Sənədi qəbul olunmuş plastik cərrah: "Bu sahə ilə bağlı anlayışı olmayanlar..."
Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılmışdı.
Plastik cərrahlar sənədlərini Səhiyyə Nazirliyinə şəxsən 2025-ci il 31 yanvar tarixinədək təqdim etməli idilər. Artıq deyilən müddət ötən gündən bitmiş sayılır.
Qeyd edək ki, mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.
Musavat.com-a şərh verən plastik cərrah Elnur Mehrəli deyib ki, Səhiyyə Nazirliyindən nəticələrlə bağlı hələ ki məlumat verilməyib: "Plastik cərrahiyyə ilə bağlı sənədlərimizi Səhiyyə Nazirliyinin qəbul şöbəsinə təqdim etmişik. Bizdən tələb olunan sənədlərin siyahısı var idi. Onların arasında diplom, internatura haqqında şəhadətnamə, əmək kitabçasında yer alan, yəni bu günə qədər əmək fəaliyyətimizlə bağlı sənədlər, eyni zamanda sertifikasiya şəhadətnaməmizin düzgünlüyünün yoxlanılması üçün onun natorial qaydada təsdiqinin surətini Səhiyyə Nazirliyinə təqdim etdik. Bundan sonra bizə ümumi qaydalara uyğun olaraq təkrar əlaqə saxlanılacağı və sənədlərin araşdırıldıqdan sonra nəticəsi barədə məlumat veriləcəyi bildirilib".
Həkim son zamanlarda plastik cərrahiyyə ilə bağlı ümumi yanaşmanın ürəkaçan olmadığını deyib: "Çünki ictimaiyyətdə bəzən bu sahə ilə bağlı anlayışı olmayan insanların bilər-bilməz yaydığı çoxsayda dedi-qodu və söz-söhbətləri eşidirik. Bunların heç biri həqiqətə uyğun deyil. Ümumiyyətlə, cərrahiyyənin bu sahəsinə, bütövlükdə Azərbaycan həkimlərinə olan münasibət təəssüf hissi yaradır. İnsanlarımız unutmamalıdır ki, xaricə əməliyyat üçün gedən insanların sayı 5-10% təşkil edirsə, yerdə qalan 90% insan Azərbaycan həkimi tərəfindən müalicə olunur və Azərbaycan həkiminin əli ilə şəfa tapır. Bəzən deyirlər ki, "xəstəni sağaldan Allahdır", sanki həkimin burada heç bir rolu yoxdur. Bu yanaşma doğru deyil. İstər müharibə dövründə, istərsə də pandemiya dönəmində bütün həkimlər əl-ələ verərək, özlərini fəda etdilər. Həkimlər gecə-gündüz cəbhə bölgəsindən gələn insanlarımız – qazilərimiz, əsgərlərimiz, zabitlərimiz üçün yorulmadan çalışdılar. Bütün bunlar hamının gözü önündə baş verdi".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 763 Tarix: 01 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabr