Xəbəri olmadan adına 18 mindən çox kredit götürdülər - Video-Yenilənib

Xəbəri olmadan adına 18 mindən çox kredit götürdülər - Video-YenilənibBalakən şəhər sakini Ülkər Qurbanovanın mobil operator adı ilə gələn zəngə cavab verməsi ona sözün əsl mənasında baha başa gəlib.

"Qafqazinfo" ATV-yə istinadən xəbər verir ki, dekabrın 9-da gənc xanıma zəng gəlib. Özünü mobil operator nümayəndəsi kimi təqdim edən şəxs ona 5G xidmətinə qoşulmaq üçün üztanıma tətbiqini aktiv etməsini deyib. Bundan sonra onun telefona girişi məhdudlaşıb.

Baş verənlərdən şübhələnən Ülkər Qurbanova dərhal banka zəng edərək kartları ilə bağlı narahatlığını bildirib. Ona hər şeyin qaydasında olduğu deyilib:

"Telefonum hələ də düzəlmədiyi üçün banka getdim. Orada məlumat aldım ki, kredit artıq adıma oturub. 18 828 manat məbləğində kreditdir və aylıq ödəniş 529 manat 30 qəpikdir".

Zərərçəkən xanım Balakən Rayon Mərkəzi Xəstəxanasında işləyir və cəmi 500 manat məvacib alır. Maraqlıdır ki, adına götürülən kreditə görə aylıq məvacibindən də artıq ödəniş tələb olunur.

Ülkər Qurbanova aldadıldığını bilən kimi həm banka, həm də polisə rəsmi şəkildə müraciət edib. Bankdan onun müraciəti əsasında hesablarının dondurulduğu bildirilsə də, bir gün sonra köçürmə icra olunub. Hətta götürülən kreditdən xanımın həmin banka olan 5096 manat borcu da silinib.

Zərərçəkən xanım çıxılmaz vəziyyətdədir. Belə olduğu halda nə etməli?

Hüquqşünas Cavid Cəfərov bildirib ki, bu halda polis orqanları məhkəmə qərarı ilə banka sorğu göndərməlidir:

"Həmin bankdan çıxmış əmanətlərin hansı hesaba oturulması tapılmalı və hesabın kimə məxsus olması müəyyən edilərək o şəxslər məsuliyyətə cəlb edilməlidir. Bu cinayəti törədən şəxslərin əməllərinə görə 1 ildən 3 ilə qədər azadlığının məhdudlaşdırılması və ya 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur".

***

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Qafqazinfo"ya bildirilib ki, Balakən şəhər sakini Ülkər Qurbanovanın üzləşdiyi kiberdələduzluqla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, müvafiq sorğular göndərilib. Polis əməkdaşları tərəfindən əməli törədən şəxs və yaxud şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Daha ətraflı süjetdə:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1721   Tarix: 24 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr