"Azərbaycan gəncləri hər zaman Vətənə sədaqət, əzm və qətiyyət nümunəsi olub " - DEPUTAT

"Azərbaycan gəncləri hər zaman Vətənə sədaqət, əzm və qətiyyət nümunəsi olub " - DEPUTAT"Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclər siyasəti Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Onun rəhbərliyi ilə gənclərin hərtərəfli inkişafı, təhsili, vətənpərvərlik ruhunda tərbiyə olunması və cəmiyyətin fəal üzvünə çevrilməsi üçün mühüm addımlar atılıb".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması gənclərin inkişafı və idman sahəsində dövlət siyasətinin vahid mərkəzdən idarə olunmasını təmin etdi:

"Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etdi.

Ümummilli Lider Heydər Əliyevin gənclərlə bağlı siyasətinin mühüm istiqamətlərindən biri də Azərbaycan Gənclərinin Forumlarının keçirilməsi oldu. Ulu Öndər 1995-ci ildə bu təşəbbüsü irəli sürdü və 1996-cı ildən etibarən forumlar keçirilməyə başladı. Bu tədbirlər gənclərin cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək, onların problemlərini dinləmək və həlli yollarını müzakirə etmək üçün mühüm platformaya çevrildi.

1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir". Məhz bu forumdan sonra Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başladı.
Sonrakı illərdə təşkil olunan forumlarda gənclərin təhsil, məşğulluq, sosial rifahı, elm, innovasiya, idman və digər sahələrdə inkişafı üçün konkret addımlar müəyyən edildi. Bu tədbirlər vasitəsilə dövlətlə gənclər arasında dialoq gücləndi, onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi üçün şərait yaradıldı.
Bu gün də Azərbaycan gənclərinin forumları ənənəvi olaraq keçirilir və ölkədə gənclər siyasətinin inkişafına mühüm töhfə verir. Dövlətin bu sahəyə ayırdığı diqqət sayəsində Azərbaycan gəncləri beynəlxalq arenada da öz sözünü demək imkanına malikdir".

Deputat vurğulayıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Gənclər siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

"Prezident İlham Əliyevin Sərəncamı ilə 2007-ci il Azərbaycanda "Gənclər ili" elan edildi. Dövlət başçısının təşəbbüsü ilə 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradıldı. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyuldu. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırıldı. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə Gənc kadrların irəli çəkilməsi siyasətinin təcəssümü olan "Yüksəliş" müsabiqəsi təsis edildi. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə və gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.

Rəşadətli Azərbaycan Ordusunun sıralarında döyüşən qəhrəman gənclərimiz Vətən müharibəsində şücaət göstərərək tarixi Zəfəri xalqımıza bəxş edib. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan gənclərinin qəhrəmanlığını, fədakarlığını və vətənə bağlılığını bir daha sübut etdi. Bu gənclər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətinin yetirmələri idi.

Azərbaycan gəncləri yalnız döyüş meydanında deyil, eyni zamanda informasiya savaşında da əsl cəsarət və mübarizlik nümayiş etdiriblər. Onların igidliyi, əzmi və Vətən sevgisi sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub, xalqımız otuz illik həsrətdən sonra doğma torpaqlarına qovuşub.

Müstəqillik dövründə yetişən və vətənpərvərlik ruhunda böyüyən bu gənclər, şanlı tariximizin yeni səhifələrini yazaraq, Azərbaycan xalqına Qələbə sevincini yaşadıblar. Bu gün azad Qarabağda dalğalanan üçrəngli bayrağımız onların fədakarlığının və mübarizliyinin ən böyük sübutudur. Azərbaycan gəncləri hər zaman Vətənə sədaqət, əzm və qətiyyət nümunəsi olublar və olacaqlar!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 905   Tarix: 02 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr