"Cənab Prezident İlham Əliyev kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini hər zaman nümayiş etdirir" - DEPUTAT
Xəbər verildiyimiz kimi Prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibə verib. Müsahibə zamanı dövlət başçısı Fransanın yürütdüyü müstəmləkə siyasətinə də toxunub.
Prezident İlham Əliyev qeyd edib ki, Yeni Kaledoniya kimi 13, yaxud 15 ölkə var: "Elə bu yaxınlarda onların birində - Mayot adasında sunami baş verdi. Dünən "Euronews" xəbər verirdi: Mayot adası əhalisinin 75 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Evlərin 30 və ya 40 faizi yararsızdır. Bu ərazi hüquqi olaraq Fransaya məxsusdur. Hərçənd, bu, Qəmər Adalarının bir hissəsidir. Bu, Qəmər dövlətinin adalarından biridir. Fransa onu qanunsuz olaraq saxlayır və hansı hüquqi əsasla?
Onlar Yeni Kaledoniyada iğtişaşlar zamanı 13 insanı qətlə yetirdilər, 100-dən çoxunu yaraladılar, 1000-dən artığını həbs etdilər. Həm də xalq etirazlarının liderlərini Fransaya apardılar, həbsxanalarda saxlayırlar. Yəni bu, Makronun diktaturasıdır. Bu, Makron rejimidir. Mən bu barədə danışdıqda, təbii ki, qeyri-hökumət təşkilatları, yaxud media qismində öz "zəncirli köpəkləri"ni üzərimə salırlar".
Dövlət başçısının müsahibədə səsləndirdiyi məsələlərlə bağlı fikirlərini Sonxeber.az-la bölüşən deputat Pərvanə Vəliyeva bildirib ki, məzlumların lideri - müstəmləkəçilikdən əziyyət çəkən xalqların dayağı, dəstəyi olan Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Bakıda keçirilən nazirlər iclasındakı çıxışında rəsmi Parisin müstəmləkə siyasətini qeyd etmiş və tarixi soyqırımlarla dolu olan Fransanın işğalı dövründə 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirildiyini xatırlatmışdır:
"Şuşada keçirilən Qlobal media forumunda müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqlı advokasiyasını dəstəkləyən Bakı Təşəbbüs qrupunun fəaliyyətini vurğulamış və onun üzvlərinə dəstək verməyə davam edəcəklərini bildirmişdir. Ölkə Prezidenti kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini hər zaman nümayiş etdirir.
Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərilib. O COP29 zamanı kiçik ada dövlətlərinin sammitində bu gün, XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkən xalqların problemlərinə işıq tutmuşdu. Cənab Prezidentin humanist və həssas yanaşmasının göstəricisidir ki, kiçik ada dövlətlərində ətraf mühitlə bağlı problemlərin həlli məqsədilə Millətlər Birliyi ilə birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayrılmışdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2002 Tarix: 18 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrTeatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabr