"COP29-a qarşı hibrid hücumlar: Cəmiyyətimiz hibrid təhdidlərin qurbanı olmamalıdır!"

"COP29-a qarşı hibrid hücumlar: Cəmiyyətimiz hibrid təhdidlərin qurbanı olmamalıdır!"2023-cü il dekabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsi qərarı verildiyi gündən ölkəmizə qarşı informasiya əməliyyatları kəskin hal aldı.

Kampaniyanın getdikcə əlaqələndirilmiş formada aparılaraq kütləviləşməsi səbəbindən Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın tapşırığı ilə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası öz səlahiyyətləri çərçivəsində araşdırmalara başladı.

Araşdırmaların nəticəsi olaraq, oktyabrın 21-də "COP29-a qarşı hibrid təhdidlər" mövzusunda Milli Məclisin deputatlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin, beyin mərkəzləri təmsilçilərinin, hibrid təhdidlər və kibertəhlükəsizlik üzrə ekspertlərin iştirakı ilə ictimai müzakirə keçirildi və məsələ ətrafında geniş fikir mübadiləsi aparıldı.

Qısa müddət sonra isə həmin müzakirənin yekunları və açıq mənbələrdən əldə edilən məlumatların təhlili əsasında 2024-cü ilin noyabrında Azərbaycan və ingilis dillərində "COP29-a qarşı hibrid hücumlar: Cəmiyyətimiz hibrid təhdidlərin qurbanı olmamalıdır!" adlı xüsusi hesabat hazırlandı.

Burada Azərbaycana qarşı istifadə olunan hibrid təhdidlərin dezinformasiya, habelə hüquq və müharibə terminlərinin kombinasiyasından yaranmış "Lawfare" növləri barədə söz açılır, onların haradan və kimlər vasitəsilə təşkil olunduğu sübuta yetirilir. Həmçinin bəzi ölkələrin bu hibrid hücumları təşkil edərkən beynəlxalq hüququn norma və prinsiplərindən yayınmaq məqsədilə istifadə etdikləri mexanizmlər göstərilir.

Hesabatda hibrid hücum alətləri kimi istifadə olunan parlamentlər və müəyyən dövlətlərin maliyyə və siyasi dəstəyi əsasında konkret sifarişlər yerinə yetirən bir sıra beynəlxalq insan hüquqları təşkilatları barədə də söz açılır.

Eyni zamanda, onların maliyyələşmə mexanizmləri və idarəçiliyindəki şəxslərin tərəfsiz olmadıqları, müəyyən qrupları, habelə Ermənistanın və dünya erməniliyinin maraqlarını təmsil etdikləri müəyyən edilir. Bununla yanaşı, bir sıra parlamentarilərin, iri media qurumlarının qeyd edilən "insan hüquqları" təşkilatları və erməni lobbisi ilə koordinasiya edilmiş fəaliyyətinə nəzər salınır, kampaniyaların aparılma forması ilə bağlı nümunələr göstərilir.

Hesabatda ölkəmizə qarşı ənənəvi düşmənçilik edən və anti-COP29 kampaniyasında fəal iştirak edən erməni lobbi təşkilatlarının, zəngin diaspor ermənilərinin və Ermənistan Respublikası rəsmilərinin fəaliyyətlərinə də geniş yer ayrılır.

Yekunda son aylarda COP29-a qarşı istifadə olunan sosial media kampaniyaları, həştəqlər təhlil edilir və ümumilikdə dünya mediasının tədbirə marağı ilə bağlı statistik rəqəmlər təqdim olunur.

Beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından, qeyd olunan xüsusi hesabatın dost və tərəfdaş ölkələrin parlamentlərinə göndərilməsi də nəzərdə tutulur.

Azərbaycan Respublikası Milli Məclisinin
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1158   Tarix: 19 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr