Alimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Alimlər kainatın sonunun nə vaxt baş verə biləcəyini hesablayıblar. Nəticələr Kornell Universiteti, Şanxay Tsyaotun Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları tərəfindən əldə edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" yazıb.
Tədqiqata görə, NASA ekspertlərinin də dəstəklədiyi nəzəriyyə əsasında kainat maksimum genişlənmə həddinə çatdıqdan sonra kiçilməyə başlayacaq və nəticədə yenidən bir nöqtəyə çökəcək. "Böyük sıxılma" adlandırılan bu hadisə mahiyyət etibarilə kainatın yaranmasını izah edən geniş qəbul olunmuş "Böyük partlayış" nəzəriyyəsinin əks prosesi olacaq. Həmin nəzəriyyəyə görə, kainat maddə, məkan və zamanın yaranmasına səbəb olan vahid nöqtədən meydana gəlib.
Alimlərin hesablamalarına görə, "Böyük sıxılma" "Böyük partlayış"dan təxminən 33,3 milyard il sonra baş verəcək. Kainatın hazırkı yaşının 13,8 milyard il olduğu nəzərə alınarsa, tədqiqatın nəticələrinə əsasən, Yer və digər planetlərin tamamilə məhv olmasına təxminən 20 milyard il qalır.
Alimlərin sözlərinə görə, tədqiqat kainatın elastik qüvvə onun genişlənməsindən daha güclü olana qədər genişlənməyə davam edəcəyi nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyədə əsas rolu qaranlıq enerji oynayır. Qaranlıq enerji kainatın müşahidə olunan sürətlənən genişlənməsini izah etmək üçün onun riyazi modelinə daxil edilmiş hipotetik enerji növüdür.
Nəşr qeyd edir ki, alimlər uzun illər qaranlıq enerjini kosmik genişlənmənin hərəkətverici qüvvəsi hesab ediblər. Lakin son dövrlərdə əldə olunan kəşflər bu qüvvənin sabit olmaya biləcəyini düşünməyə əsas verib. Bu isə kainatın genişlənməsinin müəyyən həddi olduğunu və həmin hədd keçildikdən sonra onun yenidən kiçilməyə başlayacağını göstərir.
Yeni nəzəriyyəyə əsasən, kainat genişlənməyə davam edəcək, lakin getdikcə daha yavaş sürətlə. Onun ölçüsü maksimum həddə - hazırkı ölçüsündən təxminən 69 faiz böyük həcmə - çatdıqdan sonra tədricən kiçilmə prosesi başlayacaq.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 959 Tarix: 14 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İstanbulda leysan davam edir, 2 nəfər öldü - Video
Türkiyənin İstanbul şəhərində davam edən güclü yağışlar həyatı iflic edib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, leysan nəticəsində küçələr, evlər və iş yerləri su altında qalıb, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Təbii fəlakət nəticəsində iki nəfər həyatın
15 oktyabrZelenski Britaniyada səfərdədir
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyada səfərdədir. "Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Artıq komanda ilə birlikdə Britaniyadayıq. Bu gün Kral II Çarlzla qəbul planlaşdırılıb. Həmçinin Baş nazir Endi Börnheml
14 oktyabrTramp İrana qarşı yeni addımlar atacağı ilə hədələyib
ABŞ prezidenti Donald Tramp İranla münaqişənin tezliklə başa çatacağını bir daha bəyan edib. Bununla yanaşı, o, İslam Respublikasına qarşı yeni addımlar atacağı ilə hədələyib. xəbər verir ki, Tramp bu barədə Alyaska ştatında Konqresə keçiriləcək aralıq seçkilərə həsr olunmuş mitinqdə danışıb. "Gözləyin
14 oktyabrİsrail ordusu Qəzzada 1,5 kilometr uzunluqda gizli tuneli məhv edib
İsrail hərbçiləri Qəzza zolağının cənubunda Fələstinin HƏMAS hərəkatının döyüşçüləri tərəfindən qazılmış 1,5 kilometr uzunluğunda tuneli məhv ediblər. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. "Qəzza zolağının cənubunda mühəndis-istehkam bölmələri "Yahalom"
15 oktyabrMeloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram"
İtaliyanın Baş naziri Corcia Meloni Aİ sammiti ərəfəsində ölkə parlamentində çıxış edərək Ukraynadakı müharibə və Avropanın təhlükəsizliyi ilə bağlı kəskin bəyanatlarla çıxış edib. Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb. Meloni vurğulayıb ki, Ukraynanın təslim olması Avropaya sülh gətirməyəcək
14 oktyabrABŞ-da təyyarə qəzası: ölənlər var
ABŞ-ın Viskonsin ştatının Ridsburq şəhəri yaxınlığındakı meşəlik ərazidə kiçik təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "ABC Nyus" məlumat yayıb. Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onların hamısı ölüb. Məlumata görə, qəzadan əvvəl pilot 7300 metr hündürlükdə buzlanm
15 oktyabr