"Ermənistan hökuməti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməlidir" - Deputatla MÜSAHİBƏ

"Ermənistan hökuməti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməlidir" - Deputatla MÜSAHİBƏMilli Məclisin deputatı Səbinə Salmanovanın Sonxeber.az-a müsahibəsini təqdim edirik:

- Səbinə xanım, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanalların verdiyi müsahibədə bir çox məsələlərə aydınlıq gətirməklə yanaşı həm də qarşıdakı hədəflər barədə də geniş məlumat verib. İstərdik ilk olaraq həmin müsahibədən başlayaq...

- Prezident İlham Əliyev yerli televiziya kanallarına təqribən 3 saatlıq müsahibəsində ictimaiyyəti maraqlandıran bir çox məqamlara aydınlıq gətirdi. Dövlətimizin başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıda duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinin diqqətinə çatdırdı. Bir sözlə, Prezident İlham Əliyev son müsahibəsi ilə hər kəsdə dünyanın bu günü və gələcəyi, bu fonda isə Azərbaycanın yeri və rolu barədə aydın təsəvvürlər formalaşdırdı.

Bildiyiniz kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin sayəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb.

Hesab edirəm ki, müsahibədə səsləndirilən fikirlər, ismarışlar və çağırışlar həm ictimai xadimlər, həm diplomatlar, həm də gənc nəsil tərəfindən dərindən öyrənilməli, geniş müzakirə edilməli və Azərbaycanın inkişaf hədəfləri üçün təlimat xarakteri daşımalıdır.

- Son günlər ölkənin əsas gündəmində AZAL təyyarəsinin Rusiya tərəfindən vurulmasıdır. Prezident İlham Əliyev AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdə bir sıra mesajlar verdi. Bu gün hər kəs "qara qutu"nun açılmasını gözləyir. Bu gün hamının maraqlandıran sual pilotlarımız niyə məhz Qazaxıstana göndərilməsidir?

- Prezident İlham Əliyevə hadisə məruzə ediləndən dərhal sonra dövlətimizin başçısı qəza ilə əlaqədar məsələləri nəzarətə götürdü. Ölkə başçımız tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımi tapşırıqlar verildi.

Dərhal Azərbaycan xüsusi nümayəndə heyəti Aktau şəhərinə ezam edildi. Eyni zamanda, Prezidentin göstərişi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu cinayət işi açdı. Bütün bunlar bu böyük faciənin ağır nəticələrinin tezliklə aradan qaldırılması və bu hadisənin günahkarlarının cəzalandırılması istiqamətinə Azərbaycan Prezidentinin əzmini və iradəsini göstərdi.

Xatirinizdədirsə, dövlətimizin başçısı dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində qəzanın ilkin səbəbi kimi Rusiya tərəfindən ortaya atılan quş dəstəsi ilə toqquşma və ya təyyarədəki qaz balonunun partlaması ilə bağlı versiyaların tamamilə cəfəng və absurt olduğunu və bunun Rusiya tərəfinin məsələni ört-basdır etmək cəhdindən başqa bir şey olmadığını açıq bir şəkildə bəyan etdi.

Həmçinin dövlətimiz tərəfindən Dövlətlərarası Aviasiya Komitəsinin "qara qutu"ları açmasına qəti etiraz olundu. Çünki Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən "qara qutu"lar açılsaydı, obyektivlik sual altına düşə bilərdi. Ona görə hər zaman ədalətli mövqe sərgiləyən Prezident İlham Əliyevin təkidi ilə "qara qutu"ların təhlilinə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada başlanıldı. Əminik ki, yaxın vaxtlarda biz hadisənin ilkin səbəblərini dəqiqliklə öyrənəcəyik.

Sualınıza gəldikdə isə onu deyə bilərəm ki, Minvod, Mahaçqala və həmin əraziyə yaxın digər hava limanlarına eniş icazəsi verməmək, idarəolunmaz vəziyyətdə olan təyyarəni dənizin üzəri ilə daha uzaq Aktauya istiqamətləndirmək, çox böyük ehtimal ki, təyyarənin Xəzərin o tayına gedib çata bilməyəcəyi və dənizə düşəcəyinə, törədilən cinayətin tamamilə ört-basdır ediləcəyinə hesablanmış daha böyük insanlıq əleyhinə olan cinayət əməlidir.

Rusiya tərəfi öz günahını etiraf etməli və günahkarları cinayət məsuliyyətinə cəlb etməli və cəzalandırmalı, Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bizim bu tələblərimiz beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Ümid edirik ki, Rusiya tərəfi tezliklə reallığı və Azərbaycanın tələblərini qəbul edəcək.

- Sülh müqaviləsinin 2025-ci ildə bağlanılması ehtimalı böyükdür. Nəhayət, bu il sülh müqaviləsi imzalana bilərmi?

- Tarixdə qələbə qazanan ölkənin məğlub tərəfə sülh təklifi etməsi az hallarda baş verən prosesdir. Ancaq Azərbaycan böyüklük, humanistlik göstərərək Ermənistana bu təklifi edib. Buna baxmayaraq, Ermənistan hələ də sülhlə bağlı səmimiliyini ortaya qoya bilmir.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh sazişi mətninin razılaşdırması imzalanması üçün Ermənistan, ilk növbədə, hazırda ölkəmizə qarşı ərazi iddialarına istinad edən konstitusiyasında müvafiq dəyişikliklər etməlidir. Biz qarşı tərəfdən bu istiqamətdə də hər hansı bir addımın atıldığını görmürük.
Bundan başqa, Şərqi Zəngəzur iqtisadi rayonunu, bütövlükdə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin olduğunu bilsə də, yerinə yetirmir. Digər tərəfdən də yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistan silahlanmadan əl çəkməlidir. İndiki dönəmdə sülhdən danışmaq mümkün deyil. Ümid edirəm ki, Ermənistan rəhbərliyi sülh müqaviləsi ilə bağlı Azərbaycanın bütün şərtlərini qəbul edəcək. Amma Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil.

- Bu gün qarşıya qoyulan hədəflərdən biri də qərbi azərbaycanlıların öz doğma yurdlarına köçürülməsidir. Qərbi azərbaycanlıların sülh və təhlükəsiz və ləqayətli şəkildə geri qayıdışı dedikdə nələr nəzərdə tutulur?

- Əvvəlcə onu xatırladım ki, XX əsrin əvvəllərindən başlayaraq, müxtəlif dövrlərdə soydaşlarımız Qərbi Azərbaycandan məcburi şəkildə deportasiya edilib, etnik təmizləmə siyasəti nəticəsində öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalıblar. Son etnik təmizləmə 1988-1991-ci illərdə baş verib. Ermənilər düşünülmüş şəkildə 300 mindən çox azərbaycanlını öz doğma yurdlarından deportasiya etməklə Ermənistanı monoetnik ölkəyə çeviriblər. Onlar azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini qarət edib, dağıdıb və xarabalığa döndəriblər.

İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin ikinci bəndinə görə, onların geri qayıdış hüququ var. Bundan başqa BMT-nin də məlum dörd qətnaməsindən ikisində Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı əsaslar var. Belə ki, 1993-cü ildə qəbul edilmiş 853 və 874 saylı qətnamələrdə bölgədəki qaçqınların geri qayıtmasına şərait yaratmaq tələb olunur.

Ermənistan hökuməti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməli, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməlidir. Həmçinin dədə-baba torpaqlarına qayıdacaq azərbaycanlıların mülkiyyət hüquqları da bərpa edilməli, onların evləri, icma torpaqları da qaytarılmalıdır.

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 973   Tarix: 13 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Mən inanmıram ki, İranla müharibədən söhbət gedə bilsin " - Müşfiq Cəfərov - VİDEOMÜSAHİBƏ

"Mən inanmıram ki, İranla müharibədən söhbət gedə bilsin. İranda 40 milyon azərbaycanlı yaşayır. Orada bizim qohumluq əlaqələrimiz var, gediş-gəlişimiz hər zaman olub. Qardaşın qardaşa güllə atması mümkün deyil.Çünki onlr bizim həmvətənlərimizdir. Ancaq oradakı rejim ürəkaçan deyil". Bu sözlər

6 aprel 2023
.

Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmaq üçün şərt qoyub

Fələstin probleminin uzunmüddətli həlli tapılmayana qədər Səudiyyə Ərəbistanı İsraillə münasibətlərini normallaşdıra bilməyəcək. Bu barədə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səud CNN telekanalına müsahibəsində bildirib. O, jurnalistin müvafiq sualına cavabında deyib

22 yanvar 2024
.

"Hamımız bilirdik ki, bu videolarımız bizə uğur gətirəcək" - "MÜŞFİQ" qrupu - VİDEOMÜSAHİBƏ

"MÜŞFİQ" qrupu saytımızın qonağı oldu. -ın suallarını cavablandırarkən qrupun təşkilatçısı Toğrul Abıyev onu da qeyd etdi ki, hazırda viral olan videoları universitetdə çəkib, ərsiyəyə gətiririk: . "Qrupun təşkilatçısı mənəm. Ümumiyyətlə çoxdan videolar çəkir və paylaşırdım. Bu videolar

25 aprel 2025
.

"Pulmonologiya tənəffüs sistemi xəstəlikləri ilə məşğul olan tibb sahəsidir" - Aynur Məmmədova - VİDEOMÜSAHİBƏ

"Pulmonologiya tənəffüs sistemi xəstəlikləri ilə məşğul olan tibb sahəsidir. Tənəffüs sistemi dediyimizdə də təbii ki, ağciyərlərimiz və bronxlarımız nəzərdə tutulur". Bu fikirləri -a müsahibəsində Uzman Pulmonoloq Aynur Məmmədova danışıb. "Tənəffüs sistemi xəstəliklərinə də əlbəttə dah

18 mart 2025
.

Gecələr açarı qapının üstündə qoyanların nəzərinə

Ev sahibləri arasında geniş yayılmış təhlükəsizlik tədbiri olaraq qəbul edilən "qapını kilidlədikdən sonra açarı üzərində saxlamaq" vərdişi mütəxəssislərin fikrincə, zənn edilənin əksinə olaraq ciddi təhlükəsizlik və sağlamlıq riskləri yaradır. Xalq arasında içəridə qoyulan açarın çöldən müdaxilən

8 avqust
.

"Azərbaycanın dövlət siyasətində gənclərin rolu hər zaman mühüm yer tutub" - Günay Ağamalı

2 fevral Azərbaycanda Gənclər Günüdür. Sözügedən gün münasibət ilə bağlı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı -ın sualların cavablandırıb. - Günay xanım, 2 fevral - Azərbaycanda Gənclər günüdür. 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsind

2 fevral 2025
.

"Bizim xanımlar beynəlxalq müstəvidə də kifayət qədər fəaldılar" - DEPUTAT

"Azərbaycan qadınlarının ölkənin tarixində hər zaman böyük rolu olub. Kifayət qədər böyük nüfuza malik zümrənin təmsilçiləri olaraq, hətta, ta qədim dövrlərdən Azərbaycanda dövlətin idarə edilməsində qadınların iştiraknı görürük. Azərbaycan qadının bu kimi fəal və tarixi köklərə söykənən siyas

7 mart 2025
.

Qarabağda ermənilərin yaşayışı necə təmin olunacaq? - VİDEOMÜSAHİBƏ

Qarabağda baş verən son proseslərdən sonra azərbaycanlı və erməni əhalinin birgəyaşayış mövsuzu aktuallaşıb. Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nətic

31 oktyabr 2023
.

"Gecə-gündüz dua edirəm ki, cənab Ərdoğan qələbə çalsın" - Rüfət Quliyev - VİDEOMÜSAHİBƏ

"Gecə-gündüz dua edirəm ki, cənab Ərdoğan qələbə çalsın. Türkiyə xalqı seçimi düzgün edəcək. Mən qardaş ölkənin seçkisinə müdaxilə edə bilmərəm, amma Azərbaycan üçün də, Türkiyə üçün Ərdoğanın seçilməsi vacibdir. Bizi Ərdoğan kimi istəyən lider olmayacaq". Bu sözləri Milli Məclisin deputat

22 may 2023