"McDonald's Azərbaycan"da halal mal əti: yerli istehsala start verilməsi və yeni imkanlar - FOTO - VİDEO

"McDonald's Azərbaycan"da halal mal əti: yerli istehsala start verilməsi və yeni imkanlar - FOTO - VİDEO"McDonald’s Azərbaycan" şirkəti restoranlarında istifadə olunan məhsulların lokallaşdırılması istiqamətində növbəti mühüm addım ataraq Azərbaycanda istehsal olunan mal ətindən istifadəyə keçid etməyə başlayıb.

Halal sertifikatlı mal ətinə tam keçidin 2025-ci ilin birinci yarısında tamamlanması planlaşdırılıb.

"AzProtein Food’s Group" şirkətinə məxsus zavodun ərazisində tikilmiş yeni ixtisaslaşdırılmış istehsal zonası xüsusi olaraq "McDonald’s"ın tələbləri nəzərə alınmaqla layihələndirilib və şəbəkənin restoranlarını beynəlxalq keyfiyyətli halal mal əti ilə tam təmin etməyə imkan verir.

Müəssisənin istehsal gücü "McDonald’s Azərbaycan"ın illik təxminən 1 milyon kiloqram təşkil edən mal əti ehtiyaclarını tam şəkildə ödəməklə yanaşı, həm də gələcək artım və inkişaf üçün imkanlar yaradır.

İstehsal kompleksinin təntənəli açılış mərasimində "McDonald’s Azərbaycan"ın inkişafı lisenziyasının sahibi Cavad Marandi, şirkətin Müşahidə Şurasının sədri Fərid Əlizadə, "McDonald’s Azərbaycan"ın baş direktoru Oskar Boqopolskiy, korporasiyasının Avropa, Yaxın Şərq və Afrika üzrə vitse-prezidenti Aroşa Vijemuni və "AzProtein Food’s Group" şirkətinin Müşahidə Şurasının sədri Nazim Səfərov iştirak ediblər.

Tədbirdə çıxış edən "McDonald’s Azərbaycan"ın inkişafı lisenziyasının sahibi Cavad Marandi, yerli istehsala keçidin "McDonald’s" şirkəti üçün strateji əhəmiyyətindən danışaraq deyib:

"McDonald's Azərbaycan"da halal mal əti: yerli istehsala start verilməsi və yeni imkanlar - FOTO - VİDEO"McDonald's Azərbaycan"da halal mal əti: yerli istehsala start verilməsi və yeni imkanlar - FOTO - VİDEO"McDonald's Azərbaycan"da halal mal əti: yerli istehsala start verilməsi və yeni imkanlar - FOTO - VİDEO"Lokallaşdırma uzunmüddətli strategiyamızın təməl daşıdır. Hesab edirik ki, yerli istehsalçılarla iş birliyi təkcə şirkətimizin inkişafına mühüm töhfə deyil, həm də Azərbaycanda qeyri-neft sektorunun gücləndirilməsi baxımından əhəmiyyətli addımdır. Bu, ilk növbədə, ölkənin gələcəyinə investisiya deməkdir. Mal əti istehsalının lokallaşdırılması dayanıqlı inkişafı və qarşılıqlı uğurları təmin etmək üçün yerli istehsalçılarla necə əməkdaşlıq etdiyimizin parlaq nümunəsidir".

"AzProtein Food’s Group" şirkətinin Müşahidə Şurasının sədri Nazim Səfərov bildirib:

"Bu gün şirkətimiz və fəaliyyət göstərdiyimiz sahə üçün əlamətdar bir gündür. Biz "AzProtein Food’s Group" şirkətinin beynəlxalq standartları və yerli təşəbbüsləri özündə birləşdirən bu layihənin mühüm hissəsi olmasına görə qürur duyuruq. Məqsədimiz məhsulun dəyişməz yüksək keyfiyyətini təmin etmək və tərəfdaşlığımızın inkişafına töhfə verməkdir".

"McDonald’s" korporasiyasının Avropa, Yaxın Şərq və Afrika üzrə təchizat zənciri şöbəsinin direktoru Ala Mohammad qeyd edib:

"McDonald's Azərbaycan"da halal mal əti: yerli istehsala start verilməsi və yeni imkanlar - FOTO - VİDEO"McDonald's Azərbaycan"da halal mal əti: yerli istehsala start verilməsi və yeni imkanlar - FOTO - VİDEO"McDonald's Azərbaycan"da halal mal əti: yerli istehsala start verilməsi və yeni imkanlar - FOTO - VİDEO"Yerli istehsal olan halal sertifikatlı mal əti kotletlərinə keçid Azərbaycan bazarı üçün yeni imkanlar açır. Bu, şirkətə yerli istehlakçıların tələbatını ödəməyə, bazardakı mövqeyini gücləndirməyə, həmçinin biznesin genişlənməsinə və böyüməsinə kömək edəcək".

Qeyd edək ki, istehsal prosesləri "McDonald’s"ın beynəlxalq standartlarına tam cavab verir. Obyektin layihələndirilməsindən tikintisinə və işə başlamasına qədər bütün mərhələlərdə şirkətin tələblərinə ciddi riayət olunub.

İstehsal kompleksində və ət kəsimi məntəqəsində keyfiyyətin idarə edilməsi sistemi (SQMS), sosial məsuliyyət (SWA), qabaqcıl istehsal təcrübələri (GMP) və digər əsas standartların yoxlanması daxil olmaqla müntəzəm auditlər keçirilir. Məhsullar halal sertifikatına malikdir və "McDonald’s" şirkətinin Almaniyada yerləşən Avropa Keyfiyyət Mərkəzinin tələblərinə cavab verir.

"McDonald's Azərbaycan"da halal mal əti: yerli istehsala start verilməsi və yeni imkanlar - FOTO - VİDEO"McDonald's Azərbaycan"da halal mal əti: yerli istehsala start verilməsi və yeni imkanlar - FOTO - VİDEO"McDonald's Azərbaycan"da halal mal əti: yerli istehsala start verilməsi və yeni imkanlar - FOTO - VİDEOMüəssisənin ərazisində kəsimdən əvvəl heyvanların müvəqqəti yerləşdirilməsi üçün ferma və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən baytarlıq laboratoriyası yerləşir. "AzProtein Food’s Group" şirkətinin zavodunda keyfiyyətə nəzarət mütəxəssisləri, xətt operatorları və texniklər daxil olmaqla 120-dən çox işçi çalışır.

Layihə həmçinin regional əhəmiyyət daşıyır. Gələcəkdə məhsulların qonşu ölkələrə ixrac edilməsi planlaşdırılır ki, bu da yerli iqtisadiyyat üçün yeni imkanlar yaradacaq.

Bu addım "McDonald’s Azərbaycan" şirkətinin qeyri-neft sektorunun dəstəklənməsi və yerli təchizat zəncirlərinin inkişafı üzrə uzunmüddətli strategiyasını əks etdirir. Şirkət yerli istehsalçılarla fəal əməkdaşlığını davam etdirir və şəbəkənin restoranlarında yerli məhsulların payını artırır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1278   Tarix: 19 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr