Təyyarənin qara qutuları bu ölkəyə göndəriləcək
Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qara qutuları şifrənin açılması üçün Braziliyaya göndəriləcək.
Axşam.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Çikaqo Konvensiyasına əsasən, təyyarə qəzasını araşdırarkən, uçuş qeydlərini oxuyub deşifrə edəcək ölkəni dövlət özü müəyyən edir.
Həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO), Azərbaycan və Rusiyanın aviasiya orqanlarının tövsiyələrinə uyğun olaraq, Qazaxıstan Nəqliyyat Nazirliyi qara qutuların Braziliya Aviasiya Qəzalarının Tədqiqi və Qarşısının Alınması Mərkəzinə göndərilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Braziliya dekabrın 25-də Aktauda qəzaya uğrayan "Embraer" təyyarələrinin istehsalçısıdır.
***
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də məsələ ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, qəzaya uğramış "Embraer 190" təyyarəsinin qara qutuları Braziliyaya göndəriləcək.
Azərbaycan Respublikasının obyektiv və prinsipial mövqeyi nəzərə alınaraq, Azərbaycan Hava Yollarına məxsus və Aktau yaxınlığında qəzaya uğrayan "Embraer 190" tipli sərnişin təyyarəsinin qara qutuları Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul olunmuşdur.
Xüsusilə vurğulanmalıdır ki, CENIPA-da qara qutuların çatdırılması və oxunması prosesi azərbaycanlı mütəxəssislərin birbaşa müşayiəti və bilavasitə iştirakı ilə həyata keçiriləcəkdir. Bununla yanaşı, Azərbaycan tərəfindən cəlb edilmiş bu sahədə ixtisaslaşmış beynəlxalq ekspertlər də bu prosesdə iştirak edəcəkdir. Bu yanaşma, qəza araşdırmalarının tam şəffaf və beynəlxalq standartlara uyğun şəkildə aparılmasını təmin etmək məqsədi daşıyır.
Bu addım həm də qəzaya dair araşdırmaların obyektivliyinə dair mümkün şübhələrin qarşısını almağa və nəticələrin beynəlxalq ictimaiyyət üçün etibarlılığını artırmağa xidmət edir. Azərbaycanlı mütəxəssislərin bilavasitə iştirak etməsi və beynəlxalq ekspertlərin prosesi müşayiət etməsi araşdırmanın əhatəliliyini və dəqiqliyini daha da gücləndirəcəkdir.
Məlumat üçün bildiririk ki, CENIPA təyyarə qəzalarının araşdırılmasında yüksək texniki imkanlara malikdir. Mərkəz müasir avadanlıqlarla təchiz olunub və məlumatların deşifr edilməsi üçün beynəlxalq səviyyədə sertifikatlaşdırılmış laboratoriyalara sahibdir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2439 Tarix: 30 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA
Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl
8 sentyabr 2021"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA
İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların
3 sentyabr 2021ABŞ və Yunanıstan arasında hərbi QƏRAR
ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində
13 sentyabr 2021Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"
Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib
8 sentyabr 2021"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind
2 sentyabr 2021Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B
15 sentyabr 2021"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya
"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ
15 sentyabr 2021Zakir Həsənovdan türkiyəli generala başsağlığı
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu
11 sentyabr 2021Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA
"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə
18 sentyabr 2021