Son dəqiqə: Mədəniyyət və Turizm Nazirliyi yoxlanıldı: yeyinti var

Son dəqiqə: Mədəniyyət və Turizm Nazirliyi yoxlanıldı: yeyinti varHesablama Palatasının Kollegiya iclasında mövcud qanunvericiliyin tələbinə uyğun olaraq 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində dövlət büdcəsindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (Nazirlik) və tabeli qurumlara ayrılmış vəsaitlərin istifadəsinə dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiq olunub.

Audit tədbiri Mədəniyyət və Turizm Nazirliyi, 3 film studiyası, C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində həyata keçirilib və 305 milyon 650,8 min manat məbləğində vəsaiti əhatə edib.

Sənəddə qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən büdcə vəsaitlərinə olan tələbat barədə proqnoz layihələri hazırlanarkən nazirliyin və onun tabeliyində olan müəssisələrin maliyyə təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib.

Nazirliyin tabeliyində olan bəzi qurumlara məxsus əmlakın icarəyə verilməsindən əldə olunan gəlirin dövlət büdcəsinə köçürülməsi qismən təmin edilməyib. "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nda xaricdə kino sahəsində təhsil ilə əlaqədar təhsil haqqının ödənilməsi nəzərdə tutulmadığı halda təhsil haqqı ödənilib. Nazirliyin tabeliyində olan təsərrüfat hesablı kino müəssisələrinə müxtəlif xidmətlərin göstərilməsinə görə ödənilmiş vəsaitin istifadəsi bəzi hallarda qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməyib, qonorar məbləğindən sosial sığorta haqqı və gəlir vergisi hesablanılmayıb. Filmlərin istehsalı üzrə yaranmış qənaət məbləği smetada nəzərdə tutulmayan xərclərə yönəldilib.
Müəyyən edilib ki, respublikada keçirilmiş bəzi tədbirlər üzrə müvafiq məlumatlar barədə təsdiqedici sənədlər mühasibatlığa tam təqdim edilməyib. Yalnız icraçı müəssisələr tərəfindən ümumi şəkildə təqdim edilmiş təhvil-təslim aktlarına əsasən vəsaitlər ödənilib. Bəzi hallarda bağlanılmış müqavilələrin, qəbul edilmiş qaimə-fakturaların tarixləri ilə iş və xidmətlərin yerinə-yetirilməsinə dair tərtib olunmuş aktların tarixləri arasında uyğunsuzluqlar olub. Keçirilən müsabiqələrdə qaliblərə müəyyən edilmiş mükafatların və rezident şəxslərə verilən qonorarların ödənişi müvafiq qanunvericiliyə uyğun aparılmayıb. Ziyafət xərclərinin ödənişi zamanı müəyyən edilmiş normalara riayət edilməməsi səbəbindən artıq xərcə yol verilib. Beynəlxalq turizm sərgilərində istifadə edilən avadanlıqlar müvafiq hesaba mədaxil olunmadan birbaşa xərcə silinib. Turizmin təbliği ilə əlaqədar nazirlik tərəfindən alınmış çap məhsulları əsasən eyni müəssisələr tərəfindən hər il təkrar nəşr edilib və əksər hallarda nəşr olunmuş çap məhsullarının tirajı, formatı, həcmi və nəşr edildiyi tarix göstərilməyib.
Hesablama Palatasının Kollegiyası Mədəniyyət və Turizm Nazirliyitərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib. Auditlə müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə kollegiya qərarının surətinin göndərilməsi qərara alınıb. Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1266   Tarix: 30 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hindistanda fil sürüsü kənd sakinlərinə hücum etdi: 4 nəfər həlak oldu - VİDEO

Hindistanın Jharkhand ştatının Ramgarh bölgəsində 42 filin iştirak etdiyi sürü kəndlərə girərək sakinlərə hücum edib və bir neçə saat ərzində 4 nəfərin həyatına son qoyub. xarici mediaya istinadən xəbər verir ki, Ramgarh bölgəsindəki kəndlərdə vəhşi fil sürüsünün ardıcıl hücumları panikaya səbəb olub

18 dekabr
.

Avtobus dayanacağında xoşagəlməz hadisə: yaşlı cütlüyün etdiklərinə baxın! - VIDEO

Türkiyənin Tokat şəhərində avtobus dayanacaqlarından birində baş verən xoşagəlməz hadisə ictimai narazılığa səbəb olub. türk mediasına istinadən xəbərə verir ki, iki yaşlı şəxsin ictimai məkanda uyğun olmayan hərəkətlər etməsi ətrafda olan vətəndaşların etirazına yol açıb. Hadisəni görən ərazidəki bi

18 dekabr
.

Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"

Bir zərgərin ona "əmanət" olaraq veriləcək qızılları qəbul etməməsi sosial mediada gündəm olub. türk mediasına itinadən xəbər verir ki, zərgər, illərdir tanıdığı bir şəxsin "Bunları götür, işlət" deyərək qızıllarını saxlamaq istəməsinə qəti şəkildə etiraz edib. Əmanəti niyə qəbu

19 dekabr
.

Saxta içki yenə can alır: Mütəxəssislərdən həyati xəbərdarlıq - VİDEO

Saxta içki, xüsusilə Yeni il ərəfəsində insan tələfatına səbəb olmağa davam edir. Metil spirtindən (metanol) zəhərlənmə hallarında hər üç hadisədən biri ölüm və ya daimi əlilliklə nəticələnir. Mütəxəssislər başgicəllənmə, ürəkbulanma və görmə pozğunluğu kimi ən kiçik əlamətlər zamanı belə dərhal xəstəxanay

17 dekabr
.

Pekində muzeydə insident: 2 kiloqramlıq qızıl tac zədələndi, ziyan 90 min manata yaxın - VİDEO

Çinin paytaxtı Pekində yerləşən muzeylərdən birində xoşagəlməz hadisə baş verib. xarici mediaya istinadən xəbər verir ki, təxminən 2 kiloqram saf qızıldan hazırlanmış xüsusi bir tac uşağın vitrininə toxunması nəticəsində yerə düşüb. Məlumata görə, yerə düşən qızıl tac gözəllik fenomeni Zhang Kaiyini

17 dekabr
.

Konsert zamanı dəhşət: gənc rok müğənnisini səhnədə elektrik cərəyanı vurdu - VİDEO

Perunun paytaxtı Limada keçirilən konsert zamanı qorxulu anlar yaşanıb. türk mediasına istinadən xəbər verir ki, rok qrupu Mi Major Amigo Scott (My Best Friend Scott) qrupunun solisti olan Karlos Suares səhnədə özünü təqdim etdiyi anda mikrofonu əlinə götürüb və bu zaman elektrik cərəyanına məruz qalıb

18 dekabr
.

Atasının dəfn mərasimində yaşadığı hadisə qadını ikinci dəfə sarsıtdı - VİDEO

Atasının dəfn mərasimində 600 min TL dəyərində qızıl-zinət əşyalarının oğurlandığını iddia edən qadın yaşadığı hadisəni sosial şəbəkədə paylaşdığı video ilə gündəmə gətirib. türk mediasına istinadən xəbər verir ki, ağrılı günlərində belə bir hadisə ilə üzləşməyin onları bir daha yıxdığını deyən qadın

19 dekabr
.

Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti TAPILDI

Sumqayıt şəhərində 30-cu məhəllə ərazisində 18 yaşlı gəncin meyiti aşkarlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Müşfiq Mirmehdi oğlu Fəttayevin cansız bədəni yaxınları tərəfindən tapılıb. Hadisə barədə dərhal təcili tibbi yardıma məlumat verilsə də, həkiməqədər ölü

17 dekabr
.

Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA

"C-130"lar hazırda hələ də dünyanın 70 ölkəsi tərəfindən ən təhlükəsiz təyyarələr kimi istifadə olunur". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​illik qiymətləndirmə iclasında gündəmdəki məsələlərlə bağlı sualları cavablandırarkən deyib

20 dekabr