat tədbiri ilə bağlı problem varsa, ana uşağı gətirmirsə, ataya göstərmirsə, praktikada icra məmurları hər iki valideyni icra şöbəsinə dəvət edib orada atanın uşağı görməsinə şərait yarada bilirlər".

Hüquqşünas vurğulayıb ki, valideynlər normal qaydada ayrılırlarsa, ünsiyyəti sonradan bərpa edirlərsə, şərt deyil ki, məhkəmə qətnaməsi yazılan müddətdə ata ilə uşaq görüşsün:

"Ana özü deyə bilər ki, daha çox müddət uşaq ata ilə qalsın. Sadəcə, ən çıxılmaz vəziyyətlərdə ata müvəqqəti təminat tədbiri çıxarmaq üçün məhkəməyə müraciət etməlidir. Yaxud da məhkəmədə uşaqla ünsiyyət ilə bağlı iddia qaldırıb məhkəmə qətnaməsinin çıxarılmasına nail olmalıdır.

Bunu da qeyd edim ki, məhkəmə praktikasında səhvlərə də yol verilir. Hakimlər bəzi hallarda uşaqla ünsiyyətlə bağlı qətnamə çıxararkən uşağın yaş xüsusiyyətlərini, psixoloji vəziyyətini, hansı valideynə daha çox bağlı olmasını, onun inkişafında valideynin rolunun hansı dərəcə olduğunu düzgün qiymətləndirə bilmirlər. Bəzi hallarda görüş ilə bağlı həddən artıq qısa müddət müəyyən edilir. Bu vaxt müəyyən edilərkən yaşanılan ərazi, uşağın götürüldüyü, gedəcəyi və təhvil verəcəyi yerlər nəzərə alınmalıdır. Qısa müddətdə görüş təyin edilirsə, Bakının tıxacları fonunda ata uzaq ərazidə yaşayırsa, məcburdur ki, uşaq ilə çöldə görüşsün. Belə olan halda uşaq xəstələnə bilər və sair. Bu detalların hər biri nəzərə alınmalıdır. Standart 2 saat müəyyən etməklə problem qaydasına düşmür. Məhkəmələr hər işə baxarkən fərdi və yaradıcı yanaşmalıdırlar".

Psixoloq Nizami Orucov isə qeyd edib ki, hirsini, qəzəbini kişidən çıxmaq üçün bütün emosionallığından sui-istifadə edən qadınla mübarizə aparmaq yorucudur:

"Çünki bu prosesdə empatiya, anlayış, rasionallıq sıfır vəziyyətindədir. Uşağın bu yolda istifadəyə çevrilməsi həm uşağa, həm ataya xüsusi travmadır. Bu zaman ata hüquq yolu ilə məsələnin həllinə çalışmalıdır. Çünki əks halda situasiya xoşagəlməz nəticələrə səbəb ola və prosesin daha gec həllinə gətirib çıxara bilər. Paralel olaraq yaxşı olardı ki, bu zaman ərzində ata psixoloji dəstək almaqdan çəkinməsin. Çünki hər nə qədər özünü güclü hiss edərək addım atsa və çabalasa da, əslində, travmatik olan bu prosesdən sağlam psixologiya ilə çıxması üçün psixoloji dəstək gərəklidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 856   Tarix: 14 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 iyun - Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. həmin paylaşımı təqdim edir:

14 iyun
.

Prezident İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, dövlət başçısının paylaşımında qeyd olunub:. "15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü"

14 iyun
.

Ankaradakı subasmada da Eldar Əzizov günahkardır?

Ankara su altında qaldı. Güclü yağış, dolu, su basmış yeraltı keçidlər, iflic olmuş küçələr, dünyanın sonundan bəhs edən filmlərdəki kimi suda üzən avtomobillər. İlk baxışda bu, təbii fəlakət, infrastruktur və şəhər kommunal xidmətlərinin hazırlığı ilə bağlı adi bir hadisə kimi görünürsə də mən artı

14 iyun
.

Məhərrəm ayının başlama tarixi və Aşura gününün VAXTI AÇIQLANDI

Azərbaycanda Məhərrəm ayı 16 iyun tarixinə, Aşura günü isə 25 iyun tarixinə təsadüf edəcək. Bizim.Media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlanması ilə əlaqədar ölkə müsəlmanlarına müraciətində qeyd edilib

13 iyun
.

1-ci sinif rus bölməsi bağlanır? - Qurumdan açıqlama

Ağdaş rayonu Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbdə rus bölməsinin açılmaması məsələsi valideynlərin narazılığına səbəb olub. Onların sözlərinə görə, hazırda həmin bölmə üzrə qəbul olunan 21 şagirdin gələcəyi qeyri-müəyyən vəziyyətdə qalıb. Valideynlərdən biri bildirib ki, onlara sinfin formalaşdırılmayacağ

14 iyun
.

Flora Kərimova xəstəxanaya yerləşdirildi, müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü

Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. APA-ya istinadən xəbər verir ki, sənətkarın müalicə prosesi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbayca

13 iyun
.

FHN-dən çimərliklərlə bağlı xəbərdarlıq: Qadağandır!

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib. Bu barədə -a FHN-in mətbuat xidmətindən məlumat verilib. "Havanın isinməsi ilə əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də su hövzələridir. "Fövqəladə Hallar Nazirliyi tərəfində

13 iyun
.

Bəzi ərazilərdə yağış yağır, şimşək çaxır

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, düşən yağıntının miqdarı Culfada 23, Daşkəsəndə 12, Naftalanda 11, Ordubadda 9

13 iyun
.

"Şuşa Bəyannaməsi Qafqaz regionunda sabitliyin və uzunmüddətli sülhün təmin edilməsinə mühüm töhfədir" - DEPUTAT

2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur.Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond

13 iyun