ŞAD XƏBƏR - Aşağı maaş alanların da məvaciblərində artımlar olacaq
Minimum əmək haqqının artırılması cəmiyyətin müxtəlif təbəqələri arasında müzakirələrə səbəb olan mühüm iqtisadi hadisələrdən biridir.
Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, belə hallarda ən çox diqqət çəkən məqamlardan biri digər vətəndaşların, xüsusilə də orta və aşağı gəlir qruplarına daxil olan şəxslərin əmək haqlarında artımların olub-olmayacağıdır.
Millət vəkili Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib ki, minimum əmək haqqı həm dövlət, həm özəl sektorda çalışan vətəndaşların məvaciblərinin yeni minimum əmək haqqı səviyyəsinədək artırılmasını nəzərdə tutsa da, vahid tarif cədvəlinə uyğun olaraq əmək haqqı alan vətəndaşların maaşlarında da artımlar olacaq:
"Çünki minimum əmək haqqı məbləği vahid tarif cədvəlində maaş alan vətəndaşlarımızın əmək haqlarına da təsir göstərir. Hazırda 19 pillə üzrə vahid tarif cədvəli ilə dövlət məsrəfində çalışan, dövlət qulluqçusu olmayan vətəndaşlarımızın dörd pillə üzrə maaşları 400 manatdan azdır. Yəni həmin vətəndaşlarımızın maaşları minimum əmək haqqı səviyyəsinə çatdırılacaq. Eyni zamanda bu digər pillələr üzrə artımlarla müşahidə olunacaq.
Məhz Nazirlər Kabineti tərəfindən vahid tarif cədvəlinə uyğun olaraq əmək haqqı artımları ilə bağlı qərarın verilməsi və vahid tarif cədvəlinə uyğun dövlət müəssisələrində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızın əmək haqlarının artırılacağı həyata keçiriləcək. İlkin gözlənti ondan ibarətdir ki, minimum əmək haqqının artırılması təxminən 700 min vətəndaşımızın əmək haqlarında artımlarla müşahidə olunacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2629 Tarix: 05 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
İyunun 12-də Azərbaycan Respublikası Hökuməti ilə Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında "Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ" üzrə kredit sazişi və "Bakı Metropoliteni" QSC ilə AİİB arasında "Bakı Metropoliteninin Genişləndirilməsi Layihəs
14 iyunHidayət Orucov vəfat etdi
Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov vəfat edib. APA-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Qeyd edək ki, Hidayət Orucov uzun illər dövlət idarəçiliyi, diplomatik fəaliyyət və ədəbi yaradıcılıq sahələrində çalışıb. O, müxtəlif dövrlərdə yüksək dövlət vəzifələrind
14 iyunAnkaradakı subasmada da Eldar Əzizov günahkardır?
Ankara su altında qaldı. Güclü yağış, dolu, su basmış yeraltı keçidlər, iflic olmuş küçələr, dünyanın sonundan bəhs edən filmlərdəki kimi suda üzən avtomobillər. İlk baxışda bu, təbii fəlakət, infrastruktur və şəhər kommunal xidmətlərinin hazırlığı ilə bağlı adi bir hadisə kimi görünürsə də mən artı
14 iyunBu şəxslər hərbi xidmətə çağırışdan AZAD OLUNACAQ - SİYAHI
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş son dəyişikliklərə əsasən, müəyyən kateqoriyalı vətəndaşlar müddətli həqiqi hərbi xidmətdən ya müvəqqəti möhlət, ya da tam azadolma hüququ əldə edirlər. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev bildirib
14 iyunAzərbaycanda maaş və pensiyalar YENİ QAYDADA ÖDƏNİLƏCƏK
Ölkədə maaş və müavinətlərin verilməsində yeni dövr başlayır. Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administratoru Tofiq Acırqayev paytaxtda təşkil olunan "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" platformasında açıqlayıb. O qeyd edib ki, əhalinin sosial ödənişlərini
14 iyunYol polisindən sürücülərə növbəti müraciət
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonları və qeyri-iş günlərində respublikanın avtomobil yollarında nəqliyyat axınının əhəmiyyətli dərəcədə artdığını bildirib. xəbər verir ki, idarə bununla bağlı sürücülərə müraciət edib. "Hərəkət intensivliyinin yüksəlməsi fonunda yol hərəkəti qaydalarını
13 iyunBəzi ərazilərdə yağış yağır, şimşək çaxır
Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, düşən yağıntının miqdarı Culfada 23, Daşkəsəndə 12, Naftalanda 11, Ordubadda 9
13 iyunHidayət Orucovun nəşi Bakıya nə vaxt gətiriləcək?
Azərbaycanın ictimai-siyasi xadimi Hidayət Orucovun nəşi yaxın günlərdə Bakıya gətiriləcək. Bu barədə -a Qərbi Azərbaycan İcmasından məlumat verilib. Qeyd edək ki, Hidayət Orucov 13 iyunda İstanbul şəhərində dünyasını dəyişib. O, uzun illər dövlət idarəçiliyi, diplomatik fəaliyyət və ədəbi yaradıcılı
14 iyunXƏBƏRDARLIQ! Yağış, şimşək, dolu... - SABAHIN HAVASI
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi il
13 iyun