İran və Rusiya tərəfindən Azərbaycan tarixi ilə bağlı təhriflərə yol verilir - ŞƏRH

İran və Rusiya tərəfindən Azərbaycan tarixi ilə bağlı təhriflərə yol verilir - ŞƏRH"Azərbaycanın gerçək tarixi dünyaya tanıdılmalıdır. Uzun illər torpaqlarımız işğal altında olub və Ermənistan, eləcə də onun havadarları Azərbaycan tarixini saxta şəkildə dünyaya təqdim ediblər. Təəssüf ki, bu saxtakarlıqlar Azərbaycanla bağlı yanlış mövqe formalaşdırılmasına da xidmət edib".

Bunu Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O, bildirib ki, artıq torpaqlarımız azad edilib və Azərbaycanın imkanları da kifayət qədər genişdir:

"Diplomatların azad edilmiş ərazilərə aparılması, burada görülən işlərlə tanış edilməsi və ümumiyyətlə tariximizin dünyaya tanıdılması istiqamətində daha böyük addımlar atılır və atılmalıdır. Bu, Ermənistanın və ermənilərin yanlış tarix təbliğatının qarşısının alınması baxımından vacibdir. Biz tarixdə baş verənləri dəyişdirmək, gizlətmək və ya yanlış təqdim etmək niyyətində deyilik. Azərbaycanın mövqeyi tarixin olduğu kimi, gerçək şəkildə dünyaya tanıdılmasıdır. Çünki tarix tarixdir və onu dəyişmək mümkün deyil. Nə baş veribsə, onu olduğu kimi təqdim etmək kifayətdir. Azərbaycan elə bir coğrafiyada yerləşir ki, burada min illər boyu mövcud olmuşuq və saxta tarix yaradaraq dünyaya təqdim etməyə ehtiyacımız yoxdur".

Ekspert bildirib ki, Azərbaycan tarixinin saxtalaşdırılması məsələsində yalnız Ermənistanın fəaliyyətindən danışmaq da kifayət deyil:

"Hesab edirəm ki, İran və Rusiya tərəfindən də Azərbaycan tarixi ilə bağlı təhriflərə yol verilir. Təəssüf ki, bu dövlətlər Azərbaycan ərazisindəki etnik azlıqlardan da bu məqsədlər üçün istifadə etməyə çalışırlar. Sevindirici haldır ki, azlıqların nümayəndələrinin böyük əksəriyyəti bu cür təxribatlarda iştirak etmir. Lakin ayrı-ayrı şəxslər Rusiyanın və İranın, fikrimcə, bu cür niyyətlərinə xidmət edirlər. Bir vaxtlar ermənilərin də Rusiya, İran və digər mərkəzlərin müəyyən məqsədlərinə xidmət edərək Azərbaycan torpaqlarının işğalında və ölkəmizə qarşı problemlərin yaradılmasında rol oynadığını görmüşük. Bu gün də başqa etnik azlıqlarla bağlı müəyyən işlərin aparıldığını müşahidə edirik. Ona görə də Azərbaycanın gerçək tarixini dünyaya tanıtmaqla yanaşı, ölkə daxilində də bu istiqamətdə maarifləndirici işlər aparılmalıdır. Çünki Azərbaycan tarixi şəxsiyyətləri və qəhrəmanları ilə bağlı müxtəlif iddialar irəli sürülür. Məsələn, Koroğlu və Babəklə bağlı müxtəlif fikirlər səsləndirilir, onların fərqli etnik kimliklərə aid olduğu iddia olunur. Bütün bunların qarşısını almaq üçün həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Azərbaycanın tarixinin olduğu kimi təqdim olunması istiqamətində gərəkli işlər görülməlidir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 112   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üçüncü dəfə qeyd edəcəyimiz Dövlət Suverenliyi Günü

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycanın dövlətçilik tarixi əsrlər boyunca çətin sınaqlardan keçmiş, işğallar, müharibələr xalqımızın milli iradəsini sınamışdır. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqını

14 sentyabr
.

Qarabağ və Şərqi Zəngəzura qayıdış intensivləşir

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərin təmsilçilərinin azad edilmiş ərazilərə səfərləri Azərbaycanın gördüyü işlərin beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyə

15 sentyabr
.

Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər - VİDEO+YENİLƏNİB

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpuslarının nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Kəlbəcər rayonunda keçirilən Bal Festivalında iştirak ediblər. "Report"a istinadən bildirir ki, diplomatlar festivalda nümayiş olunan yerli arıçıların məhsullarına

12 sentyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. "Qafqazinfo" "Akşam" qəzetinə istinadən xəbər verir ki, səfər 15-16 sentyabr tarixlərində baş tutacaq. Bildirilib ki, türkiyəli nazir Bakıda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla, eləcə də müdafiə naziri Zaki

14 sentyabr
.

Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərində

15 sentyabr
.

İran və Rusiya tərəfindən Azərbaycan tarixi ilə bağlı təhriflərə yol verilir - ŞƏRH

"Azərbaycanın gerçək tarixi dünyaya tanıdılmalıdır. Uzun illər torpaqlarımız işğal altında olub və Ermənistan, eləcə də onun havadarları Azərbaycan tarixini saxta şəkildə dünyaya təqdim ediblər. Təəssüf ki, bu saxtakarlıqlar Azərbaycanla bağlı yanlış mövqe formalaşdırılmasına da xidmət edib"

15 sentyabr
.

Prezident: "Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz"

"Bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə səsləndirib. "Amma Türk dünyası, Qafqaz, İsla

15 sentyabr
.

Prezident İlham Əliyev: "Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin"

"Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu zirvə görüşünün (İƏT-in toplantısı - red.) çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan ibarətdir ki, o zirvə görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq". AZƏRTAC-

15 sentyabr
.

Dövlətçiliyə, hüquqa və milli suverenliyə verilən dəyər

Qalib xalqımız ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunun ildönümünü Zəfər sevinci və xoş bayram ovqatı ilə qeyd edir. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, Əsa

14 sentyabr