Kirayə qiymətlərində ŞOK artım: Gələn aydan bu ərazilərdəki evlər...
Son dövrlərdə paytaxtda kirayə mənzillərin qiymətləri sürətlə yüksəlməkdədir. Xüsusilə şəhər mərkəzində və metro stansiyalarına yaxın ərazilərdə qiymətlər əvvəlki aylara nisbətən xeyli artıb. Ekspertlər isə il sonuna qədər bahalaşmanın davam edəcəyini proqnozlaşdırırlar.
Kirayə axtaranlar üçün vəziyyət daha da çətinləşə bilərmi?
"Yeni Sabah"ın əməkdaşı əmlak eksperti Anar Nəsirovla kirayə mənzil bazarında ən son vəziyyəti müzakirə edib.
Ekspert mövzunu şərh edərkən növbəti aylarda durumun hansı istiqamətdə dəyişəcəyi ilə bağlı ehtimalları açıqlayıb:
"Kirayə mənzil bazarında qiymət artımının əsas səbəblərindən biri təklifin tələbi qarşılaya bilməməsidir. Bakıda işləmək və ya təhsil almaq məqsədilə paytaxta üz tutan rayon sakinlərinin, eləcə də turistlərin və əcnəbilərin sayının artması bu balanssızlığın əsas amillərindən biridir. Quru sərhədlərin açılması isə bu tendensiyanı daha da gücləndirə bilər, çünki turist axınının çoxalması kirayə mənzil bazarına əlavə təzyiq yaradacaq.
Xüsusilə şəhərin mərkəzi hissələrində ev qiymətlərinin yüksək olması, vətəndaşları kənar ərazilərə yönəldir. Yeni Günəşli, Nefçilər və Qara Qarayev metrostansiyalarının ətrafında yerləşən kirayə mənzillərin qiymətlərində yaxın aylarda artım gözlənilir. Ümumilikdə isə il sonuna qədər bazarda 30-40 faizlik bahalaşma ehtimalı var".
A.Nəsirov qeyd edib ki, kirayə qiymətlərində ucuzlaşma yalnız təklifin tələbi üstələdiyi halda mümkündür, lakin hazırkı şəraitdə bu real görünmür, çünki tələb kifayət qədər yüksəkdir:
"İnsanlar daha çox şəhərə yaxın Xırdalan, Biləcəri, Yeni Günəşli, Nefçilər və Qara Qarayev kimi ərazilərə üz tuturlar. Bir zamanlar bu yerlərlə mərkəz arasındakı qiymət fərqi 50 faizə qədər idisə, hazırda bu fərq cəmi 10 faiz təşkil edir. Tələbin davamlı artması fonunda bu ərazilərdəki kirayə qiymətlərinin şəhərin mərkəzindəki səviyyəyə yaxınlaşması mümkündür. Xüsusilə metro stansiyalarına yaxın yerlərdə bahalaşma daha çox nəzərə çarpır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1383 Tarix: 01 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündü
29 oktyabrMəktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
Oktyabrın 29-da 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə bağlı çəkiliş aparan "Real TV"nin əməkdaşları hücuma məruz qalıblar. -a istinadən xəbər verir ki, telekanalın müxbiri Nigar Namiqin sözlərinə görə, jurnalistlərə hücum edən şəxsləri şagirdləri də təhrik edən məktəbin qarovulçus
29 oktyabrİki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - Video
Xəbər verdiyimiz kimi, dünən saat 14:00 radələrində, Bakı-Yevlax avtomobil yolunun Qaraoğlan kəndi ərazisindən keçən hissəsində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, DİN-in Baş DYP İdarəsi qəzaya uğrayan avtomobildə texniki nasazlığı
28 oktyabrGələn il yaşayış minimumu və ehtiyac meyarı - Bu qədər olacaq
2027-ci ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyən olunub. "Qafqazinfo"nun məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, 2027 il üçün ölkə üzrə yaşayış minimumu 31
28 oktyabrRamiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, iclasda dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlət
28 oktyabrProfessor Adilə Abbasova vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova vəfat edib. Bu barədə Qaynarinfo-ya BDU-dan məlumat verilib. Qeyd edək ki, Adilə Abbasova 3 avqust 1942-ci ildə Zəngilan rayonunun Pirçivan qəsəbəsində anadan olub. 1992-ci ildə Azərbayca
29 oktyabr