Bayram anonsu verildi: Bu malların qiymətində ENDİRİMLƏR OLACAQ
Bayrama sayılı günlər qalıb. Vətəndaşların əksəriyyəti indidən bayram bazarlığına start verib. Bunun da səbəbi bahalaşma xofudur. Çünki hər bayram ərəfəsində olduğu kimi, yenə də bəzi məhsulların qiymətində artım ehtimalı insanları təlaşlandırır.
Bəs qiymətlərdəki dəyişiklik hansı məhsulları əhatə edəcək? Ümumiyyətlə, bayramqabağı bahalaşmanın səbəbi nədir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Akif Nəsirli bir sıra vacib məqamlara toxunub:
"Azərbaycanda iqtisadiyyatın əsas hissəsi inhisar altındadır. Yəni sahibkar rəqib tanımır. Ancaq burada kiçik bazar iştirakçılarından yox, böyüklərdən söhbət gedir. Bu səbəbdən bayramqabağı hansı məhsulda dövriyyə artacaqsa, qiymətlər də bahalaşacaq. Bunun da mexanizmi ondan ibarətdir ki, inhisarçı heç rəqib qorxusu hesab etmədiyindən dövriyyə artdığı zaman qiymətləri qaldırır. Həmin addımı daha çox qazanmaq üçün edir. Rəqabətli bazarda vəziyyət tamamilə fərqlidir. Sahibkarın rəqibi olduqda, dövriyyənin yüksəlməsi ilə bərabər o, gəlirin bir hissəsini güzəştə gedərək qiymətləri aşağı salır. Beləliklə, rəqib qarşısında üstünlük nümayiş etdirmək istəyir. Azərbaycanda isə bu rəqabət olmadığına görə, üstünlük nümayiş etdirməyə ehtiyac yoxdur. Asanlıqla qiyməti bir qədər qaldıraraq daha çox qazanmaq mümkündür. İnhisarçı bazarda isə qiyməti artırmaq çox asandır. Çünki rəqin xofu yoxdur. Rəqabətli bazarda sahibkarın ən çətin işi qiymətləri artırmaqdır. Hətta bəzi hallarda məhsulun maya dəyəri artır və bazardakı qiymətə onu satmaq mənfəət gətirmir. Qeyri-rentabelli satış gedir və bir neçə ay düşünürlər ki, qiyməti artırmaq olar ya yox. Rəqiblərin bu addımı atmağını gözləyirlər. Ona görə də rəqabət olan yerdə qiymət artımına getmək ən çətin qərarlardan biridir. Rəqabət bazarda iki tendensiyanı nəzarət altında saxlayır. Birincisi qiymətlərin optimal, ədalətli formalaşmasıdır. İkincisi isə məhsulun keyfiyyətinin yüksəlməsi ilə bağlıdır".
İqtisadçı hansı sahədə bahalaşmanın gözlənildiyini də açıqlayıb:
"Bayram ərəfəsində hamı daha çox bazarlıq etməyə çalışacaq ki, həm özü süfrə aça bilsin, həm də qonağını qarşılasın. Belə olan halda, insanlar nəyi çox alacaqsa, həmin məhsul qiymətlərində bu artımlar müşahidə ediləcək. Məsələn, geyim mağazalarında biz qiymətlərdə endirim görə bilərik. Çünki burada dövriyyə yoxdur. Sabitlik olduğu üçün sahibkarlar endirimlərə üstünlük verirlər. Ərzaq bazarında bunun əksinə dövriyyə artdığı üçün qiymətlər də yüksəlir. Bu, inhisarçılığın əlamətlərindəndir. Nə zaman inhisarçılıq aradan qalxıb yerini rəqabət tutarsa, biz o zaman bazarda məhsulların, malların keyfiyyətinin yüksəldiyini, qiymətlərin optimallaşdığını görəcəyik.
Bayram yaxınlaşdıqca, bu ərəfədə ən çox alınan, tələb olunan məhsulların qiymətində artımların olacağını demək mümkündür. Bayramdan sonra həmin məhsulların bir qismi əvvəlki qiymətinə qayıtsa da, bir qisim mallar üçün bunu demək olmur. Ona görə ki, sahibkarlar bu tendensiyadan fürsət kimi istifadə edir. Məsələn, bir məhsul 15 faiz bahalaşırsa, bayramdan sonra 7 faiz azalır, amma 8 faiz bahalaşma qalır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Qədim Şuşada gözəllik yaradılır
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Bakıda avtomobil gözəllik salonuna girdi