Nərmini ölümə təhrik edən kişi üç uşaq atası imiş
Şəmkirdə 24 yaşlı Nərmin Məmmədovanın intiharı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, N.Məmmədovanın tanışı 40 yaşlı Elnar Məmmədov Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 182.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədova 9 il həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, N.Məmmədova 2022-ci ildə boşanıb, bundan sonra onun E.Məmmədovla münasibəti yaranıb. Bir müddət sonra E.Məmmədov Nərmini hədələməyə, əhali arasında rüsvay edəcəyini bildirməyə başlayıb. Elnar Nərminə fiziki zorakılıq edərək ona 5 min manat borcunun olmasına dair iltizama imza çəkdirib. Həmçinin qızın anasından hədələmə yolu ilə bir neçə dəfə pul alıb.
Tələb etdiyi pulun verilməyəcəyi təqdirdə Nərminin azyaşlı övladını atasına verdirəcəyini də deyib.
Depressiv vəziyyətə düşən və ləyaqətinin alçaldıldığını hesab edən qadın çıxış yolu olaraq intiharı seçib. O, intihardan əvvəl iki məktub yazıb.
Bu məktubların birində "Elnar Məmmədov tərəfindən şantaj olunuram. 2 ildir məni şantaj edir, axır ki, mənə 5 min manatlıq kağıza qol çəkdirdi, guya ona 5 min verəcəyim var. Tək pulla yox, şəkillərimlə də şantaj edir. Mayın 29-da bıçağı dirədi mənə, şəkillərimi çəkdi, sənədə qol çəkdirdi. 2 ildə mənə hər istədiyini etdi, uşağımı aldırmaqla belə hədə-qorxu edir, artıq yorulmuşam, özümü öldürməyə qərar verdim".
İkinci məktubunda isə N.Məmmədova övladına vəsiyyətini və arzularını qeyd edib.
O da məlum olub ki, qadını şantaj edərək ölümünə səbəb olan 40 yaşlı kişi evlidir və 3 uşaq atasıdır.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2292 Tarix: 17 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd
11 sentyabr 2021Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını öldürüb transformatorun içinə atdı
Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırm
29 avqust 2021Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB
Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi
10 sentyabr 2021Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO
Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat
4 sentyabr 2021Bu da tanınmış klubda müştərini döyərək öldürən mühafizəçinin FOTOSU
Xəbərə şəkil əlavə olunub. 10:20. Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb. Belə ki, "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdl
30 avqust 2021Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO
Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind
2 sentyabr 2021Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı
Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu
23 avqust 2021Qaxda baş verən yanğın məhdudlaşdırılıb
Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat
25 avqust 2021Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi
12 sentyabr 2021