Ömrü altı saat necə uzatmaq olar? - Sadə üsul açıqlandı
Avstraliyanın Qriffit Universitetinin alimləri gəzintiyə çıxmaq üçün tutarlı səbəb təqdim ediblər. Belə ki, hər gün cəmi bir saat gəzinti ömrünüzü altı saata qədər uzada bilər.
Oxu.Az-ın xəbərinə görə, bu araşdırmanın nəticələri "British Journal of Sports Medicine" (BJSM) jurnalında dərc olunub.
Məlumata görə, tədqiqatçılar ABŞ-də keçirilmiş sağlamlıq və qidalanma ilə bağlı milli sorğunun nəticələrini təhlil ediblər. Nəticələr göstərib ki, hətta kiçik əlavə aktivlik belə vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.
Qeyd edilir ki, gəzintidən maksimum fayda əldə etmək üçün gündə üç saatdan bir qədər az vaxt sərf etmək tövsiyə olunur. Buna baxmayaraq, hətta bir saatlıq gəzinti belə əhəmiyyətli nəticələr verə bilər.
Alimlər həmçinin ona diqqət çəkiblər ki, fiziki aktivlik hər bir fərdin sağlamlığı üçün faydalı olmaqla yanaşı, həm də səhiyyə sistemlərinin yükünün azaldılmasına və ümumilikdə ekoloji vəziyyətin yaxşılaşmasına kömək edə bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1415 Tarix: 27 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Quşlar niyə özlərini avtomobil təkərlərinin altına atırlar: Şok SƏBƏB
Demək olar ki, hər sürücü ən azı bir dəfə eyni vəziyyətlə qarşılaşıb: yol kənarında dayanan quş qəfil havaya qalxır və sanki son anda avtomobilin kapotunun önündən keçir. İlk baxışdan elə görünür ki, quş təhlükə ilə "oynayır" və ya bilərəkdən avtomobilin qarşısına çıxır. -ın xarici mediay
12 iyulKeçmiş futbolçu saxlanıldı
Türkiyə millisinin keçmiş futbolçusu və idman şərhçisi Nihat Kahveci saxlanılıb. yerli KİV-ə istinadla xəbər verir ki, o, həyat yoldaşı Fulya Sever Kahveciyə qarşı zorakılıq tətbiq etdiyi iddiası ilə polis bölməsinə aparılıb. Məlumata görə, hadisə İstanbulun Sarıyer rayonundakı restoranlardan birind
14 iyulAta və iki qızı dənizdə öülmlə burun-buruna gəldi - VİDEO
Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda sərinləmək üçün dənizə girən ata və iki qızı təhlükəsizlik üçün qoyulan şamandıraların kənarına keçdikdən sonra axına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisəni görən ətrafdakı vətəndaşlar və sahildəki əməkdaşlar dərhal müdaxilə edərək ailən
13 iyulPsixoloqlara görə bir kişinin sevgisinin azaldığını göstərən 4 əsas əlamət
Münasibətlərdə sevginin azalması çox vaxt qəfil deyil, zamanla inkişaf edən bir prosesdir. Mütəxəssislərin fikrincə, davranışlardakı, ünsiyyət tərzindəki və emosional yaxınlıqdakı dəyişikliklər münasibətlərin gedişatı haqqında mühüm ipucları verə bilər. Ölkə.az -a istinadən xəbər verir ki, bir münasibəti
13 iyulDostuna verdiyi toy hədiyyəsi təəccüb doğurdu - VİDEO
Türkiyənin Osmaniyə vilayətində keçirilən toy mərasimində bəyə təqdim olunan qeyri-adi hədiyyə həm qonaqların, həm də sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib. xarici mediaya istinadla xəbər verir ki, hədiyyə mərasimi zamanı qırmızı lentlərlə bəzədilmiş quzunu qucağında zala daxil olan bəyi
14 iyul