Ağ qızdırma nədir və necə müalicə olunur...
"Ağ qızdırma zamanı uşağın rəngi solğun olur. Qulaqları, əlləri, ayaqları soyuq olur. Hətta dodaqları soyuq və göyərmiş kimi olur, amma termometr 39 dərəcə göstərə bilir. Uşaq halsız, qeyri-adekvat olur, titrədir".
Ölkə.Az xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, bunun səbəbi damarlardakı spazmdır:
"Damarlar sıxılırkən hərarətin ətrafa verilməsi çətinləşir. Uşaq üşüdüyü üçün onun üstünü qalın örtmək istəyi normaldır, amma lazım deyil. Çünki hərarət bir az da yüksələ bilər. Uşaqda ağ qızdırma olduqda damar spazmını götürmək üçün "no-şpa" veririk. 3 yaşa kimi "no-şpa" əvəzinə "spaskupreel" şam istifadə etmək olar. Əvvəl hərarətsalıcı, 5-10 dəq sonra isə "spaskupreel" şamı qoymaq olar.
Dərmandan öncə isə uşağın bədənini ilıq su ilə dəri qızarana qədər sürtərək silmək lazımdır. Dəri qızarmağı damarların genişlənməsindən xəbər verir və bundan sonra hərarət daha sürətlə düşməyə başlayacaq. Bir az böyük yaşlı uşağın ayaqlarını ilıq vannada saxlamaq olar".
Mütəxəssis dərmanların dozasını da qeyd edib:
"No-şpa" isə iki dozada olur 40 və 80 mg.
2-5 yaş üçün 20 mg gündə 3 dəfə ( yəni 40 mq olanın yarısı, 80 mq olanın isə dörddə biri), 6 yaşdan yuxarı 40 mg 3 dəfə (yəni bütöv 40 mq bə ya yarı 80 mq olandan).
Həb şəklində qəbul etməyən uşaqlara "no-şpa" inyeksiya (iynə) şəklində əzələ daxilinə tətbiq oluna bilər. Bunu artıq həkim təyinatı ilə edəcəksiniz. "Spaskuprelin" tabletini də "no-şpa" ilə yanaşı və ya tək halda istifadə etmək olar.
2 saat ərzində hər 15 dəqiqədən bir olmaqla 1 həb sormaq lazımdır. Ağ qızdırma zamanı uşağın titrəməsi, göyərməsi qıcolma demək deyil. Huşu yerində olur ancaq reaksiyası ləng ola bilər. Qırmızı qızdırmada isə uşaq "yanır", pörtür, kefi də çox vaxt yaxşı olur, yenə də su ilə silirik, amma əlavə olaraq sürtmürük, bir az da qızartmırıq. Vanna suyunun hərarətini ağ qızdırmada olandan bir az da aşağı edirik. Ağ qızdırma adətən virus infeksiyasının ilk günlərində olur. Virus toksinin yüksək miqdarı və bu toksinlərin damardaraldıcı mərkəzə təsiri ilə əlaqəli olur. Ağ qızdırma zamanı febril qıcolma riski də yüksək olur. Qıcolmaya meyilli və epilepsiyası olan uşaqları diqqətdə saxlamaq lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1568 Tarix: 06 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Azərbaycanda çıxarışı olmayan evlərin alqı-satqısı zamanı vətəndaşlar bir sıra hüquqi problemlərlə üzləşə bilərlər. Belə əmlaklar bəzən daha ucuz qiymətə təklif olunsa da, alıcı ödədiyi vəsaitə baxmayaraq, mülkiyyət hüququnu öz adına rəsmiləşdirə bilməyə bilər. Həmçinin evin qanunsuz tikilməsi, torpa
20 noyabrBakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində müxtəlif brendlərə aid malların gömrük nəzarətindən gizli şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəs
21 noyabrAZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
"AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yolları sərnişin xidmətinin keyfiyyətinə və uçuş təcrübəsinə görə beynəlxalq səviyyədə iki nüfuzlu mükafata layiq görülüb: "2027 APEX Four-Star Major Airline" və "2027 APEX Best Cabin Service in Central & Southern Asia"
20 noyabrBu şəxslərin həyat yoldaşlarına 400 manat veriləcək
Hərbçilərin yeni xidmət yerinə köçən həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. -un məlumatına görə, bunu jurnalistlərə açıqlaması zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. Komitə sədri bildiri
22 noyabrSumqayıtda yol çökdü
Sumqayıtda yolun daha bir hissəsi çöküb. -ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Çökmə ilə əlaqədar əraziyə Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri görülüb, problemin aradan qaldırılması istiqamətind
21 noyabrPensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
"Pensiyalarda 2026-cı ildə nəzərdə tutulan ikinci artım pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il əlavə altı illik iş stajını tamamlayan vətəndaşlara şamil olunacaq". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib
22 noyabrBu xəstələrə şad xəbər - Dərmanlar PULSUZ OLACAQ
Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu"
22 noyabrƏhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR
Qış mövsümünə keçidlə əlaqədar Azərbaycanda əhalinin təbii qaz və elektrik enerjisi üzrə mövcud limitlərinə yenidən baxılması məsələsi gündəmə gəlib. Hazırda əhali üçün illik 1200 kubmetrədək qazın hər kubmetri 12,5 qəpik, 1200-2500 kubmetr aralığında 22 qəpik, 2500 kubmetrdən artıq istehlak isə 30 qəpikl
22 noyabr