Milli Məclisin İnsan hüquqları komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib

Milli Məclisin İnsan hüquqları komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilibYanvarın 23-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Sonxeber.az xəbər verir ki, komitə sədri Zahid Oruc yeni sessiyanın başlaması münasibətilə komitə üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib. O, iclasın gündəliyinə komitənin payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununun layihəsinin ikinci oxunuşda daxil edildiyini deyib.

Komitə sədri, əvvəlcə, 2024-cü ilin payız sessiyası dövründə İnsan hüquqları komitəsində görülən işlər barədə məlumat verib. O, nəzərə çatdırıb ki, sessiya ərzində komitənin 12 iclası keçirilib, 23 məsələ, o cümlədən 9 qanun layihəsi müzakirə olunub. Belə ki, ötən sessiyada "Uşaq hüquqları haqqında" Qanunda dəyişiklik edilməsi, "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunda dəyişiklik edilməsi, "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Qanununda dəyişiklik edilməsi, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununda dəyişiklik edilməsi, həmçinin Elektron Hökumət İnformasiya Sistemindən istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bəzi qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə, "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" və bir sıra digər qanun layihələrinə baxılıb.
Bildirilib ki, sessiya müddətində komitənin sədri və üzvləri bir çox yerli və beynəlxalq səviyyəli tədbirlərdə iştirak edib, görüşlər keçiriblər. Bununla yanaşı, millət vəkilləri insan hüquqları mövzusunda mediada çıxışlar edib, müsahibələr veriblər, habelə televiziya proqramlarında ictimai həyatın müxtəlif sferalarını əhatə edən məsələlərə münasibət bildiriblər.

Hesabat dövründə komitəyə 422 sənədin daxil olduğu söylənilib. Qeyd edilib ki, müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara məktublar göndərilib, lazımi izahatlar verilib.
Sonra Zahid Oruc İnsan hüquqları komitəsinin 2025-ci il yaz sessiyası üçün iş planının layihəsini təqdim edib. Bildirilib ki, sessiya müddətində qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin müzakirəsi, "Konstitusiya və Suverenlik ili" çərçivəsində müxtəlif görüşlərin keçirilməsi nəzərdə tutulur. İş planında, habelə Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırım, təcavüz, etnik təmizləmə və müharibə cinayətlərinin insan hüquqları aspektində geniş ictimaiyyətə çatdırılması, Vətən müharibəsində qələbədən sonra Qərbi Azərbaycanlıların hüquqları kontekstində ictimai dinləmə və dəyirmi masaların keçirilməsi və digər məsələlər öz əksini tapıb.
Bununla yanaşı, yaz sessiyasında rəqəmsal məkanda vətəndaşların hüquqlarının qorunması, süni intellekt və insan hüquqları, media savadlılığı ilə əlaqədar, ekoloji insan hüquqlarına dair müzakirələrin təşkili, habelə ölkənin insan hüquqları təsisatları qarşısında duran strateji vəzifələrlə bağlı aidiyyəti qurumlarla görüşlərin keçirilməsi və bir sıra digər tədbirlər planlaşdırılır.

Müzakirələrdə komitənin sədr müavini Arzuxan Əli-zadə, üzvləri Mübariz Qurbanlı, Razi Nurullayev, Vüqar Rəhimzadə, Azər Allahverənov, Sevil Mikayılova, Naqif Həmzəyev çıxış ediblər.
Deputatlar payız sessiyasının məhsuldar keçdiyini, komitə üzvlərinin səmərəli fəaliyyət göstərdiyini söyləyiblər, sessiyası ərzində görülmüş işləri qənaətbəxş dəyərləndiriblər.
Millət vəkilləri yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi ilə bağlı öz fikirlərini açıqlayıblar, bəzi qeyd və təkliflərini diqqətə çatdırıblar. Komitənin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi təsdiq edilib.
Komitə sədri Zahid Oruc çıxışlarda qaldırılan məsələlərə münasibət bildirib, habelə ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı öz fikirlərini bölüşüb.

İclasda, həmçinin ikinci oxunuşda təqdim edilən "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununun layihəsi nəzərdən keçirilib. Dəyişiklikdə "qanunsuz miqrantların saxlanılması" sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilməsi təklif olunur.
Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İclasda komitə üzvləri Tural Gəncəliyev, İmamverdi İsmayılov, Mircəlil Qasımlı və digər rəsmi şəxslər iştirak ediblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1306   Tarix: 23 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr