'İnsanlar yas mərasimlərini toy məclislərinə çeviriblər" - AÇIQLAMA
Bu gün insanlar dünyadan köçən yaxınlarının xatirəsini əziz tutmaq üçün dəbdəbəli yas mərasimləri təşkil edir. Masalara xüsusi yeməklər, şirniyyatlar, növbənöv meyvə və çərəzlər düzülür. Qısaca, bu gün yaxınını itirən ölü sahibinin əsas dərdi yas mərasimini yüksək səviyyədə yola salmağın qayğısına qalsın.
Bəs görəsən yas mərasimlərinin dəbdəbəli keçirilməsinə həqiqətən də ehtiyac varmı?
Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Sonxeber.az - a açıqlama verib:
"Azərbaycanda lap əvvəllər yad evində qazan asıb yemək bişirilmə adəti olmayıb. Ümumiyyətlə, yas olan evdə ocaq tüstülənməzmiş. Bu ev sahibinin öhdəliyi olan bir iş deyildi. Uzaq yoldan gələn qonaqların qarşılanması da yaxın qonşuların hesabına həyata keçirilirdi. Yəni, yas evində yemək bişirilmirdi. Qohum və qonşular öz evlərində yemək bişirib həmin evə gətirirdilər. Sonradan yas evində halva bişirilmə adəti yarandı. Halva yas yeməyi kimi qəbul edildi. Halbuki, bu, şirniyyat növüdür. Sadəcə insanlara nəyisə təklif eləmək lazım idi. Onlar da ən asan və ucuz başa gələn şirniyyatı seçdilər. Uzun illər bu, belə davam etdi. İndi insanlar yas mərasimlərini toy məclislərinə çeviriblər. Hətta, yas mərasimlərini yola vermək üçün borca-xərcə, sələmə girən insanlar belə var. Uzun müddətli müzakirələrdən sonra bu hal yavaş-yavaş azaldıldı. İndi bəzi bölgələrdə artıq dəbdəbəli yas mərasimləri keçirilmir. Amma yenə də bu problem hələ tam həll edilməyib. Bu adəti yığışdırmaq lazımdır. Yas evində qonaqlıq olmaz. Bu, həm dünyasını dəyişən şəxsə, həm də onun ailəsinə də hörmətsizlikdir. O insanlar bilmir ki, öz yasını saxlasın, yoxsa gələn qonaqların yeməyini düşünsün. Hesab edirəm ki, bir stəkan çayla da ehsan məqbuldur. Dinə görə də bu belədir. Əgər yas sahibi ehsan məqsədi ilə xərc çəkmək istəyirsə, xərcləyəcəyi məbləği savab işlərə yönəldə bilər".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1748 Tarix: 23 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr