"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək" - DEPUTAT

"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək" - DEPUTAT"Zəngəzur dəhlizinin açılması və Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa maneəsiz keçidin təmin edilməsi Ermənistanın öz üzərinə götürdüyü öhdəlikdir, bu öhdəlik yerinə yetirilməlidir".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov bildirib.

Deputat qeyd edib ki,Prezident İlham Əliyev tərəfindən beynəlxalq gündəliyə daxil edilən Zəngəzur dəhlizi layihəsi Azərbaycanın qərb rayonlarından Naxçıvana, yəni Azərbaycandan Azərbaycana maneəsiz keçidi özündə ehtiva edir:

"Azərbaycandan Azərbaycana keçid heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən rahat və azad şəkildə olmalıdır. Ermənistan nəzərə almalıdır ki, bugünkü Ermənistan 1918-ci ildə Batum konfransında əldə edilən razılığa görə, Azərbaycan torpağında yaradılıb və bu razılıq qarşılığında Ermənistan Azərbaycan və Türkiyə qarşısında üzərinə götürdüyü öhdəlikləri belə yerinə yetirməyib. Qərbi Zəngəzur da 1920-ci ildə sovet hakimiyyəti tərəfindən qanunsuz və xalqın iradəsinə zidd olaraq Azərbaycandan alınıb Ermənistana verilib. Sonrakı illərdə Moskva hökuməti tərəfindən qanunsuz olaraq Ermənistana verilən Azərbaycan torpaqları hesabına Ermənistanın ərazisi 9 min kvadrat kilometrdən 29,7 min kvadrat kilometrə çatdırılıb. Bütün bunlar Rusiya tərəfindən Azərbaycan xalqına qarşı törədilən böyük cinayət nəticəsində gerçəkləşib".

Deputat vurğulayıb ki, 1920-ci il aprelin 27-də Azərbaycan Rusiya tərəfindən hərbi güc tətbiq etmək yolu ilə işğal edilərək sovetləşdirildiyindən 1907-ci il Haaqa Konvensiyasının "işğal zamanı suverenliyin işğalçı dövlətə keçməməsi" prinsipinə görə, 1920-ci ilin 27 aprel işğalından sonrakı dövrdə Moskva hökuməti tərəfindən Azərbaycan ərazilərinin xalqın iradəsinə zidd olaraq Ermənistana verilməsi ilə bağlı qəbul edilən bütün qərarlar qanunsuzdur:

" Sovet hakimiyyəti dövründə Ermənistana verilən Azərbaycan torpaqları üzərində suverenlik hüququ Moskva hökumətinə deyil, Azərbaycan xalqına məxsusdur. Azərbaycan xalqı Qərbi Zəngəzur və digər torpaqlarının Ermənistana verilməsinə heç bir razılıq verməyib. Əksinə, bu məsələdə xalqın müqavimətinə qarşı zor tətbiq edilib və onun müqaviməti qırılıb.

Azərbaycandan Azərbaycana maneəsiz və azad keçidi özündə ehtiva edən Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi sovet hakimiyyəti illərində Azərbaycan xalqına qarşı həyata keçirilən böyük ədalətsizliyin və cinayətin ağır nəticələrinin aradan qaldırılması yönündə mühüm bir addım olacaq. Eyni zamanda, bu addım Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına, Azərbaycan torpaqlarında yaradılan Ermənistana "kupça" verilməsinə və onun legitimliyinin qəbul edilməsinə, həmçinin Ermənistanın dalandan çıxarılmasına və kommunikasiyaların açılmasına gətirib çıxaracaq. Bu baş vermədiyi təqdirdə Ermənistan "kupça"sız və qeyri-legitim ərazi kimi bütün kommunikasiya xətlərindən kənar dalan olaraq qalacaq. Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmadan öz gələcəyini təmin edə bilməz. Buna görə də Ermənistan Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışan dövlətlərin əlində bir alətə çevrilmək siyasətindən əl çəkməli, öz gələcəyini düşünməli, reallığı qəbul etməli və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1621   Tarix: 01 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr