Yol qəzalarına səbəb olan avtomobillər hansılardır? - ARAŞDIRMA
Ölkədə hər zaman öz aktuallığını qoruyan əsas problemlərdən biri də avtomobil qəzalardır. Edilən xəbərdarlıqlara, görülən tədbirlərə baxmayaraq, yol qəzalarının sayı getdikcə artır. Bu hal isə daha çox insan ölümü və xəsarətinə yol açır. Bəs, yol-nəqliyyat qəzalarına daha çox səbəb olan avtomobillər hansılardır?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan AADA ictimai birliyinin icraçı direktoru Eyyub Əliyev açıqlamasında qeyd edib ki, artıq yaşı 10 ildən yuxarı olan avtomobillər ölkəyə buraxılmır və bu sevindirici haldır:
"Bu bizim hamımızın yaralı yeridir. Dəfələrlə bununla bağlı iclaslarda, müsahibələrdə qeyd etmişəm ki, hal-hazırda hansısa yol-nəqliyyat hadisəsi baş verdikdə buna müxtəlif məsələlər səbəb ola bilər. Məsələn, əyləclə bağlı problemlər, sükanın kilidlənməsi vəs, səbəb ola bilər. Amma təəssüflər olsun ki, açıqlama verildikdə bildirilmir ki, sürücü hansı səbəbdən idarəetməni itirdi. Yaxın bir neçə il ərzində Bakı şəhərində bəzi yol-nəqliyyat hadisələrini müşahidə etdik ki, qəza zamanı avtomobil iki hissəyə bölündü. Bu bəlli məsələ idi ki, sözügedən avtomobil qonşu Gürcüstan ərazisindən Azərbaycana gətirilmiş maşınlar idi. Bu da iki avtomobilin birləşməsindən biri yığılıb ölkəyə gətirilmiş ucuz maşınlar idi.
İndi xoşagələn hal odur ki, artıq yaşı 10 ildən yuxarı olan avtomobillər ölkəyə buraxılmır və bu sevindirici haldır. Amma bu o demək deyil ki, yaşı ondan aşağı olan avtomobillər hamısı ideal vəziyyətdədir. Yaşı 10-a qədər olan avtomobillər də var ki, onlar artıq istismar vəziyyətin bitirib və onların bizim paytaxtımızda olması təhlükədir. Yaxşı olardı ki, həmin nəqliyyat vasitələri ölkəyə daxil olduqda onlar labaratoriyada yoxlanıb, texniki vəziyyəti araşdırılıb ondan sonra ölkəyə buraxlardı. Bir məsələ var ki. mən onu da qeyd etmək istəyirəm, qəzalarda təəssüflər olsun ki, piyadaların da məsuliyyətsizliyini müşahidə edirik. Bu məni bir vətəndaş olaraq da narahat edir".
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov isə qeyd etdi ki, yol-nəqliyyat hadisələri təkcə avtomobildən irəli gələn problemə əsasən baş vermir:
"Yol hərəkəti haqqında araşdırma apardıqda birinci növbədə qarşımıza nəaliyyat hadisələri çıxacaqdır. Yol-nəqliyyat hadisələri elə bir anlayışdır ki, bu tək avtomobillə bağlı baş verən hal deyil. Avtomobili idarə edən şəxs, onun idarə olunduğu ərazi vəs. bunlar hamısı bir-birinə sıx təmasda olduğu üçün burada tək avtomobili demək olmaz. Təbii ki, nasaz, istismara yararsız, müəyyən problemləri olan avtomobil daha çox yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olacaq.
Konkret olaraq avtomobillərə gəldikdə isə burada markanın adı önəmli deyil. Önəmli olan, nəqliyyat vasitəsini idarə edən şəxslərdən və onların sağlamlıq durumu, içkili vəziyyətdə olub olmaması, sükan araxsında vəziyyətinin pisləşməsi vəs. bunlar hamısı qəzaların baş verməsinə şərait yaradan faktorlardır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Qədim Şuşada gözəllik yaradılır
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bakıda avtomobil gözəllik salonuna girdi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?