Pilot: "Əgər təyyarə suya eniş etsəydi, insanların sağ çıxma ehtimalı olmazdı"

Pilot: "Əgər təyyarə suya eniş etsəydi, insanların sağ çıxma ehtimalı olmazdı""Əgər təyyarə suya eniş etsəydi, tam dağılardı. İnsanların sağ çıxma ehtimalı belə olmazdı".

Sonxeber.az xəbər verir ki, bu sözləri "Report"a müsahibəsində Azərbaycan aviasiyasının əfsanəvi pilotu, 50 il ərzində 28 500 saat uçuş yerinə yetirmiş, "Şöhrət" ordenli Əzimbala Əzimov deyib.

O, dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin vurulması ilə bağlı hadisəni müzakirə edib və bir çox məqama aydınlıq gətirib.

Müsahibəni təqdim edirik:

- AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı bir çox məqam aydındır. Bəs siz bu barədə nə düşünürsünüz?

- Əvvəla, komandir İqor Kşnyakinə böyük minnətdarlığımı bildirirəm. Ona görə ki, qəhrəman pilot idarə edilməyən təyyarəni yerə oturtmağa çalışırdı. Təsəvvür edin, bir maşında gedirsiniz, sükanı sola ya sağa döndərmək istəyirsiniz, o isə dönmür. Sonra bələdçi Hökümə xanım Əliyeva 20 nəfərin qarşıya gəlməsini xahiş edir. Hər sərnişin orta hesabla 70-80 kiloqramdır. Yəqin komandir artıq idarəetmənin qeyri-mümkünlüyünü görüb, belə olduqda çəkini tarazlamağa çalışıb.

- Sosial şəbəkələrdə çoxları sanki mütəxəssis kimi yazır ki, pilot təyyarəni dənizə endirsəydi, vəziyyət başqa cür olardı. Bu məsələyə aydınlıq gətirməyinizi istəyirəm. Ümumiyyətlə, pilotun dənizə eniş etməsi texniki və ya taktiki baxımdan mümkün idimi?

- Əlbəttə, təyyarənin texniki baxımdan dənizə enməsi mümkündür. Bütün pilotlarla və heyətlə qəza-xilasetmə dərsləri keçirilir. Hər bir sərnişinə görə təyyarədə jiletlər var. Amma burda vəziyyət başqa idi. Əgər o sürətlə suya eniş olsaydı, təyyarə tam dağılardı. İnsanların sağ çıxma ehtimalı belə olmazdı. Radiodanışıqlar əldə olunsaydı, qulaq assaydım, onda nəticə çıxara bilərdim, hələ ki, "qara qutu" araşdırılır. Danışıqlarda bütün təyyarənin parametrləri yazılır. Mühərrikin işi, hidravlikin işi, yəni hər şey o cihazda yazılır.

- Təyyarə vurulandan sonra pilotun qərar verməsi üçün nə qədər vaxtı ola bilərdi?

- Bəlkə də, pilot bilməyib ki, belə qüsurlar olacaq. Onları yönləndiriblər. Ola bilər düşünüblər ki, Aktauda hava daha yaxşıdır. Bəlkə o niyyətlə göndəriblər. Açığı, Aktauda gözəl hava var idi. Hətta görürsünüz, o təkərləri buraxır, açıq təkərlə gəlir. Deməli onlar fikirləşirlər ki, zolağa qədər gəlirlər. Kapitan həmişə düşünür ki, təyyarəni ya 2, ya da 3 nöqtəyə oturda bilər. Pilot da elə edir, birinci qabaq çarxla sağ təkər deyir yerə, başlayır təyyarəni fırlatmağa. Orada pilotun məqsədi o olur ki, təyyarəni yerə otuzdursun.

- Fəaliyyətiniz dövründə çətin uçuş şəraiti nə zaman yaranıb? Həmin vəziyyəti necə idarə etmisiniz?

- Mənim fəaliyyətim dövrümdə bir hadisə olub. Adam gərək səhlənkarlığından da danışsın. Bir dəfə Afrikadan uçanda tələsik olmuşdu deyə, stabilizatoru yerinə qoymamışdım. Sürət artanda hiss etdim ki, sükan boşdur. Səbəbini başa düşdüm. Uçuşu saxlamadım. Amma qərara gəldim ki, heç olmasa 15 saniyə 1.2 dərəcə, 1.3 dərəcə qoyacam ki, məni idarə etsin. Şükür, Sudanın paytaxtı Xartuma çatdıq.

- Bəs Bakı-Qroznı qəzasına bərabər olacaq qəza şəraiti ilə üz-üzə qalmısınız?

- Belə bir hadisə olub, "Boeing 707"də uçurduq, yük təyyarəsi idi. Raketində qüsur olmuşdu, belə ki, sol təkəri çıxmamışdı. Özü də gecə vaxtı, özü də dispetçerə tapşırdım ki, təkərimi yoxla. O da dedi ki, qaranlıqdır, təkərin nə vəziyyətdə olduğunu bilmirəm. Əvvəl düşündüm ki, eybi yox, sağ təkərini vurum yerə, sonra düşündüm ki, sağ çəksə, qapı qırılıb özü ilə hidravlikanı apara bilər. Qalxdım, başladı problem yaranmağa. Mən onu krendən çıxarmağı bacardım.

İndi isə komissiya yekunlaşıb, qərarını verdikdən sonra biz materialları toplayıb, Milli Aviasiya Akademiyasında onun təhlilinə başlayacağıq. Çünki gənclərlə dərs keçilməli və bu hadisəni izah edib, onlara tədris etməliyik ki, belə hadisə olub. Bu hadisələri mütləq təhlil edəcəyik, indi ancaq reallıq odur ki, pilotlarımız professionaldır, çox peşəkar addım atıblar.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin, dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1514   Tarix: 31 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr