"Cənab Prezident Dmitri Kiselyova verdiyi müsahibə ilə növbəti dəfə güclü lider, peşəkar və diplomat olduğunu sübut etdi" - DEPUTAT

"Cənab Prezident Dmitri Kiselyova verdiyi müsahibə ilə növbəti dəfə güclü lider, peşəkar və diplomat olduğunu sübut etdi" - DEPUTATXəbər verildiyimiz kimi Prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibə verib. Müsahibə zamanı dövlət başçısı Fransanın Ermənistanı silahlandırması, onun yürütdüyü müstəmləkə siyasətinə toxunub. Prezident İlham Əliyev müsahibədə qərbi azərbaycanlılardan da danışıb.

Ölkə başçısının müsahibəsində səsləndirdiyi fikirləri Sonxeber.az-a şərh edən deputat Cavanşir Paşazadə bildirib ki, cənab Prezident növbəti dəfə güclü lider, peşəkar diplomat və uzaqgörən siyasətçi olduğunu sübut etdi:

"Cənab prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibə zamanı tək ölkəmiz üçün deyil, həm region, həm də dünya üçün əhəmiyyətli olan məsələlərə toxundu. Bu gün Fransanı Ermənistanı silahlandırmaqla onu növbəti müharibəyə hazırlayır. Təəssüf ki, bu gün Fransanın ölkəmizlə bağlı başlatdığı kampaniyaya digər ölkələri də qoşur. Makron müharibənin və münaqişənin bitməsindən 4 il keçsə də Ermənistanın məğlubiyyəti ilə barışa bilmir. Tək Fransa deyil, Ermənistana havadarlıq edən və əlində "kukla" kimi oynadan digər qərb dövlətləri, bəzi təşkilatlar Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etməsini, 30 ildən çox davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoymasını qəbullanmaq istəmir. Çünki qərb artıq Qarabağ kartını əlində bayraq edib ölkəmizə təzyiq göstərə bilmir. Artıq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycan ərazi bütövlüyünü bərpa edən güclü dövlət və regionda sabitliyi bərpa edən demokratik ölkədir".

Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyevin müsahibədə qərbi azərbaycanlılardan və onların haqlı tələblərindən də danışıb:

"1991-ci ildə müasir Ermənistandan 300 mindən çox azərbaycanlının zorla qovulub. Tarix boyu ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım aktları, kütləvi qırğınlar və insanlığa qarşı digər cinayətlər törədiblər. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə dəhşətli və amansız olmuşdur. 400 000-dən çox azərbaycanlı qaçqın əcdadlarının torpaqlarına qayıtmaq arzusundadır. Onların tələbi ərazi iddiası deyil, insan hüquqları məsələsidir. Qərbi azərbaycanlılar zorla tərk etməli olduqları tarixi torpaqlara sülh və təhlükəsizlik şəkildə qayıtmaq istəyirlər. Əminəm ki, cənab prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət nəticəsində tezliklə digər soydaşlarımız kimi qərbi azərbaycanlılar da öz doğma yurdlarına geri qayıdacaqlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1772   Tarix: 19 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr