Sahibə Qafarova Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri ilə görüşüb

Sahibə Qafarova Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri ilə görüşübMilli Məclisin sədri Sahibə Qafarova dekabrın 23-də ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sonxeber.az xəbər verir ki, Milli Məclisin sədri qonaqları salamlayaraq, ötən ilin mart ayında Zaur Askenderovla Bakıda keçirdiyi görüşü məmnunluqla xatırlayıb. Xalqlarımız arasındakı tarixi əlaqələrdən, ortaq dəyərlərdən danışan spiker Sahibə Qafarova əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Rusiya münasibətlərinin bu gün də Prezidentlər İlham Əliyev və Vladimir Putin tərəfindən uğurla davam etdirilməsindən məmnunluğunu ifadə edib. O, qarşlıqlı səfərlərin bu münasibətlərə böyük töhfələr verdiyini diqqətə çatdıraraq, Rusiya Federasiyasının subyektləri, o cümlədən Dağıstan Respublikası ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası və Dövlət Duması ilə Azərbaycan Respublikası Milli Məclisi arasında mövcud olan sıx əlaqələr barədə məlumat verib.

Spiker Sahibə Qafarova indiyədək Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən 300-dək sənədin imzalandığını bildirərək, onların arasında "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Bildirilib ki, Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır və ölkəmizdə bir sıra təhsil ocaqlarında rus dili geniş tədris olunur.

Görüşdə spiker Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad etdiyi ərazilərdə aparılan tikinti-quruculuq işləri, orada həyata keçirilən "Ağıllı şəhər" və "Ağıllı kənd layihələri", mötəbər beynəlxalq tədbir olan COP29-un ölkəmizdə keçirilməsi ərəfəsində Azərbaycana qarşı edilən təzyiqlər, Azərbaycanla Ermənistan arasında sülh prosesinin gedişi və bu prosesə yaradılan maneələr haqqında ətraflı məlumat verib.

Görüş üçün təşəkkürünü bildirən Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderov Dağıstan və Azərbaycan xalqlarının tarixi əlaqələri, paylaşdıqları ortaq dəyərlərdən danışıb. O, spiker Sahibə Qafarovanı yenidən bu vəzifəyə seçilməsi və parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edib. Bildirilib ki, ilk dəfə Azərbaycanın bütün suveren ərazisində keçirilmiş bu parlament seçkiləri tarixi önəm daşıyır.
Qonaq Rusiya-Azərbaycan münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha da güclənməsi, xalq diplomatiyasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Görüşdə parlamentlərin qarşılıqlı münasibətlərin inkişafında oynadığı mühüm rol qeyd edilib, Milli Məclisin həm Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası və Dövlət Duması ilə, həm də Dağıstan Xalq Məclisi ilə əlaqələrinin əhəmiyyətindən danışılıb, qarşılıqlı səfərlərin intensivliyinin vacibliyi qeyd edilib.
Zaur Askenderov Dağıstanda böyük Azərbaycan diasporasının olduğunu və azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını diqqətə çatdırıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin daha da inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sahibə Qafarova Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri ilə görüşüb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 892   Tarix: 23 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr