"Həqiqətdən uzaq bu qətnamənin qəbulu Avropa Parlamenti və Azərbaycan arasında münasibətlərin inkişafına xələl gətirir" - DEPUTAT

"Həqiqətdən uzaq bu qətnamənin qəbulu Avropa Parlamenti və Azərbaycan arasında münasibətlərin inkişafına xələl gətirir" - DEPUTATAvropa Parlamenti tərəfindən Azərbaycan əlehinə qərəzli qətnamənin qəbul edilməsi növbəti ikili standartların nümunəsidir. Həqiqətlərdən uzaq, tamamilə qarayaxma məqsədi daşıyan qərarın qəbulu Avropa Parlamenti və Azərbaycan arasında münasibətlərin inkişafına xələl gətirməklə, qəbuledilməz yanaşma sərgilənir.

Azərbaycan Cənubi Qafqazın siyasi- iqtisadi müstəqilliyi güclənmiş ən sabit və qüdrətli dövlətidir. Ölkəmizin beynəlxalq və regional proseslərə çox aydın baxışı və təsəvvürü mövcuddur. Cənab Prezident İlham Əliyevin uğurlu dövlət siyasəti Azərbaycanın qlobal müstəvidə qazandığı nəaliyyətlərin birbaşa göstəricisidir.

Təsadüfi deyil ki, ölkəmizin nüfuzu artıqca bizə qarşı qərəzli və riyakar kampaniyaların miqyasında genişlənmə müşahidə olunur. Avropa Parlamentinin məlum qətnaməsi də məhz eyni səbəblərdən qaynaqlanır.

Çox təəssüf hissi ilə qeyd edirəm ki, dünyanın aparıcı siyasi təşkilatlarından biri olan Avropa Parlamenti bir qrup erməni və fransızın əsirinə çevrilib. Fransa regional maraqlarını təmin etmək məqsədi ilə Avropanın aparıcı beyin mərkəzlərindən siyasi alət kimi istifadə edir.

Həqiqətən maraqlı bir situasiya formalaşıb. Azərbaycan əlehinə danışan, əsassız fikirlər səsləndirən dövlətlər digər tərəfdə bizimlə enerji təhlükəsizliyi istiqamətində əməkdaşlığa can atır. Bu tamamilə ikiüzlü yanaşmadır.
Heç kimə sirr deyil ki, Azərbaycan qoca qitənin enerji təhlükəsizliyində vacib rol oynayır. Respublikamızın enerji resursları İttifaq dövlətlərinin diqqət mərkəzindədir. Ancaq bu cür mövqe nümayiş etdirilməsi Avropa üçün Azərbaycan kimi etibarlı bir tərəfdaşı itirməklə nəticələnə bilər.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1237   Tarix: 20 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr